Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-428/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 4991.27 manat məbləğində əsas borc, 916.87 manat məbləğində faiz borcu, 555.31 manat məbləğində cərimə, cəmi 6463.45 manat borcun və 85 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank borcluya 83 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdehin “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6396/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə e-2(008)-6396/2023 nömrəli mülki iş İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair e-2(008)-6393/2023 nömrəli mülki işlə bir icraatında birləşdirilməsi qərara alınmışdır. İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 9312,70 manat məbləğində əsas borc, 1373,44 manat məbləğində faiz borcu, 146,39 manat məbləğində cərimə borcu, cəmi 10832,53 manat borc və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə, İddiaçı ASC arasında xx.xx.2022ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, bank borcluya 60 ay müddətinə, illik 19 % olmaqla 10000 manat məbləğində kredit vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını iştirakı olmadan keçirilməsini, iddianın tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AL/99782/81/14 nömrəli İddiaçı ASC ilə, Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, 83 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə, 4991.27 manat məbləğində əsas borc, 916.87 manat məbləğində faiz borcu və 555.31 manat məbləğində cərimə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli AL/99782/81/14 nömrəli müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CC/36570/86/14 nömrəli İddiaçı ASC ilə, Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 19 % olmaqla 10000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 9312,70 manat məbləğində əsas borc, 1373,44 manat məbləğində faiz borcu və 146,39 manat manat məbləğində cərimə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli CC/36570/86/14 nömrəli müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. İş materiallarında olan 27 may 2022-ci il tarixli 3007 nömrəli məxaric orderindən görünür ki, 10000 manat pul məbləği Cavabdeh İddiaçı ASC-də olan 3801000CC3657014A86C nömrəli hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 6763 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 25 avqust 2021-ci il tarixli, AL/99782/81/14 nömrəli kredit xətti müqaviləsi və 27 may 2022-ci il tarixli, CC/36570/86/14 nömrəli kredit müqavilələrində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh “Bank of Baku" ASC-yə maliyyə arayışında qeyd edilən xx.xx.2023-cü il tarixinə olan borcu xx.xx.2021-ci il tarixli, AL/99782/81/14 kredit müqaviləsi üzrə:əsas borc üzrə 5486,52 manat, faiz borcu üzrə 997,67 manat. 27 may 2022-ci il tarixli, CC/36570/86/14 kredit müqaviləsi üzrə: əsas borc üzrə 9312,97 manat, faiz borcu üzrə 1371,73 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qanunvericiliyin tələbindən də göründüyü kimi tərəflər arasında borc (kredit) müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi cavabdeh müqavilələr üzrə öhdəliyi lazımı qaydada icra etməmiş, götürülmüş kredit məbləğini müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri Cavabdeh tərəfindən pozmuşdur. xx.xx.2022-ci il tarixli CC/36570/86/14 nömrəli və xx.xx.2021-ci il tarixli AL/99782/81/14 nömrəli müqavilələri üzrə üzrə öhdəlik icra edilməmiş, götürülmüş kredit məbləği müqavilədə nəzərdə tutulan vaxtda ödəməmişdir. Məhkəmə cərimə məbləğinin tənasübsüz surətdə yüksək olduğu qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qanun tələbindən də göründüyü kimi məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 146,39 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək olduğundan, azaldılaraq ağlabatan miqdarda, yəni 14 (on dörd) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli AL/99782/81/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc 4991,27 manat, faiz borcu 916,87 manat, cərimə borcu olaraq 55 manat, cəmi 5963,14 manat; xx.xx.2022-ci il tarixli CC/36570/86/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc 9312,70 manat, faiz borcu 1371,73 manat, cərimə borcu olaraq 14 manat, cəmi 10698,43 manat borc pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 139,98 (bir yüz otuz doqquz manat, doxsan səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli AL/99782/81/14 nömrəli Kredit müqaviləsi üzrə əsas borc 4991,27 (dörd min doqquz yüz doxsan bir manat, iyirmi yeddi qəpik) manat, faiz borcu 916,87 (doqquz yüz on altı manat səksən yeddi qəpik) manat, cərimə borcu olaraq 55 (əlli beş) manat, cəmi 5963,14 (beş min doqquz yüz altmış üç manat on dörd qəpik) manat; xx.xx.2022-ci il tarixli CC/36570/86/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc 9312,70 (doqquz min üç yüz on iki manat yetmiş qəpik) manat, faiz borcu 1371,73 (bir min üç yüz yetmiş bir manat yetmiş üç qəpik) manat, cərimə borcu olaraq 14 (on dörd manat) manat, cəmi 10698,43 (on min altı yüz doxsan səkkiz manat qırx üç qəpik) manat borc və 139,98 (bir yüz otuz doqquz manat, doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat tərəflərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-428/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-428/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver