Məhkəmə qərarları › İş №e-2(008)-4604/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4604/2025

02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4604/2025 02.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7915,09 (yeddi min doqquz yüz on beş, doqquz) manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 99,15 (doxsan doqquz, on beş) manat dövlət rüsumu, ümumilikdə 8014,24 (səkkiz min on dörd, iyirmi dörd) manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Changan Uni-V” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində MİB240661 saylı müqavilə ilə "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Vaz 21063” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Changan Uni-V” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “Changan Uni-V” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı avtomobilə 8115,09 (səkkiz min yüz on beş, doqquz) manat məbləğində maddi zərər dəymişdir. Qeyd olunan zərərlə bağlı "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin könüllü sığortası” müqaviləsinə əsasən “Changan Uni-V” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün "xxxx" MMC-yə 8115,09 (səkkiz min yüz on beş, doqquz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. MİB240661 saylı müqaviləyə əsasən 200 (iki yüz) manat azad olma məbləği sığorta olunan tərəfindən Cəmiyyətə ödənilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən idarə edilən “VAZ 21063” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yol hərəkəti hadisəsi nəticəsində “Changan Uni-V” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Bu səbəbdən cavabdeh barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati cərimə tətbiq edilmişdir. Zərər dəymiş avtomobil İddiaçı ASC-də könüllü (kasko) sığorta ilə sığortalanmış, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi isə hadisə baş verən zaman "xxxx" ASC-də icbari sığorta ilə təmin olunmuşdur. Bu halda, iddiaçı ilkin olaraq icbari sığorta üzrə məsuliyyət daşıyan "xxxx" ASC-yə müraciət etməli idi. Lakin uzun müddət keçməsinə baxmayaraq, iddiaçı bu prosedur tələblərini yerinə yetirmədən birbaşa cavabdehdən zərərin tam şəkildə ödənilməsini tələb etmiş və bu məqsədlə məhkəməyə müraciət etmişdir ki, bu da hüquqi baxımdan ziddiyyətlidir. İddiaçının irəli sürdüyü zərərin məbləği avtomobilin bazar dəyəri və dəyən zərərin həcmi ilə müqayisədə şişirdilmiş və real iqtisadi ölçülərlə əsaslandırılmamışdır. Dəymiş zərərin miqdarını müəyyən edən hər hansı müstəqil ekspertiza rəyi təqdim edilməmişdir. Bu baxımdan, iddiaçının tələb etdiyi kompensasiya tələbi dəymiş real zərəri əks etdirmədiyindən, əsassızdır. Məhkəmənin e-2(008)-4604/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, hazırda işin faktiki halları aşağıdakılardır (sənədlər mülki ş materiallarına əlavə edilmişdir): "xxxx" ASC tərəfindən verilmiş MİB240661 nömrəli avtonəqliyyat vasitələrinin könüllü sığorta şəhadətnaməsindən görünür ki, “Changan Uni-V” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən əmlaka vurulan zərərə görə 39900 manat məbləğində "xxxx" ASC tərəfindən icbari siğorta növü sığortalanmışdır. Müqaviləyə əsasən 200 manat şərtsiz azadolma tətbiq edilir. X5 orqanı tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarisığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 2024-09-29 -il tarixdə saat 10:29 dəqiqədə SABUNÇU QƏS X2 mülkiyyətində olan Cavabdeh idarə etdiyi “Vaz 21063” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin təqsiri ilə toqquşma nəticəsində yolnəqliyyat hadisəsi baş vermişdir. TP seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 10:29 radələrində baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş 40 manat məbləğində inzibati cərimə edilmişdir. Changan Servis tərəfindən verilmiş icra edilmiş xidmətlərə dair aktdan görünür ki, “Changan Uni-V” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 8115.09 manat məbləğində xidmət göstərilmişdir. "xxxx" ASC-nin AKS250276 nömrəli sığorta ödənişi aktından və qəbzlərdən görünür ki, “Changan Uni-V” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün "xxxx" MMC-yə 8115,09 (səkkiz min yüz on beş, doqquz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh qarşı azadolma məbləği nəzərə alınmaqla 7915.09 manat məbləğində subroqasiya hüququ yaranmışdır. "xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, “Vaz 21063” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində PPA********** saylı sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2025ci il tarixində "xxxx" ASC ora müraciət edərək sözügedən avtomobil və ** YL *** dövlət qeydiyyat nişanlı Changan UNİ-V markalı avtomobilin iştirakı ilə xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ** YL *** dövlət qeydiyyat nişanı Changan UNİ-V markalı avtomobila zərər dəyməsi barədə məlumat vermişdir. Müraciət dərhal qeydiyyata alınmış və sığorta araşdırmasına başlanılmışdır. Sığorta araşdırması zamanı məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi PPA********** saylı sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verməmişdir. Belə ki, sığorta müqaviləsi xx.xx.2014cü il urixində saat 11:14-də qüvvəyə minmiş. Lakin hadisə xx.xx.2024-cü il tarixdə 10:29da baş vermişdir. Qeyd olunanları nəzərə alaraq PASA Sigorta ASC-nin bu hadisə ilə bağlı meydana çıxan zərərə görə məsuliyyəti yaranmır. Məhkəmə tərəfindən iş materialları zərərin qiymətləndirilməsi məqsədilə müstəqil qiymətləndirici orqan "xxxx"MMC-yə göndərilmiş, təqdim edilmiş CVN/N 30-481/25 saylı xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2024-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış X2 mülkiyyətində olan “Changan Uni-V” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği işçilik pulu daxil olmaqla 3610 manat təşkil edir. Mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı tarif cədvəlinə uyğun olaraq 300 manat təşkil edir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Changan Uni-V” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində MİB240661 saylı müqavilə ilə "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə saat 10:29-da Sabunçu RPİ DYPŞ ərazisində X2 mülkiyyətində olan Cavabdeh idarə etdiyi “Vaz 21063” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə maddi zərər dəymişdir. Mütəxəssis rəyindən müəyyən edilir ki, hadisə zamanı “Changan Uni-V” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı avtomobillə 3610 manat zərər dəymiş olduğu müəyyən edilir. Həmin akt mötəbər hesab edilir. Hazırda iddiaçı ödəmiş olduğu məbləği təqsirli sürücüdən geri tələb etməkdə haqlı olmuşdur. Lakin tələb edilən 7915,09 məbləğ şişirdirilmiş məbləğ hesab edilməklə əsassız hesab edilir. Bu əsasla iddia tələbi qismən təmin edilməli, cavabdehdən 3610 manat məbləğində pul zərərin əvəzi kimi tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə aparılmış qiymətləndirilmə prosesinin 300 manat dəyəri cavabdehdən tutulub X1, Ünvan: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 4 VÖEN: ********** Bank: "xxxx" ASC Nərimanov filialı Bank VÖENİ: **********M.h.:AZ03NABZ********************Hih:AZ471BAZ******************** Kod: 805711 SWİFT: İBAZAZ2X hesabına köçürülməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun tutulmasına dair hissədə qismən təmin edilməlidir. Odur ki, dövlət büdcəsinə köçürülmüş 56.1 manat dövlət rüsumu Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, 43.05 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3610 manat məbləğində pul və 56.1 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. 43.05 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış qiymətləndirilmə prosesinin 300 manat dəyəri Cavabdeh tutulub "xxxx"MMC-nin (Ünvan: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 4 VÖEN: **********) Bank: "xxxx" ASC Nərimanov filialı Bank VÖENİ: **********M.h.:AZ03NABZ********************Hih:AZ471BAZ******************** Kod: 805711 SWİFT: İBAZAZ2X hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar