Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4326/2024 02.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X11, iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı "X7 ilə bağlanmış xx.xx.2019-cü il tarixli 129213-1-16127/1 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü ilə banka borclu olduğu 686,64 manat məbləğində pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun qanun üzrə vərəsəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməsi" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "Bank VTB (Azərbaycan)" ASC Cavabdeh qarşı "X7 ilə bağlanmış xx.xx.2019-cü il tarixli 129213-1-16127/1 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü ilə banka borclu olduğu 686,64 manat məbləğində pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun qanun üzrə vərəsəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cü il tarixli 129213- 1-16127/1 nömrəli kredit müqaviləsi X7 ilə bağlanmışdır. O, xx.xx.2022-ci ildə vəfat etmişdir. X3 ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2023-cü ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən miras əmlak 1564,85 manat vəsaitdən ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı X7 ilə 129213-1-16127/1 nömrəli kredit müqaviləsi xx.xx.2019-cu ildə bağlansa da, iddia ərizəsində bu tarix səhvən xx.xx.2019-cu il kimi göstərilmişdir. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, xx.xx.2019-cü il tarixli 129213-1-16127/1 nömrəli "Nağd pul krediti müqaviləsi"ndən görünür ki, "Bank VTB (Azərbaycan)" ASC tərəfindən X5 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2954,26 manat kredit verilmiş. İşdə olan xx.xx.2024-cü il tarixli "Arayış"dan görünür ki, X3 iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-yə 686,64 manat əsas borcu vardır. İşdə olan "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etmişdir. İşdə olan xx.xx.2023-cü ildə verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən, 5 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin xüsusi notariusu X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2022-ci ildə vəfat etmiş X3 vərəsəsi X2r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 və Mühasibatlıq İdarəsinin xx.xx.2023-cü il tarixli 3-17-1/2- 42490/2023 nömrəli məktubuna əsasən 1564,85 manat vəsaitdən ibarətdir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Müəyyən edilir ki, iddiaçı X7 ilə xx.xx.2019-cü ildə kredit müqaviləsi bağlamış, ona 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2954,26 manat kredit vermişdir. O, xx.xx.2022-ci ildə vefat etmiş, vərəsəsi isə X2r. X3 iddiaçıya borcu 686,64 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı X1 həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 686,64 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu, cəmi 716,64 manat məbləğində pul alınaraq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X16.
Məhkəmə qərarları › İş №e-2(008)-4326/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4326/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver