Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-432/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X3, Qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə iddiaçı X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1051,20 manat məbləğində zərərin, debitor borc üzrə 874,78 manat və 39,26 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1965,24 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi ü z r ə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz il VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 04/4962 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat. Cəmi 1051,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin dekabr ayı üzrə 5,30 manat sərfiyyat borcu, 2021-ci ilin yanvardekabr ayları üzrə 229,78 manat sərfiyyat borcu və limitdən əlavə 27,20 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 420,16 manat sərfiyyat borcu və limitdən əlavə 12,34 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 17,90 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-avqust ayları üzrə 300,56 manat sərfiyyat borcu və limitdən əlavə 27,84 manat sərfiyyat borcu, cəmi 1041,08 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin dekabr ayından 2023-cü ilin avqust ayına qədər cavabdeh 166,30 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 874,78 (səkkiz yüz yetmiş dörd manat 78 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum1925,98 (bir min doqquz yüz iyirmi beş manat 98 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə müraciət edərək 2(008)- 6409/2023 saylı mülki iş üzrə İddiaçı İB-nin təbii qazdan qanunsuz istifadəyə görə 30.01,2020-ci il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, debitor borc üzrə 874,78 manat, ümumilikdə 1965,24 (bir min doqquz yüz altmış beş manat) manat akt əsassız borcun hesab kodundan silinməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2(008)-6409/2023 saylı mülki iş üzrə İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan qeyri qanuni istifadəyə görə vurulmuş 1051,20 manat məbləğində zərərin, debitor borc üzrə 874,78 manat ödənilmiş dövlət rüsumu əvəzi 39,26 manat ümumilikdə 1965,24 (bir min doqquz yüz altmış beş manat iyirmi dörd qəpik) manat borcun tutulması tələbinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə iddia qaldırmışdır. İş materiallarından göründüyü kimi, “Azəriqaz" İB arasında imzalanmış xx.xx.2020-ci il tarixində 04/4962 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı satqısı barədə müqavilə” əsasında fərdi yaşayış evini təbii qazla təchiz edir. Qeyd olunan ünvanda fərdi yaşayış evinin qaz xəttinin üzərində İddiaçı İB-yi tərəfindən G-4 markalı qaz sayğaçı quraşdırılmış abonent kodu verilmişdir. Hesab edirəm ki, İddiaçı İB-nin mənə qarşı qaldırdığı iddia qanunsuz və əsassız olması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı İB-in nümayəndələri tərəfindən onun iştirakı və imzası olmadan ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat cəmi 1051,20 (bir min əlli bir manat iyirmi qəpik) manat hesab koduna əsassız dəymiş ziyan hesablanmışdır. İddiaçı İB-in nümayəndələri tərəfindən fərdi yaşayış evnin qaz xəttinə onun iştirakı olmadan baxış keçirilmiş, imzası olmadan, hal şahidlərinin iştirakı imzası olmadan akt tərtib olunmuşdur. İddiaçı İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən qeyd olunan evdə təbii qazdan qeyri-qanuni istifadə faktı olmamışdır. Eyni zamanda bu borcla bağlı 3 il müddət keçməsinə baxmayaraq İddiaçı İB-yi tərəfindən ona rəsmi məlumat verilməmiş və bununla da iddia müddətini bitirmişdir. Əgər təbii qazdan qanunsuz istifadə olunurdusa nəyə görə İddiaçı İB-in Sabunçu QTS-nin qəza xidmətinin kəsim aktı yoxdur? Bundan başqa İddiaçı İB tərəfindən aidiyyatı üzrə polisə müraciət olunmamış bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.2 maddəsinə əsasən təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə hər hansı bir akt tərtib olunmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 ilkin iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilk iddia tələbini qəbul etməyərək cərimə borcunun həddindən artıq şişirdildiyini, borcun əsassız yazıldığını bildirmişdir. İlk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, 04/4962 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Abonent saldosundan görünür ki, Cavabdeh 2023-cü ilin avqust ayı üçün 1925.98 manat məbləğində borcu var. - İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat ziyan məbləği hesablanmışdır. - İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə xx.xx.2010-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat ziyan məbləği hesablanmışdır. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, 7560 kub metr qaz sərfiyyatı olmuşdur. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2010-ci il tarixli ******* nömrəli aktdan görünür ki, 2952 kub metr qaz sərfiyyatı olmuşdur - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 39.26 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Məhkəmə ilk öncə ilkin və qarşılıqlı iddia tələbinin xx.xx.2020-cu il tarixli, ******* saylı akt əsasən hesablanmış cərimənəyə münasibət bildirərək qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Azəriqaz İB Cavabdeh məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə Cavabdeh kənar qaz xəttindən istifadəyə görə xx.xx.2020-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayaraq qeyd edir ki, sözügedən aktda itirilmiş qazın həcminin 7560 kubmetr olduğu müəyyyən olunsa da, sərfiyyatın şişirdilmiş olduğu müəyyən edilir. Belə ki, qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 90 gün deyil, 30 gün olmaqla, 1.2x12x30=432 kub metr qaz sərfiyyatı, 1.5x12x30=540 kub metr, 0.8x12x30=288 kub metr qaz sərfiyyatı tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 126 manat edir. Bunları nəzərə alaraq məhkəmə xx.xx.2020-cu il tarixli, ******* saylı akt əsasən qaz xəttindən qanunsuz istifadəyə görə ilkin iddia tələbini 126 manat həcmində təmin edir, qarşılıqlı iddia üzrə isə sözügedən akt üzrə yazılmış cərimənin 630 manat hissədə silir. Bundan sonra məhkəmə ilkin və qarşılıqlı iddia üzrə xx.xx.2010-ci il tarixli ******* saylı akt əsasında yazılmış cəriməyə münasibət bildirərək qeyd edir ki, sözügedə akt üzrə Cavabdeh imzasının olmadığını, dolayısı ilə Cavabdeh məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yaradığından ilkin iddia tələbi həmin akt üzrə təmin edilməməli, qarşılıqlı iddia üzrə isə təmin edilərək xx.xx.2020-ci il tarixli ******* saylı aktə əsasən yazılmış 295.20 manat borc silinməlidir. Bundan əlavə ilk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə yaranmış sərfiyyat borcuna münasibət bildirərək qeyd edir ki, Cavabdeh məxsus saldodan görünür ki, Cavabdeh 2020-ci ilin dekabr ayı üzrə 5.30 manat sərfiyyat borcu, 2021-ci ilin yanvardekabr ayları üzrə 229.78 manat sərfiyyat borcu və limitdən əlavə 27.20 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 420.16 manat sərfiyyat borcu və limitdən əlavə 12.34 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-avqust ayları üzrə 300.56 manat sərfiyyat borcu və limitdən əlavə 27.84 manat sərfiyyat borcu olmaqla, cəmi 1041.08 manat sərfiyyat borcu yaranmışdır. İlkin iddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayından 2023-cü ilin avqust ayına qədər ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı 166.30 manat məbləğində ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ümumi sərfiyyat borcundan 1023.18 manatdan ödəniş məbləği 166.3 manat çıxılmalı yerdə qalan məbləğ ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalı, (1023.18 manat-166.3 manat=856.88 manat), qarşılıqlı iddia tələbi isə həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə ilkin iddia tələbinin 2022-ci il tarixdə 17.90 manat məbləğində uçotu pozulmuş qaz sərfinin borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilmiş borcun hansı əsasla ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya məxsus hesaba yazılmış olduğu məlum olmadığından ilkin iddia tələbi həmin hissədə təmin edilməmə, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Bundan başqa məhkəmə ilki iddia üzrə cavabdehin aktlar ondan tələb olan borcun tutulması ilə bağlı iddia tələbinə müqavilə münasibətləri üzrə 3 illik iddia müddətinin keçməsini ilə iddianın rədd edilməsini xahiş etsəməsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarından görünür ki, ilkin iddiaçının aktlar üzrə tələb etdiyi pul məbləği dəymiş zərər ilə bağlı olduğundan, bu münasibətə 3 illik iddia müddəti deyildə ümumi iddia müddəti tətbiq edilməlidir. Sözügedən aktlar üzrə cərimə isə 2020-ci ilin yanvar ayından yazıldığından ümumi iddia müddəti olan 10 il müddət keçmədiyindən vəsatət bu hissədə təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbi üzrə 2020-ci ilin dekabr ayından yaranmış sərfiyyat borcunun tutulması hissəsinə iddia müddətin tətbiq edilməsinə dair ilkin iddia üzrə cavabdehin vəsatətin münasibət bildirərək qeyd edir ki, sözü gedən tələb üzrə iddia müddəti vaxtaşırı ödənişlər üzrə qanunvericilik ilə müəyyən edilən 5 illik iddia müddəti olduğundan vəsatət bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, ilkin iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 39.26 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və ilkin iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 39.26 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 126 (yüz iyirmi altı) manat dəymiş ziyan, 856.88 (səkkiz yüz əlli altı manat, səksən səkkiz qəpik) manat debitor borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə qarşılıqlı İddiaçı İB tərəfindən iddiaçı Cavabdeh məxsus abonent kodundan xx.xx.2020-cu il tarixli, ******* saylı akta əsasən yazılmış cərimənin 630 (altı yüz otuz) manat olan hissəsi, xx.xx.2020-cu il tarixli, ******* saylı akt üzrə hesablanmış 295.20 (iki yüz doxsan beş manat iyirmi qəpik) manat borc və uçotu pozulmuş qaz sərfi üzrə 17.90 (on yeddi manat doxsan qəpik) manat borc silinsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-432/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-432/2024
01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver