Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-453/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 0104072AZN06596 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 1966,36 manat əsas borc, 349,97 manat faiz borcu, 3524,99 manat cərimə borcu olmaqla, cəmi 5841,32 manat, 41010AZNFK********** nömrəli əmək haqqı kartı üzrə texniki overdraft əməliyyatına əsasən 9,36 manat əsas borc, 0,27 manat cərimə borcu olmaqla, cəmi 9,63 manat borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 79 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarasınız. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə "Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu"nun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC- 625İB/2017 nömrəli "Razılıq ərizəsi" imzalanmışdır. Həmin "Razılıq ərizəsi"nin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra həmin Ümumi Şərtlər toplusu çərçivəsində 0104072AZN06596 nömrəli xx.xx.2019-cu il tarixli "Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə"yə əsasən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17.80%, illik cərimə faizi 180% olmaqla 5.000 (beş min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin, Borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixinə "xxxx" ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - 0104072AZN06596 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1966,36 manat əsas borc, 349,97 manat faiz borcu, 3524,99 manat cərimə borcu olmaqla, cəmi 5841,32 manat təşkil edir, gecikmə günlərinin sayı – 914 gün; - 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraft əməliyyatına əsasən 9,36 manat əsas borc, 0,27 manat cərimə borcu olmaqla, cəmi 9,63 manat təşkil edir, gecikmə günlərinin sayı – 940 gün. X1 əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə, kreditdən "Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə" forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və (və ya) kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ÜŞT-in Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair hissəsinə əsasən bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını banka ödəmək müştərinin vəzifəsidir. Bundan başqa ÜŞT-in Ödəniş Kartı bölməsi üzrə karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. X1 əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və "Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə" formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə həmin ərizə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İddiaçı "xxxx" ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 79 manat dövlət rüsumu ödəmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə "Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu"nun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-625İB/2017 nömrəli "Razılıq ərizəsi" imzalanmışdır. - GTC-625İB/2017 nömrəli "Razılıq ərizəsi"ndən görünür ki, cavabdeh həmin ərizəni imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. - 0104072AZN06596 nömrəli xx.xx.2019-cu il tarixli "Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə"sindən görünür ki, cavabdehə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17.80%, illik cərimə faizi 180% olmaqla 5.000 (beş min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. - xx.xx.2023-cü il tarixli "Maliyyə arayışı"ndan görünür ki, Cavabdeh "xxxx" ASC qarşısında öhdəliyi 0104072AZN06596 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1966,36 manat əsas borc, 349,97 manat faiz borcu, 3524,99 manat cərimə borcu olmaqla, cəmi 5841,32 manat, 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraft əməliyyatına əsasən 9,36 manat əsas borc, 0,27 manat cərimə borcu olmaqla, cəmi 9,63 manat təşkil edir. - "Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu"nun "Ödəniş kartı barədə məlumat" bölməsinin 1.2-ci bəndindən görünür ki, debet kartının şərtlərinə uyğun olaraq, Bank, əmək haqlarının nağdsız qaydada ödənilməsi üçün xüsusi kart hesabları açmağı və hesablardakı pul vəsaitinin ATM və POS terminalları vasitəsilə hesabdan çıxarmaq və ödənişlər etmək üçün "Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün ərizə" formasında göstərilən növbə və valyutada Debet kartını Müştəriyə verməyi, Müştəri isə bu xidmət üzrə nəzərdə tutulan haqları Banka ödəməyi öhdəsinə götürür. Deber kart növü üzrə Müştəriyə overdraft da açıla bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Həmçinin, cavabdehdən tələb olunan “overdraft” borcunun tələb olunması əsası da tərəflər arasında müqaviləyə əsasən müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Hüquq münasibətləri yarnan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faizlərin və cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi tələb edilən əsas, faiz, cərimə borcu məbləği hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 79 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 0104072AZN06596 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 1966,36 manat əsas borc, 349,97 manat faiz borcu, 3524,99 manat cərimə borcu olmaqla; 41010AZNFK********** nömrəli əmək haqqı kartı üzrə texniki overdraft əməliyyatına əsasən 9,36 manat əsas borc, 0,27 manat cərimə borcu olmaqla və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 79 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 5929 (beş min doqquz yüz iyirmi doqquz) manat, 95 (doxsan beş) qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-453/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-453/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver