Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4515/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı “kredit borcun tutulması, mənzil üzərində cavabdehə məxsus hüquqların iddiaçıya keçirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh oğluna qarşı “kredit borcun tutulması, mənzil üzərində cavabdehə məxsus hüquqların iddiaçıya keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nizami qızından xx.xx.2014-cü il tarixli 6837 nömrəli kredit müqaviləsi üzrə 13.246.43 manat əsas borcun, 11723,09 manat faiz borcunun, cəmi 24.969,52 ( iyirmi dörd min doqquz yüz altmış doqquz manat 52 qəpik) manat borc məbləğinin iddiaçı “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 18 iyun 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsinin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, 2595 saylı məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əlyev küçəsi 4 saylı bina, 1-ci blok, 13-cü mərtəbə, 128 saylı 3 otaqdan ibarət 110,57 kv.metr mənzil üzərində Cavabdeh məxsus hüquqların iddiaçı "Aqrarkredit'' QSC Bank olmayan Kredit Təşkilatının adına keçirilməsi, iddianın verilməsi üçün ödənilmiş 164,91 manat dövlət rüsumunun cavabdehdən tutularaq “Aqrarkredit" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT iddiasını onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqı ilə " Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı" ASCnin problemli aktivləri (borcdan) üzrə tələb hüququ “Aqrarkredit QSC” Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı problemli borcu üzrə tələb hüququ da xx.xx.2017- ci il tarixli S-DİPK-3 saylı təhviltəslim AkB əsasında “Aqrarkredit" QSC-yə təhvil verilmişdir. "xxxx"- ASC X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixil 6837 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ünvan 1cu mərtəbədə yerləşən 1 otaqlı, ümumi sahəsi 36,03 kv.m olan 33 saylı mənzilin alınması üçün 120 ay müddətinə illik 12 faizlə 15,006,0 (on beş min altı) manat kredit verilmişdir. Kredit borcu müqaviləyə uyğun qaytarılmalı olduğu halda, cavabdeh tərəfindən buna əməl olunmamışdır, X1 "Aqrarkrcdir QSC-yə olan əsas borcu 13.246.43 manat, faiz borcu 11723.09 manat, cəmi borcu isə 24.969,52 manat təşkil edir. Cavabdehlə bağlanmış kredit müqaviləsinin 15.8-ci bəndinə əsasən Borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Cavabdeh və "xxxx" Sənaye, Tikinti investisiya Korporasiyası ASC arasında imzalanmış 18907 nömrəli, xx.xx.2014-cü il tarixli müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şussesi, 7-ci km. 1 saylı bina, blok 60, 9-cu mərtəbədə yerləşən 1 otaqlı, ümumi sahəsi 36,03 kv.m olan 33 saylı mənzilin alınması üzrə hüquqlar borc verənə keçir. Cavabdehlə bağlanmış 07 iyul 2014- cü il tarixli 6837 sayı Kredit Müqaviləsinin 15.4-cü bəndinə asasan Borc alan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydasında yerinə yetirilməməsinə görə Borcverənə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı QSC BOKT-un Cavabdeh qarşı kredit borcunun tutulmasına dair e-2(008)- 4515/2022 saylı mülki mübahisə üzrə iddia ərizəsinin “xahiş edirik” hissəsinin 2-ci bəndində qeyd edilmiş mənzilin ünvanını “ünvan 1cu mərtəbədə yerləşən 1 otaqlı, ümumi sahəsi 36.03 kv.m olan 33 saylı mənzil” kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə Mülki Mposesual Məcəllənin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsənin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanmış 07 iyul 2014-cü il tarixli, 6837 saylı kredit müqaviləsinə əsasən bank borcalana avtomobilin alınması məqsədilə illik 12% olmaqla 120 (yüz iyirmi) ay müddətinə 15.006 (on beş min altı) manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC ilə Cavabdeh arasında bağlanmış mənzilin alqıs satqısına dair 18907 saylı müqavilədən görünür ki, Bakı şəhəri, Abşeron rayonu ərazisində Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km 1 saylı binanın, 60 blok, 9 mərtəbə, 33 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 36.03 kv.m metr olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada Tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı Mənzilin dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka hazırda olan 13.246.43 manat əsas borcun, 11723,09 manat faiz borcunun, cəmi 24.969,52 ( iyirmi dörd min doqquz yüz altmış doqquz manat 52 qəpik) manat borc məbləği təşkil edir. - 07 iyul 2014-cü il tarixli, 6837 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş 215 manat müəyyən edilmişdir. - 07 aprel 2022-ci il tarixli, 3-7/763 saylı bildirişin surətindən görünür ki, kredit borcu qaytarılmadığından 10 gün müddətinə “Aqrarkredit QSC-yə ödənilməsi tələb olunmuşdur.Əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 165.31 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 18 iyun 2014cü il tarixli mənzilin alqı-satqı müqaviləsinin predmeti olan ünvan 1cu mərtəbədə yerləşən 1 otaqlı, ümumi sahəsi 36.03 kv.m olan 33 saylı mənzil üzərində Cavabdeh məxsus hüquqların iddiaçı "Aqrarkredit'' QSC Bank olmayan Kredit Təşkilatının adına keçirilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin həmin hissədə hüququ əsası olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 164.91 (yüz altmış dörd manat, doxsan bir qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13.246.43 (on üç min iki yüz qırx altı manat, qırx üç qəpik) əsas borc, 11723,09 (on bir min yeddi yüz iyirmi üç manat, doqquz qəpik) faiz borcu, cəmi 24.969.52 (iyirmi dörd min doqquz yüz altmış doqquz manat, əlli iki qəpik) manat və 164.91 (yüz altmış dörd manat, doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı BOKT İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4515/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4515/2022
06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver