Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4553/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi X4, Cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçınə qarşı “əsassız borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 5702.40 (beş min yeddi yüz iki manat 40 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 58.28 (əlli səkkiz manat 28 qəpik) manat və 77.61 (yetmiş yeddi manat 61 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 5838.29 (beş min səkkiz yüz otuz səkkiz manat 29 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 04/363 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00144 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarfnın tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147.20 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1555.20 manat, cəmi 5702.40 (beş min yeddi yüz iki manat 40 qəpik) manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunlardan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 58.28 (əlli səkkiz manat 28 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 5760.68 (beş min yeddi yüz altmış manat 68 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh İddiaçınə qarşı “əsassız borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında abonent kodu **********00144 olan qaz sayğacına qanunsuz müdaxilə səbəbi ilə dəymiş ziyanla bağlı xx.xx.2020-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar əsasında yazılmış 6004.80 manat qanunsuz və əsassız cərimə borcunun cavabdeh İddiaçı tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda istehlak hesabı **********00144 olan abonent kodu olmaqla, cavabdeh İddiaçı tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı abonent kodu əsasında (online) ödəniş ödənilməklə, həmin ünvan qazla təmin olunmuşdur (ödəniş qəbzi ünvana çatdırılmır). Qaz idarəsinə 2020-ci ilin əvvəlində sayğacın adına keçirilməsi barədə müraciət etmiş və qaz xəttində deşik olduğunu və həmin hissənin taxta parçası ilə bağlı olması barədə məlumatı da çatdırmışdır. xx.xx.2020-ci ildə onun iştirakı və xəbəri olmadan qaz sayğacı quraşdırılmış və həmin o bildirilən taxta parçası da oradan çıxardılaraq uzun dəmir bolt parçası qaynaq olunmuşdur. Lakin qaynaq edilmiş həmin dəmir parçasından da halhazırda sızma var. Daha sonra idarənin əməkdaşları “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” sənədi və müqaviləni darvazanın yan hissəsinə keçirərək ünvanı tərk etmişlər. Həmin sənədlər onun əvəzinə imzalanmışdır. O, sənədləri təhvil almamışdır və imzalamamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfin əməkdaşları onun ünvanına gələrək heç bir faktiki və hüquqi səbəb olmadan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunması adı ilə xx.xx.2020-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli dəymiş ziyanla bağlı aktlar tərtib edilərək, cəmi 6004.80 manat cərimə yazılmışdır. O, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə, həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə ona xəbərdarlıq olunmuş, nə də o, harasa dəvət olunmamışdır. Cərimə pul borcu qanunsuz və əsassız olaraq yazılmışdır. Onun istifadəsində olan sayğacla ona müdaxilə olunması aşkar edilməmiş, sadəcə olaraq əsas qaz xəttindən ayrılan kənar qaz xəttində olan itkinin ödənilməsini cərimə kimi ondan tələb edirlər. Hesab edir ki, əsassız olaraq cərimə kimi yazılmış olan 6004.80 manat İddiaçı tərəfindən silinməlidir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi X7 ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi X6 ilkin iddia tələbini qismən, yəni 58.28 (əlli səkkiz manat 28 qəpik) manat debitor borc hissəsində qəbul etdi, xx.xx.2020-ci il tarixli aktla hesablanmış borcun evin əvvəlki sahibi tərəfindən ödənildiyini bildirdi, qarşılıqlı iddia tələbini qismən müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh evində quraşdırılmış sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan təbii X2 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi akşar edilmişdir. İş materiallarında olan təbii X2 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi akşar edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə akt əsasında 2020-ci ilin aprel ayında 302.40 manat, 2023-cü ilin yanvar ayında 4147.20 manat, 2023-cü ilin aprel ayında 1555.20 manat məbləğində zərər hesablanmışdır. Bundan başqa, Cavabdeh debitor borcu 58.28 manat təşkil edir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. İddiaçının ünvanında çəkilmiş fotoşəkillərə baxış keçirilən zaman küçədə quraşdırılmış və işlək vəziyyətdə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca Cavabdeh tərəfindən müdaxilə edilməsi müəyyən edilməmişdir. Bundan başqa, İddiaçı tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin sadalanan normalarının tələblərinə zidd olaraq, Cavabdeh tərəfindən imzalanmamış, aktlar İddiaçı əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir ki, bu da yuxarıda adıçəkilən qaydaların 6.7-ci bəndinə ziddir. Həmin bəndə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təbii X2 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar əsasında hesablanmış 5702.40 (4147.20+1555.20) manat məbləğində zərərin ödənilməsi hissəsində əsassızdır və rədd edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, ilkin iddia tələbi 58.28 manat ödənilməmiş debitor borcun tutulması hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi, təbii X2 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar əsasında hesablanmış 5702.40 (4147.20+1555.20) manat məbləğində zərərin ödənilməsi hissəsində ilkin iddia tələbi əsassız hesab edilmişdir. Məhkəmə, 302.40 (60xx.xx-5702.40) manat məbləğində borcun silinməsi hissəsində qarşılıqlı iddia tələbini əsassız hesab edir. Həmin borc artıq ödənilmişdir və saldoda həmin məbləğ hazırda ödənilməmiş borc olaraq mövcud deyildir, abonent saldosunda Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə akt əsasında 2020-ci ilin aprel ayında 302.40 manat borc hesablandığı qeyd edilsə də, həmin borcun hesablanmasına əsas olmuş akt məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 302.40 manat borcun silinməsi hissəsində qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ilkin iddia tələbi üzrə Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, qarşılıqlı iddia üzrə isə İddiaçındən 77.02 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 58.28 manat debitor borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı tərəfindən ünvan 3 ünvanında quraşdırılmış qaz sayğacına (Cavabdeh **********00144 saylı abunə koduna) hesablanmış 5702.40 manat məbləğində borc silinsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İddiaçındən 77.02 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-4553/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4553/2023
21.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver