Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4392/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə BPM**********11 №-li xx.xx.2020-cı il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən: nağd kredit ilə əlaqədar əsas borc üzrə 325.04 AZN, faiz borcu üzrə 0.01 AZN olmaqla, cəmi 325.05 AZN; tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 35.18 AZN, faiz borcu üzrə 10.83 AZN olmaqla, cəmi 46.01 AZN ; ödənilmiş 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış BPM**********11 №-li xx.xx.2020-cı il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən X5 illik 19 faizlə 28 ay müddətinə 2330 AZN məbləğində nağd kredit, 4 1 1.2-ci maddəsinə əsasən isə illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 500 AZN məbləğində Tam kart krediti verilmişdir. Kreditin təyinatı borc alanın borc verən qarşısında mövcud olan 2330 manat məbləğində kredit borcunun və 500 manat məbləğində Tam kart kreditinin ödənilməsidir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir kı, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğim və ona hesablanan faizləri ödəməlidir. X2 07 01.2021 -ci il tarixdə vəfat etmiş, 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsəsi Cavabdeh 08 07 2021-ci ıl tarixdə 2V-685 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də. cavabdeh oz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). "xxxx" ASC ilə X7 arasında BPM**********11 №-li xx.xx.2020-cı il tarixli TAM KART çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 19 faizlə 28 ay müddətinə 2330 AZN məbləğində nağd kredit, eyni zamanda illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 500 AZN məbləğində Tam kart krediti verilmişdir. X2 07 01.2021 -ci il tarixdə ölmüşdür (4 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 148131 №-li ölüm haqqında şəhadətnamə). 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsəsi Cavabdeh xx.xx.2021-ci ıl tarixdə 2V-685 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışıına əsasən BPM**********11 №-li xx.xx.2020-cı il tarixli TAM KART çərçivə müqaviləsi üzrə nağd kredit ilə əlaqədar əsas borc üzrə 325.04 AZN, faiz borcu üzrə 0.01 AZN olmaqla, cəmi 325.05 AZN; tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 35.18 AZN, faiz borcu üzrə 10.83 AZN olmaqla, cəmi 46.01 AZN borc var. Hazırda X1 həmin borcunun vərəsə Cavabdeh tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1243.1-ci maddəsinə əsasən virası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh mirası qəbul etdiyindən borcu da ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh iddiaçı "xxxx" ASC xeyrinə BPM**********11 №-li xx.xx.2020-cı il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən: nağd kredit ilə əlaqədar əsas borc üzrə 325.04 AZN, faiz borcu üzrə 0.01 AZN olmaqla, cəmi 325.05 AZN; tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 35.18 AZN, faiz borcu üzrə 10.83 AZN olmaqla, cəmi 46.01 AZN ; ödənilmiş 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC xeyrinə BPM**********11 №-li xx.xx.2020-cı il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən: nağd kredit ilə əlaqədar əsas borc üzrə 325.04 AZN, faiz borcu üzrə 0.01 AZN olmaqla, cəmi 325.05 AZN; tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 35.18 AZN, faiz borcu üzrə 10.83 AZN olmaqla, cəmi 46.01 AZN ; ödənilmiş 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-4392/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4392/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver