Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4464/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia rəizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 7803,33 manat məbləğində əsas, 1449,24 manat məbləğində faiz, ümumilikdə 9252,57 manat məbləğində pulun, 112,53 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək, hazırlıq iclasını onların iştirakı olmadan keçirilməsini və işin baxışa təyin edilməsini xahiş etmişdir. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh iddia verilməmişdən təxmini bir il əvvəl, yəni xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Qanunun mənasından görünür ki, tərəflərdən birinin iddia veriləndən sonra öldüyü halda hüquq varisliyinin müəyyən edilməsi zərurəti yaranır. Qeyd edildiyi kimi, iddia verilən tarixdə cavabdeh artıq ölmüşdür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 261- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-4464/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4464/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver