Məhkəmə qərarları › İş №e-2(008)-454/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-454/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-454/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 4958 AZN, ödənilmiş dövlət rüsumuna görə isə 69.58 AZN pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 iyul 2023-cü tarixdə saat 08:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində ona məxsus “Nissan Pathfinder” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində Biləcəri istiqamətindən Moskva prospekti ilə hərəkət edib 20 Yanvar dairəsinə daxil olub işıqforun yaşıl işığında 3-cü mkr dairəsi istiqamətində hərəkətini davam etdirərkən, Yasamal rayonu, Tbilisi prospekti ilə “Şamaxinka” istiqamətində hərəkətdə olan Cavabdeh idarə etdiyi Toyota Prius markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında yol ayrıcına daxil olaraq idarə etdiyi avtomobili sağ yan hissəsindən vurmuşdur. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsindən polis əməkdaşı yaxınlaşaraq hadisə üzrə araşdırma aparılmasına başlanılmışdır. Hadisədən sonra avtomobili “NURGUN MOTORS” servisində təminatda olduğu üçün servisə apararaq təmirinin qiymətləndirilməsi üçün müraciət etdikdə tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən dəymiş zərərin 9658 manat (ehtiyat hissələri və zəhmət haqqı) olduğu, təmir zamanı maşın söküldükdə həmin qiymətdə dəyişiklik ola biləcəyi bildirilmişdir. 24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” AR-nın qanuna əsasən avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. “İcbari sığorta” müqaviləsinə əsasən 5000 manat Sığorta şirkəti tərəfindən ödənilmişdir. Qeyd edir ki, dəymiş zərərin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmiş, geridə qalan 4958 manat vəsait isə onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Yol-nəqliyyat hadisəsinə dair toplanmış materialda və Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələrinin tərkib ə!amətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməsi və “Toyota Prius” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. - inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh inzibati xətalar məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, «Nissan Pathfinder” markalı, **- TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cəmi təmir xərci 9658 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC (Ford Servis) tərəfindən İddiaçı 9658,00 manat ödəniş edilmişdir. -xx.xx.2023-cü il tarixli kart hesabından çıxarışın surətindən görünür ki, 5000 manat kart hesabından məxaric edilmişdir. -İddiaçıya elektron qaydada təqdim olunmuş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, təqsirli şəxs Cavabdehdur, idarə etdiyi nəqliyyat vasitəsi “Toyota Prius (hibrid)” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Toyota Prius (hibrid)” minik markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh məxsus olmuşdur. Cavabdeh **- BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozaraq «Nissan Pathfinder” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh inzibat xəta törətməsini qəbul etsə də, hadisə zamanı qeyd ə alınan kamera görüntülərini görməməsi səbəbilə belə hesab edir ki, öz təqsirli hərəkəti nəticəsində iddiaçıya vurduğu ziyanı ödəməli deyil. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçının cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən, iddiaçı tərəfindən maddi ziyanın məbləğinin 4958 manat olduğunun qüsur aktı ilə təsdiq olunması nəticəsinə gəlir. «Nissan Pathfinder” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil hesablanmış ziyanın məbləği 9658 manat hesablanmış, həmin ziyanın 5000 manat hissəsi "xxxx" MMC tərəfindən ödənilsə də, qalan maddi ziyan 4958 manat ağlabatan hesab olunaraq cavabdehdən tutulmalıdır. Həmçinin iddiaçının ödədiyi 69,58 manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Nissan Pathfinder” markalı, **-TV-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 4958 (dörd min doqquz yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti və 69 (altmış doqquz) manat, 58 (əlli səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar