Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4520/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 aprel 2022-ci il tarixli, NRNPU-08920/1 nömrəli kredit müqaviləsi üzrə əsas borcuna görə 7554,98 (yeddi min beş yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat, faiz borcuna görə 519,83 (beş yüz on doqquz manat səksən üç qəpik) manat, dəbbə borcuna görə 743,68 (yeddi yüz qırx üç manat altmış səkkiz qəpik) manat, cəmi 8818,49 (səkkiz min səkkiz yüz on səkkiz manat qırx doqquz qəpik) manat məbləğində pulun və 109 (bir yüz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında 29 aprel 2022-ci il tarixdə bağlanmış NRNPU-08920/1 nömrəli kredit müqaviləsinə əsasən illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 15200 (on beş min iki yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. 29 aprel 2022-ci il tarixli, NRNPU-08920/1 nömrəli kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, NRNPU-08920/1 nömrəli kredit müqaviləsinə əsasən, cavabdeh öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 29 aprel 2022-ci il tarixli, NRNPU-08920/1 nömrəli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 7554,98 (yeddi min beş yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat, faiz borcuna görə 519,83 (beş yüz on doqquz manat səksən üç qəpik) manat, dəbbə borcuna görə 743,68 (yeddi yüz qırx üç manat altmış səkkiz qəpik) manat, cəmi 8818,49 (səkkiz min səkkiz yüz on səkkiz manat qırx doqquz qəpik) manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-ci maddələrinin tələblərinə əsasən, işə cavabdehlərin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə, Cavabdeh arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, NRNPU-08920/1 nömrəli kredit müqaviləsinə əsasən illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 15200 (on beş min iki yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. 29 aprel 2022-ci il tarixli, NRNPU-08920/1 nömrəli kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 29 aprel 2022-ci il tarixli, NRNPU-08920/1 nömrəli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 7554,98 (yeddi min beş yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat, faiz borcuna görə 519,83 (beş yüz on doqquz manat səksən üç qəpik) manat, dəbbə borcuna görə 743,68 (yeddi yüz qırx üç manat altmış səkkiz qəpik) manat, cəmi 8818,49 (səkkiz min səkkiz yüz on səkkiz manat qırx doqquz qəpik) manat təşkil edir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixinə 29 aprel 2022-ci il tarixli, NRNPU-08920/1 nömrəli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 5529,77 manat, faiz borcuna görə 987,14 manat, dəbbə borcuna görə 3040 manat, cəmi 9556,91 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5869 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NRNPU-08920/1 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixədək (maliyyə arayışı müddətinə) banka olan borcu aşağıdaki kimi, müəyyən olunur: əsas borcu üzrə --- 7555,76 manat; faiz borcu üzrə — 522,74 manat. O cümlədən qeyd edilirki, tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, İddiaçı ASC ilə, Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NRNPU-08920/1 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024cü il tarixədən (maliyyə arayışı müddətinə) sonra ödənişləri olması müəyyən edilir. Həmin ödənişləri (bank tərəfindən əsas borc məbləğindən silinmişdir) nəzərə aldıqda qərardadın müddətinədək yəni xx.xx.2024-cü ilədək banka olan borcu aşağıdakı kimi, müəyyən olunur : əsas borcu üzrə — 6693,95 manat faiz borcu üzrə — 612,50 manat İddia tələbinin 5529,77 manat əsas və 612,50 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə gəldikdə məhkəmə hesab edir ki, faiz borcu ekspert rəyinə əsasən hesablanmış faiz borcu həcmində təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 300 (üç yüz) manat dəbbə pulu tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5529,77 (beş min beş yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat əsas, 612,50 (altı yüz on iki manat əlli qəpik) manat faiz, 300 (üç yüz) dəbbə pulu; cəmi 6442,27 (altı min dörd yüz qırx iki manat iyirmi yeddi qəpik) manat borc pul tutularaq, Rabitəbank” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 86,42 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5529,77 (beş min beş yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat əsas, 612,50 (altı yüz on iki manat əlli qəpik) manat faiz, 300 (üç yüz) manat dəbbə pulu cəmi 6442,27 (altı min dörd yüz qırx iki manat iyirmi yeddi qəpik) məbləğində borc pulun və 86,42 (səksən altı manat qırx iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat tərəflərdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE**********00********) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-4520/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4520/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver