Məhkəmə qərarları › İş №e-2(008)-4327/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4327/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4327/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.720 (on min yeddi yüz iyirmi) manat əsas borc, 9648 (doqquz min altı yüz qırx səkkiz) manat faiz borcu, hüquqi yardın göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı, borc müqaviləsinin notarial qaydada təstiq edilməsi üçün ödəmiş 152,35 (bir yüz əlli iki manat otuz beş qəpik) manat cəmi 20783 (iyirmi min yeddi yüz səksən üç) manat pulun və 115 (bir yüz on beş) manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 32 nömrəli Notariat Ofisində bağlanmış “Borc” müqaviləsi əsasında İddiaçı xx.xx.2024-cü il tarixində qaytarmaq şərtilə Cavabdeh 10720 (on min yeddi yüz iyirmi manat) manat borc pul vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh borc götürmüş olduğu 10720 manat məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixədək faizsiz olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh götürmüş olduğu öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmiş, pul vəsaitinin ödənilməsindən yayınmışdır. Müqavilənin 3-cü bəndinə uyğun olaraq cavabdeh götürmüş olduğu öhdəliyə icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə gecikdirilmiş məbləğin hər günü üçün 10% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə əməl etmədindən 10720 manat əsas borc, 9648 manat cərimə borcu olmaqla cəmi 20368 manat borc məbləği yaranmışdır. İddiaçı borc öhdəliyinin yerinə yetirilməsini cavabdehdən dəfələrlə tələb etsə də, buna əhəmiyyət verməmiş iddiaçı hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclası davam etdirilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə, Cavabdeh arasında 32 nömrəli Notariat Ofisində bağlanmış “Borc” müqaviləsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixində qaytarmaq şərtilə Cavabdeh 10720 (on min yeddi yüz iyirmi manat) manat borc pul vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 14-56 nömrəli orderdən görünür ki, İddiaçı tərəfindən 10720 manat pul məbləği 32 nömrəli Notariat Ofisinin 410400G**********278 nömrəli depozit hesabına qoyulmuşdur. İş materiallarında olan 40915 nömrəli gəbzin surətindən görünür ki, Bakı şəhəri 24 nömrəli vəkil bürosunun hesabına 300 manat pul köçürülmüşdür. İş materiallarında olan **********83 nömrəli ASAN ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzin surətindən görünür ki, 152,35 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri 32 nömrəli Notariat Ofisində bağlanmış Borc müqaviləsinin təstiq edilməsi üçün 115 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Qanunun maddəsindən də göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh götürmüş olduğu 10720 manat borc məbləğini xx.xx.2024-cü il tarixinə kimi qaytarmasını öhdəsinə götürsə də, buna əməl etməmişdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı 13 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən X1 izahat verərək 10720 manat borcunun olduğunu etiraf etmişdir. Həmçinin bağlanmış kredit müqaviləsi üzrə iddiaçı nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan Cavabdeh tərəfindən öhdəlik tam olaraq icra olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, 10720 manat əsas məbləğ cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın qismən təmin olması ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 3-cü bəndinə əsasən borc alan xx.xx.2024-cü il tarixinə kimi götürdüyü borc öhdəliyinə əməl etmədikdə və ya lazımınca icra etmədikdə o cümlədən icranı gecikdirdikdə bununla bağlı borc verənə dəbbə pulu ödəməlidir. Tərəflərin razılaşmasına uyğun olaraq dəbbə pulunun miqdarı gecikdirilmiş məbləğin hər günü üçün 10% miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə tutulmalı olan əsas və dəbbə borca ayrı-ayrılıqda qiymət verərək qeyd edir ki, əsas borc əsaslı olduğundan tam təmin edilməli, dəbbə pulunun tutulması hissəsində isə məbləğ azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçının 9648 manat məbləğində dəbbənin tutulması hissəsində hesab edir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 964,80 (doqquz yüz altmış dörd manat səksən qəpik) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 152,35 manat dövlət rüsumundan iddia qismən təmin edildiyindən 126,30 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən vəkilə ödənilmiş 300 manat xidmət haqqı və notariat xərci olaraq 115 manat rüsum cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10720 (on min yeddi yüz iyirmi manat) manat məbləğində əsas borc, 964,80 (doqquz yüz altmış dörd manat səksən qəpik) manat məbləğində cərimə borcu, vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı, notariat ofisinə ödənilmiş 115 (bir yüz on beş) manat və 126,30 (bir yüz iyirmi altı manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar