Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4422/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "xx.xx.2022-ci il tarixli müqavilənin (ərizənin) ləğv edilməsi, 15098,49 manat əsas kredit, 1477,93 manat kreditdən istifadəyə görə faiz, 458,99 manat cərimə olmaqla, cəmi 17035,41 manat borcun və 141,1 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "xx.xx.2022ci il tarixli müqavilənin (ərizənin) ləğv edilməsi, 15098,49 manat əsas kredit, 1477,93 manat kreditdən istifadəyə görə faiz, 458,99 manat cərimə olmaqla, cəmi 17035,41 manat borcun və 141,1 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli əsas kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçı və cavabdeh məhkəməyə ayrı-ayrılıqda yazılı şəkildə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiklərinə görə məhkəmə baxışı onların iştirakı olmadan keçirildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan, Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli "Ərizə"sindən görünür ki, cavabdeh 48 ay müddətinə illik faiz dərəcəsi maksimum 28 faiz olmaqla 30000 manat məbləğində kredit limitinin ayrılmasını və həmin kredit limiti üzrə kreditin verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “Arayış"dan görünür ki, Cavabdeh iddiaçı "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixli 009A********** nömrəli müqavilə üzrə 15098,49 manat əsas kredit, 1477,93 manat kreditdən istifadəyə görə faiz, 458,99 manat cərimə olmaqla, cəmi borcu 17035,41 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 9/6203 nömrəli "Ekspert rəyi"ndən görünür ki, xx.xx.2022-ci il tarixli 009A********** nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh xx.xx.2022-ci il tarixinə "xxxx" QSC-yə olan borcu 15098,49 manat əsas kredit, 1470,38 manat kreditdən istifadəyə görə faiz olmaqla, cəmi 16568,87 manat təşkil edir. Rəydə həmçinin qeyd edilmişdir ki, həmin kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalara əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi) Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin iddiaçıya əsas borcu 15098,49 manat, kreditdən istifadəyə görə faiz borcu 1470,38 manat, cərimə borcu isə 458,99 manat təşkil edir. İddia ərizəsində kreditdən istifadəyə görə faiz borcu 1477,93 manat göstərilsə də, xx.xx.2023-cü il tarixli 9/6203 nömrəli "Ekspert rəyi"ndən görünür ki, cavabdehin kreditdən istifadəyə görə faiz borcu 1470,38 manat təşkil edir. Məhkəmə bu nəticəyə gəldi ki, iddiaçı müqavilənin ləğvini, eləcə də cavabdehdən cəmi 17027,86 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. İddianın qalan hissəsi isə əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 141,1 manat dövlət rüsumundan, eləcə də ödənilməmiş 100 manat məhkəməmühasibatlıq ekspertizasının dəyərindən ibarətdir. Cəmi 17035,41 manat məbləğində iddianın 17027,86 manat hissəsi (99,95 faiz) təmin olunduğuna görə məhkəmə xərclərini təşkil edən 241,1 manat məbləğin müvafiq olaraq 99,95 faizini təşkil edən 240,98 manat hissəsi cavabdehə aid edilməli, ondan 100 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qalan 140,98 manat hissəsi isə iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin qalan 0,12 manat hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə (ərizə) ləğv edilsin. Cavabdeh 15098,49 manat əsas kredit borcu, 1470,38 manat kreditdən istifadəyə görə faiz borcu, 458,99 manat cərimə, 140,98 manat manat məhkəmə xərcləri olmaqla, cəmi 17168,84 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №e-2(008)-4422/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4422/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver