Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-450/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 7998,30 (yeddi min doqquz yüz doxsan səkkiz manat otuz qəpik) manat məbləğində zərərin və 99,99 (doxsan doqquz manat docsan doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8098,29 (səkkiz min doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********995500192b2a)nk hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024-ci il tarixində 04/8296 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 423,90 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1296 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2073,60 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3110,40 manat (video); - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1094,40 manat; Cəmi 7998,30 (yeddi min doqquz yüz doxsan səkkiz manat 30 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Beləliklə, cavabdehin İddiaçı İByə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümumi 7998,30 (yeddi min doqquz yüz doxsan səkkiz manat 30 qəpik) manat təşkil etməkdədir. Həmçinin nəzərinizə çatdırırıq ki, cavabdehin 2017-ci ilin oktyabr ayınadək 2894,08 manat vəsaitin tutulması barədə xx.xx.2019- cu il tarixli, 2(008)-673/2019 saylı Birliyin xeyrinə qətnamə cıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə daxil olmuş xx.xx.2025-ci il tarixli №3/166 saylı ekspert rəyini düzgün hesab edir və iş üzrə məhkəmənin qərar qəbul edən zaman nəzərə almanızı xahiş edir. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(008)-6437/2024 saylı qərardadı ilə məhkəmə trasoloji ekspertizasının keçirilməsi təyin edilmiş, 25 aprel 2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ünvan 2 ünvanında yerləşən qaz sayğacına və qaz borularına ekspert tərəfindən baxış keçirilmiş və hər hansı kənar zədə və ya qanunsuz qoşulma halları müəyyən edilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, “Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486 VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə edilmiş dəyişikliyə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd olunan maddi norma 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Hazırki iş üzrə sayğacdan kənar qanunsuz qoşulması barədə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixinə kimi 5 akt tərtib edilmişdir ki, onlardan 3-ü – xx.xx.2022- ci il tarixli ******* saylı akt, xx.xx.2023-cü il tarixli ******* saylı akt və xx.xx.2023-cü il tarixli ******* saylı aktların tərtib olunması xx.xx.2022-ci ildən sonra, yəni göstərilən norma qüvvədə olduğu vaxta təsadüf edir. Göründüyü kimi, cavabdehə məxsus ünvanda həm qanunsuz qoşulma hallarının olmaması ekspert rəyi ilə təsdiq olunur, həm də, məhkəməyə iddiaçı tərəfindən təqdim olunan aktlar düzgün rəsmiləşdirilməmiş, bununla bağlı müvafiq qərarlar əldə edilməmişdir. Odur ki, yuxarıda yazılanları nəzərə alaraq iddia tələbini təmin etməmənizi xahiş etmişdir. Məhkəmə iş matriallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki. İddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli, 04/8296 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh hesablanmış 5744,48 manat borcu ödəməyi öz öhdəsinə götürmüşdür. -**********00000 nömrəli abonent saldosundan görünür ki, Cavabdeh qalıq və aktlar üzrə 2019-cu ilin may ayında 423.90 manat, 2021-ci ilin fevral ayında 1296 manat, 2022-ci ilin oktyabr ayında 2073.60 manat, 2023-cü ilin aprel ayında 3110.40 manat və 2023-cü ilin noyabr ayında isə 1094.40 manat cəmi 7998.30 manat cərimə hesablanmışdır. tar 2023-cü ilin dekabr ayının sonu üçün cəmi 4204,80 manat məbləğində borc hesablanmışdır. - İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, 29/1710-01688 nömrəli MSK-ya əsasən G-4 nömrəli 1600AZ**********4 qaz sayğacın çəlik panelində dəlik aşkar olunmuşdur. - İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, həyətində iki ədəd istixananın birində sayğacsız qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olundu. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 12960 m3 dəymiş ziyan hesablanmışdır. - Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 17280m3 dəymiş ziyan hesablanmışdır. - İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent təbii qazdan istixana və evdə bir başa qeyri-qanuni istifadə edir. İstixanada halhazırda əskin növü xiyardır. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 25920 m3 dəymiş ziyan hesablanmışdır. - İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, sayğacdan kənar, qeyri-qanuni əlavə qaz xəttindən istifadə edilməsi aşkar olunmuşdur. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 9120m3 dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2025-ci il tarixli 3-16-16/2-3/166/2025 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilən sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zadə aşkar edilmədiyi müəyyən edilmişdir. Aparılmış tətqiqatın dəyəri 65 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Məhkəmə ilk növbədə xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən 423.90 manat abonentə hesablanmış borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktla müəyyən olunmuş sayğacda yaranan nasazlıqla əlaqədar hesablanmış cərimə hissəsinə münasibət bildirərək göstərir ki, sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, Azəriqaz İB-nin iddia tələbinin bu hissəsədə təmin oluna bilməz. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-ci il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara əsəsn istehlakçıya hesablanmış cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən aktlar əsasında yazılmış cərimə tutula bilməz. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktda istehlakçının imzasının olmadığı, sözügedən akta əlavə edilmiş fotoşəkillərin çəkilmə tarixi olmadığını habelə ekspertiza rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən aktın əsaslı olmasını təsdiq edən möhtəbər və təkzib olunmaz sübutlar olmadığından iddia tələbi həmin akta əsasən hesablanmış cərimənin tutulması hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 99,99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, 99,99 manat məbləğində dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilə bilməz. Bundan başqa məhkəmə ekspert rəyinin tərəflərdə hansına aid edilməsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi əsaslı olmadığından ekspertiza rəyin verilməsi üçün çəkilmiş xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı İB-nin Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmış 423,90 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasən hesablanmış 1296 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 2073,60 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 3110,40 manat və xx.xx.2023cü il tarixli ******* saylı akta əsasən hesablanmış 1094,40 manat cəmi 7998,30 (yeddi min doqquz yüz doxsan səkkiz manatotuz qəpik) manat borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlər rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində olan ekspertiza xərci İddiaçı İB-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-450/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-450/2025
11.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver