Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4460/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 82.793,36 (səksən iki min yeddi yüz doxsan üç manat otuz altı qəpik) manat borc olmaqla bundan 46.891,57 (qırx altı min səkkiz yüz doxsan bir manat əlli yeddi qəpik) manat əsas, 31.169,02 (otuz bir min bir yüz altmış doqquz manat iki qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 4.732,77 (dörd min yeddi yüz otuz iki manat yetmiş yeddi qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 338.38 (üç yüz otuz səkkizz manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətiyev küçəsində 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 154.3 kv.m, 2 mərtəbəli, 5 otaqlı, 94.5 kv.m yaşayış, 59.7 kv.m köməkçi, sahədən ibarət 9/3 nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin məhkəmələrdə iş şöbəsinin müdiri Anar Cabbarov məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, mübahisənin məhkəmədən kənar həll edildiyini, tərəflər arasında xx.xx.2024-cü il tarixli “Barışıq sazişi” imzalandığını bildirmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq barışıq sazişinin təsdiq edilməsi və e-2(008)-4460/2024 nömrəli mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında mübahisənin məhkəmədən kənar həll edildiyini, 16 oktyabr 2024-cü il tarixində arasında “Barışıq sazişi” imzalandığını, barışıq sazişinin məhkəmədə təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X2 ilə digər Cavabdeh öz aralarında olan hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı şərtlərlə və qayda ilə həll edilməsi razılığına gəlirlər: 2.1.Tərəflər təsdiq edirlər ki, iddia ərizəsi üzrə cavabdehin 46.891,57 (qırx altı min səkkiz yüz doxsan bir manat 57 qəpik) manat əsas, 31.169,02 (otuz bir min yüz altmış doqquz manat 02 qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 4.732,77 (dörd min yeddi yüz otuz iki manat 77 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 82.793,36 (səksən iki min yeddi yüz doxsan üç manat 36 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Bu Sazişin 2.1-ci bəndində qeyd edilən faiz borcdan 1.000 (bir min) manat hissəsinin bu Saziş imzalandığı tarixdən 30 (otuz) iş günü müddətində ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. Bu Sazişin 2.2-ci bəndi icra edildikdən sonra 35 ay müddətinə, hər ay 1.000 (bir min) manat və 36-cı ayın tamamında 21.248 (iyirmi bir min iki yüz qırx səkkiz) manat olmaqla, ümumilikdə 55.910 (əlli beş min doqquz yüz on) manat məbləğində borcun və 338,38 (üç yüz otuz səkkiz manat 38 qəpik) manat dövlət rüsumunun İddiaçıya ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.4. Cavabdeh məhkəmə ekspertizası xərclərinin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.5. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilərin borc məbləğinin Cavabdeh tərəfindən 36 (otuz altı) ay müddətinə ödənilməsinə möhlət verilməsi öhdəliyini öz üzərində götürür. 2.6. Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən hər hansı ardıcıllıqla 2 (iki) dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.7. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 154.3 kv.m, 2 mərtəbəli, 5 otaqlı, 94.5 kv.m yaşayış, 59.7 kv.m köməkçi, sahədən ibarət 9/3 nömrəli fərdi yaşayış evinin (yerləşdiyi torpaq sahəsi ilə birlikdə) bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəlik üzrə borcun təminatı olaraq ipotekada saxlanılmasına və bu Sazişdə göstərilən şərtlər pozulduqda və ya icra edilmədikdə tutmanın xx.xx.2019-cu il tarixli, 11/0528/KBK nömrəli ipoteka müqaviləsi əsasında həmin əmlaka yönəldilməsinə və açıq hərracdan satılmasına, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin İddiaçıya ödənilməsinə etiraz etmir. 2.8. Bu Saziş üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Sazişin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.9. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2 və 2.3-cü bəndi Cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1 hesablanmış faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. 2.10. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2 və 2.3-cü bəndində göstərilən öhdəliklər Cavabdeh tərəfindən tam icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 154.3 kv.m, 2 mərtəbəli, 5 otaqlı, 94.5 kv.m yaşayış, 59.7 kv.m köməkçi, sahədən ibarət 9/3 nömrəli fərdi yaşayış evi Cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. Azərbaycan Respubliksı Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə baxışında tərəflər aralarında barışıq əldə edildiyi, barışıq sazişinin tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Tərəflər arasında barışıq sazişi bağlandığından və bu saziş məhkəmə tərəfindən təsdiq edildiyindən icraata Azərbaycan Rspublikası MPM-ni 261.0.5-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: Ləğv prosesində olan İddiaçı ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X2 ilə, Cavabdeh arasında bağlınmış xx.xx.2024cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin. 2.1.Tərəflər təsdiq edirlər ki, iddia ərizəsi üzrə cavabdehin 46.891,57 (qırx altı min səkkiz yüz doxsan bir manat 57 qəpik) manat əsas, 31.169,02 (otuz bir min yüz altmış doqquz manat 02 qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 4.732,77 (dörd min yeddi yüz otuz iki manat 77 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 82.793,36 (səksən iki min yeddi yüz doxsan üç manat 36 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Bu Sazişin 2.1-ci bəndində qeyd edilən faiz borcdan 1.000 (bir min) manat hissəsinin bu Saziş imzalandığı tarixdən 30 (otuz) iş günü müddətində ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. Bu Sazişin 2.2-ci bəndi icra edildikdən sonra 35 ay müddətinə, hər ay 1.000 (bir min) manat və 36-cı ayın tamamında 21.248 (iyirmi bir min iki yüz qırx səkkiz) manat olmaqla, ümumilikdə 55.910 (əlli beş min doqquz yüz on) manat məbləğində borcun və 338,38 (üç yüz otuz səkkiz manat 38 qəpik) manat dövlət rüsumunun İddiaçıya ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.4. Cavabdeh məhkəmə ekspertizası xərclərinin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.5. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən borc məbləğinin cavabdeh tərəfindən 36 (otuz altı) ay müddətinə ödənilməsinə möhlət verilməsi öhdəliyini öz üzərində götürür. 2.6. Hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən hər hansı ardıcıllıqla 2 (iki) dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.7. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 154.3 kv.m, 2 mərtəbəli, 5 otaqlı, 94.5 kv.m yaşayış, 59.7 kv.m köməkçi, sahədən ibarət 9/3 nömrəli fərdi yaşayış evinin (yerləşdiyi torpaq sahəsi ilə birlikdə) bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəlik üzrə borcun təminatı olaraq ipotekada saxlanılmasına və bu Sazişdə göstərilən şərtlər pozulduqda və ya icra edilmədikdə tutmanın xx.xx.2019-cu il tarixli, 11/0528/KBK nömrəli ipoteka müqaviləsi əsasında həmin əmlaka yönəldilməsinə və açıq hərracdan satılmasına, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin iddiaçıya ödənilməsinə etiraz etmir. 2.8. Bu Saziş üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu Sazişin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.9. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2 və 2.3-cü bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1 hesablanmış faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. 2.10. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2 və 2.3-cü bəndində göstərilən öhdəliklər cavabdeh tərəfindən tam icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 154.3 kv.m, 2 mərtəbəli, 5 otaqlı, 94.5 kv.m yaşayış, 59.7 kv.m köməkçi, sahədən ibarət 9/3 nömrəli fərdi yaşayış evi cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. Tərəflər arasında barışıq sazişi bağlandığından və bu saziş məhkəmə tərəfindən təsdiq edildiyindən iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-4460/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4460/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver