Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4555/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehİddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 2793.4 (iki min yeddi yüz doxsan üç manat qırx qəpik) manat, 52.34 (əlli iki manat otuz dörd qəpik) manat dövlət rüsumunun əvəzi və 400 (dörd yüz) manat vəkil xərci olmaqla, cəmi 3245.74 (üç min iki yüz qırx beş manat yetmiş dörd qəpik) manat məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6739 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı ********** nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 194.4 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172.8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 590.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 810 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 91.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 108 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 266.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 55.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 55.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 131.4 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3160.6 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmişdir. Cavabdeh hazırda iddiaçıya 2793.4 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə ijlasının vaxtı və yeri barədə iddiaçıya məhkəmə ijlasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə məhkəmə ijlasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbayjan Respublikası MPM-nin 185.4-jü maddəsinə əsasən mülki işə iddinçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək iddia müddətinin tətbiqi nə dair ərizə ilə məhkəməyə mürajiət edərək bildirmişdir ki, məhkəmənin icraatında iddiaçı Azəriqaz İB-nin İmamverdiyev ona qarşı qazdan qeyri-qanuni istifadəyə görə vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi var. Hazırki iddia tələbini heç bir hissədə qəbul etmir, məhkəməyə təqdim olunan aktların isə həqiqətə uyğun olmayan məlumatlara əsaslandığını qeyd olunan ünvanda təbii qazdan qeyri-qanuni istifadə halının olmadığını bildirir. "Azəriqaz" İB-nin əməkdaşları onun məlumatı olmadan sözügedən ünvana gəldi, guya həmin ünvana baxış keçirtmiş, guya onun təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edərək, vurulmuş ziyanla bağlı əsassız borc hesablamışlar. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Təbii qazdan istifadəyə dair onunla iddiaçı Azəriqaz İB arasında xx.xx.2015-ci il tarixli 6739 nömrəli müqavilə bağlanmış və ona məxsus həmin ünvanda yalnız bir növ qaz cihazının 1 ədəd PQ-4 olması qeyd edilmişdir. Buna baxmayaraq iddiaçının tərtib etdiyi aktlarda hər dəfə guya həmin ünvanda mövcud olan qaz cihazları fərqli adlarda göstərilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli ******* saylı AKT-da PQ-3, dəmir soba və QSSQ cihazları, 2018-ci ilə aid aktlarda bəzilərində PQ- 3, bəzilərində isə PQ-2 olması qeyd olunmuşdur. Bundan başqa xx.xx.2018-ci il tarixli ******* saylı AKT-da dəymiş ziyan 1152 m3 hesablandığı halda, həmin ilin qış aylarında, xx.xx.2018-ci il tarixli ******* saylı AKT-a və xx.xx.2018-ci il tarixli ******* saylı AKT-a əsasən cəmi 558 m3 hesablanmışdır. Halbuki soyuq qış aylarında təbii qazdan daha çox istifadə olunduğunu nəzərə alsaq, iddiaçı yay aylarını əhatə edən hesabat dövründə dəymiş ziyanı daha çox, qış dövründə isə az hesablamaqla, həmçinin bəzi hallarda hesabat dövrünü 90 gün, bəzilərində 30 gün, bəzilərində isə 180 gün götürməklə, bir daha bu aktların kortəbii və qeyri-peşəkar tərtib olunduğunu, təlimat və normativ aktlara əsaslanmadığını, vahid qaydalardan uzaq olduğunu göstərir. Başqa sözlə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilənlər doğru və düzgün məlumatlar deyildir, qazdan qeyri-qanuni istifadənin olmadığı halda, mövcud olmayan cihazlara görə sərfiyyat hesablamış və cavabdehə əsassız borc yükləmişdir. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxartmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. Digər tərəfdən, tərtib olunan aktlar 2016-2018-ci illəri əhatə edir. Həmin hallar üzrə isə artıq iddia müddəti keçmişdir. Belə ki, onunla iddiaçı arasında olan hazırki işlə bağlı bütün münasibətlər aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 6739 nömrəli müqaviləyə əsasən tənzimlənir. AR MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. İddiaçı 2016-2018-ci illər ərzində demək olar ki, hər ay gəlib akt tərtib etmiş, ziyan hesablamış lakin, hesablamış olduğu ziyama bağlı məlumat verməmiş, 2022-ci ilə kimi heç bir tələb irəli sürülməmişdir. Belə olan halda, iddiaçının hətta haqlı olduğu halda belə, iddia müddətini ötürməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə javabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 6739 saylı xx.xx.2015-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 0 manat məbləğində borc hesablanmışdır. **********00000 abonent kodu olan Cavabdeh məxsus GASREP məlumatlanrından görünür ki, abonentin 2021-ci ilin may ayının sonu üçün 2793.4 manat borcu mövcuddur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 194.4 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172.8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 590.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 810 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 91.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 108 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 266.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 55.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 55.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 131.4 manat dəymiş zərər hesablanmış, aktlar Cavabdeh adına tərtib edilmişdir. Həmçinin, iş matriallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 52.34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X1 arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. İddiaçı məhkəməyə hazırda müraciət edərək, cavadehinin 2016-ci il tarixdən 2019-cu ilin yanvar ayınının sonunadək əhatə edən dövür ərzində qaz sayğacından kənar qazdan istifadə nəticəsində tərtib edilmiş aktalar əsasında cavabdehə hesablanmış borcun məcburi qaydada cavabdehdən iddiaçının xeyrinə tutlmasını xahiş etsədə, mülki işin matriallarrına əlavə edilmiş cavabdehə məxsus saldodan cavabdehin qalıq və aktlar üzrə yaranmış borcun ödəməsinə dair sübutlar olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmiz edilə bilməz. Belə ki, cavabdehə məxsus saldodan görünür ki, cavabdehin qalıq və aktlar üzrə 2016-cı ilin sonunda 367.20 manat borcu, 2017-ci ilin sonu çüçün 590.8 manat borcu, 2018-ci ilin sonu üçün 2071.20 manat borcu , 2019-cu ilin sonu üzrə isə 131.0 manat borcu olduğu görünsədə (367.20+590.8+2071.2+131.4=3160.6), həmin saldodan görünür ki cavabdeh qeyd edilən borc məbləğindən 2017-ci ilin noyabr ayından 367.20 manat, 2018-ci ilin oktyabr ayında 2492.80 manat, 2018-ci ilin noyabr ayında 57.60 manat, 2021ci ilin may ayında isə 243 manat ödənişləri olduğundan cavabdehin ona hesablanmış aktlar üzrə borcunun tam şəkildə ödənilməsi öz təsdiqini tapmışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçi İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və vəkil xərcidə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4555/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4555/2022
04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver