Məhkəmə qərarları › İş №e-2(008)-4467/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4467/2022

13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4467/2022 13.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh dəymiş zərərə görə 10244,50 manat, ödənilmiş dövlət rüsumuna görə 120,74 manat, cəmi 10365,24 manat pulun tutularaq ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər məhkəməyə ərizə ilə müraciət edərək hazırkı mülki işdə olan mübahisə üzrə aralarında əldə olunmuş barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı qaydada razılıq əldə etmişlər.

1. İddiaçı iddia tələbinin həcmini azaldaraq 8500 manat məbləğində pul tələb edir.

2. Cavabdeh iddiaçının pul tələbinə dair iddia tələbinin həcmini 8500 manat məbləğində qəbul edir.

3. Cavabdeh 8500 manat məbləğində pulun 1000 manatını 2022-ci ilin dekabr ayının 14-də ödəyir. Qalıq məbləği, yəni 7500 manatı isə 2023-cü ilin yanvar ayının sonuncu iş günündən gec olmamaqla 15 ay arzində hər ay (sonuncu iş günündən gec olmamaqla) 500 manat məbləğində ödəməklə tam həcmdə iddiaçıya ödəməyi öhdəsinə götürür.

4. Cavabdeh tərəfindən ödəniş sazişinin 3-cü bəndində göstərilən ən son ödəmə tarixində, yəni təqvim ayının sonuncu iş günü həyata keçirilməməsi Sazış üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

6. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 nüsxədə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Sabunçu Rayon Məhkəməsində təqdim olunur.

7. Tərəflər Sabunçu Rayon Məhkəməsindən barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş edirlər.

Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, barışıq sazişini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. İddiaçı iddia tələbinin həcmini azaldaraq 8500 manat məbləğində pul tələb edir.

2. Cavabdeh iddiaçının pul tələbinə dair iddia tələbinin həcmini 8500 manat məbləğində qəbul edir.

3. Cavabdeh 8500 manat məbləğində pulun 1000 manatını 2022-ci ilin dekabr ayının 14-də ödəyir.Qalıq məbləği, yəni 7500 manatı isə 2023-cü ilin yanvar ayının sonuncu iş günündən gec olmamaqla 15 ay arzində hər ay (sonuncu iş günündən gec olmamaqla) 500 manat məbləğində ödəməklə tam həcmdə iddiaçıya ödəməyi öhdəsinə götürür.

4. Cavabdeh tərəfindən ödəniş sazişinin 3-cü bəndində göstərilən ən son ödəmə tarixində, yəni təqvim ayının sonuncu iş günü həyata keçirilməməsi Sazış üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

6. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 nüsxədə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Sabunçu Rayon Məhkəməsində təqdim olunur.

7. Tərəflər Sabunçu Rayon Məhkəməsindən barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş edirlər. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar