Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4424/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "268,19 manat əsas, 18,87 manat faiz, 3 manat cərimə borcu olmaqla, cəmi 290,06 manat borcun və 30 manat dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "X2" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "268,19 manat əsas, 18,87 manat faiz, 3 manat cərimə borcu olmaqla, cəmi 290,06 manat borcun və 30 manat dövlət rüsumunun tutulması" barədə kiçik iddiaya dair ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmişdir. Cavabdeh xx.xx.2024-cü ildə məhkəməyə ərizə verərək artıq iddiaçıya olan borcunu ödədiyini bildirmiş və işinə baxılmamasını, qətnamə çıxarılmamasını xahiş etmişdir. Cavabdeh həmin ərizəsinə "X2" Açıq Səhmdar Cəmiyyətinə 338,70 manat məbləğində pul ödəməsini təsdiq edən xx.xx.2024-cü il tarixli BPM7893152P nömrəli qəbzin surətini əlavə etmişdir. Bundan sonra xx.xx.2024-cü ildə iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iddia tələbinin baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia ərizəsi, eləcə də iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi əsasında ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "268,19 manat əsas, 18,87 manat faiz, 3 manat cərimə borcu olmaqla, cəmi 290,06 manat borcun və 30 manat dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "X2" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X4.
Məhkəmə qərarları › İş №e-2(008)-4424/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4424/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver