Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4539/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə doğulmuş X8, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2009-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh qarşı «nikahın pozulması və alimentin alınması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsində baxılaraq 2(049)-1269/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən iddia qismən təmin edilmiş, onunla Cavabdeh arasında 26 may 2010-cu il tarixdə Lənkəran ŞİHB-nın Separadi İƏD üzrə nümayəndəliyi tərəfindən 12 sayla qeydə alınmış nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il tarixdə doğulmuş X8, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2009-cu il tarixdə X5 onun yanında qalmaları və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, ödənilməli dövlət rüsumunun məbləği – 66,8 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Bundan əlavə qeyd etmək istəyir ki,cavabdeh atası X11 ona bağışladığı torpaq sahəsini və fərdi evi banka girov qoyub pul götürmək adı altında ondan etibarnamə almış və sonradan məlum olmuşdur ki, həmin etibarnamə ilə ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsini və ümumi sahəsi 285.30 kv.m olan fərdi yaşayış evini sataraq pulunu mənimsəmişdir. Hazırda bu məsələ məhkəmə və hüquq mühafizə orqanları tərəfindən araşdırılmaqdadır. Cavabdeh Məmmədhüseyn Axundzadənin xəstəliyindən istifadə edərək sosial şəbəkələrdə onun şəklini paylaşmış və 10000 manata qədər ayrı-ayrı şəxslərdən 4127 2093 0470 2746 nömrəli karta pul vəsaitinin yatırılmasına və mənimsəməsinə nail olmuşdur. O, yetkinlik yaşına çatmayan uşaqları saxlamaqda çətinlik çəkir, belə ki, məhkəmə xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdən bir uşağa 130 manat, 3 uşağa 390 manat alimentin alınmasına qərar vermişdir ki, cəmi 5460 manat aliment məbləğindən 2500 manat ödənilib ki, qalıq məbləği də qəsdən cavabdeh ödənilməsini təmin etmir. İddia ərizəsinə əlavə etdiyi Tibbi Sosial Ekspert Komissiyasının verdiyi sənəddən görünür ki, Məmmədhüseyn Axundzadə uşaq serebral iflici tetroplegik forma xəstəsidir. Həm onun müalicəsinə, həm də uşaqların saxlanmaları, təhsili, sağlamlığı və s xərclərini qarşılaya bilmir. Yuxarıda qeyd etdiyi kimi, cavabdeh atasının ona hədiyyə etdiyi torpağı və evi etibarından sui-istifadə edərək satmış və pulunu mənimsəmişdir. Alimentin artırılması ilə bağlı cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, cavabdeh təklifə münasibət bildirmədiyi üçün ilkin mediasiya sessiyasının keçirilməsi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya sessiyasında tərəflər arasında mübahisə ilə bağlı razılıq olmadığından arayış alınmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1269/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə doğulmuş X8, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2009-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh tutulan hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin hər ay bir uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğinə artırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, hazırda məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdə çətinlik çəkir. Belə ki, hal-hazırda daimi işi və gəlir yeri yoxdur, maddi vəziyyəti ağırdır. İddiaçı faktiki ayrı yaşadığımız vaxtdan uşaqları ilə ünsiyyətinə maneçilik törədir. Bununla əlaqədar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - TSEK-nın sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 uşaq serebral iflici tetraplegik forma xəstəliyindən əziyyət çəkir, sağlamlıq imkanları məhdud uşaqdır. - Bakı şəhəri Sabunçu RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, komissiya iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi” tələbinin təmin edilməsini məqsədəuyğun hesab etmir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir və əmək haqqı 250 manat təşkil edir. - AZ-İ seriyalı 469624 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 nikahına xx.xx.2023-cü il tarixdə xitam verilmiş, nikah pozulduqdan sonra qadına Kərimli soyadı verilmişdir. - AZ-İİ seriyalı 922951 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X12r. - AZ-İİİ seriyalı 066604 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X12r. - AZ-T seriyalı 185815 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2014-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X12r. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00554 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etmək barədə qərar qəbul etmədilər. - Lənkəran Rayon Məhkəməsinin 2(049)-1269/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X16 ilə Cavabdeh arasında 26 may 2010-cu il tarixdə Lənkəran ŞİHB-nın Separadi İƏD üzrə nümayəndəliyi tərəfindən 12 sayla qeydə alınmış nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il tarixdə doğulmuş X8, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2009-cu il tarixdə X5 iddiaçı X10 yanında qalmaları və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X13 verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2013cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 doğulmuşlar. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1269/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X16 ilə Cavabdeh arasında 26 may 2010-cu il tarixdə Lənkəran ŞİHB-nın Separadi İƏD üzrə nümayəndəliyi tərəfindən 12 sayla qeydə alınmış nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il tarixdə doğulmuş X8, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2009-cu il tarixdə X5 iddiaçı X10 yanında qalmaları və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X13 verilməsi qət edilmişdir. Hazırda iddiaçı uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumunun anoloji işlərlə bağlı qərarlarında formalaşdırdıqları hüquqi mövqeləri, uşaqların mənafelərini, işin faktiki hallarını, hər iki valideynin uşaqları saxlamağa borclu olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün tutulmalı olan, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1269/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, Cavabdeh 45.20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1269/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 45.20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-4539/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4539/2024
30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver