Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-462/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçı «Bank BTB ASC-nin nümayəndəsi X7, Cavabdeh1 iştirakı ilə, İddiaçı «Bank BTB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kreditin borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00419-16/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 6164.44 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 82 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh2 iddiaçının xeyrinə tutulması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə bağlanan xx.xx.2019-cu il tarixli, RPFG-00419-16/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 0.0528 ha torpaq sahəsinə və onun üzərində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, 129 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh2 etibarnamə əsasında adından çıxış edən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, RPF-00419-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 16975 (on altı min doqquz yüz yetmiş beş) manat 26 (iyirmi altı) qəpik məbləğində krediti illik 1 (bir) faizlə 60 (altmış) ay müddətinə Cavabdeh2 mülkiyyətinə vermiş, Cavabdeh2 isə həmin kreditdən iddiaçı ilə bağlanmış SMN-00048-16/16A saylı, 18 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 02 iyul 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh2 etibarnamə əsasında adından çıxış edən Cavabdeh1 arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00419-16/19A saylı 2 iyul 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2019-cu il tarixdə iddiaçıyla RPFG-00419-16/16A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan 0.0528 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında Bakı şəhərində bağlanmış xx.xx.2016-cı il tarixli SMN-00048-16/16A saylı kredit müqaviləsi üzrə və X5 ilə bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00162-16/19A saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üçün Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SMMG-00048-16/16A saylı və xx.xx.2019-cu il tarixli, RPFG-00162-16/19A saylı ipoteka müqavilələrinə əsasən Bank "xxxx" ASC-nə ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 159 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.8-ci və sonrakı ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 6164.44 manat təşkil edir. Beləliklə, cavabdehin xx.xx.2024-cü il tarixinə ümumi borcu 6164.44 manat təşkil edir. İddiaçı «Bank BTB ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, iddiaçı Bank "xxxx" ASCnin “Həzi Aslanov” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF- 00419-16/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2025-ci il tarixinə olan 4664.44 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 82 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh2 iddiaçının xeyrinə tutulması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə bağlanan xx.xx.2019-cu il tarixli, RPFG-00419-16/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 0.0528 ha torpaq sahəsinə və onun üzərində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ZabratMaştağa şossesi, 129 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2 tutulmasına dair qətnamə çıxarılmasını xahiş edirik. İddia tələbinin həcminin azaldılmasına dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmşdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək iddianın təmin edilməsinə etiraz etmədiyini, lakin fərdi yaşayış evinin qiymətinin az yazıldığını, borc məbləği üzrə ödənişlər etdiyini məhkəməyə bildirmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, kredit müqaviləsi Cavabdeh2 adına rəsmiləşdirilmiş, lakin cavabdehlərdən Cavabdeh1 məxsus olan Bakı şəhəri. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa- Zabrat şosesi, ev 129 kreditlə götürülmüş pulun təminatı olaraq girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərinə əməl etsə də, lakin aşağıda sadaladığı məsələyə görə iddiaçı banka olan ödənişlərini zamanında həyata keçirə bilməmişdir. Hazırda həmin məsələyə görə tamamilə iflas və müflisləşmə həddini belə keçmişlər. O da kredit pulunu sadaladığı həmin iki nəfərlə olan iş görülməsinə sərf etdiyindən və onlar tərəfindən aldadılmağı səbəbindən hazırda banka olan borcunu ödəyə bilməmişdir. O və yaxın qohumu-qardaşı X5 2022-ci ilin dekabr ayında X2 tanımışdır. Bundan sonra o ondan süd məhsulları almaq istədiyini bildirdi və bu məqsədlə oğlu Orucla görüşdü. Bundan sonra o, ondan iki fura mal alaraq onu hissə- hissə ödəsə də, onun ona həmin məhsullara görə 172.260 manat ödəməsi qaldı. Sonra ona dedi ki, bəs ona verəcəyi pulla özünə ev alıb və evi banka qoyaraq bu pulu ona ödəyəcək. O dedi ki, onun ev almasının onların arasında olan danışığa aidiyyəti yoxdur. Bundan bir müddət sonra o, ona olan ödəməsini bağlamadan ondan təkrar mal almaq istədiyini dedi. O, bundan imtina edərək bir daha ona bildirmişdir ki, ondan bundan əvvəl götürdüyü məhsulların pulunu ödəsin və ondan sonra təkrar əməkdaşlığa davam etsinlər. Bir müddət sonra Ağaverdi onu Cəbrayıl adlı şəxslə tanış edərək, onun iş adamı olmasını, çox tərəfli işlər gördüyünü, bütün bazarın onu tanıdığı və süd məhsullarını alaraq satdığını və onunla bu sahədə güclü əməkdaşlıq etdiyini bildirdi və Cəbrayılın ondan mal almaq istədiyini bildirdi. Hətta hər iki şəxs oğlu Orucla görüşərək ona Pirşağı qəsəbəsinə apararaq orada yerləşən bir evi anbar olaraq təqdim edib həmin məhsulları orada qəbul edəcəyini və buradan da satışa çıxaracağını deyərək özünü və əlbir olaraq ona qarşı cinayət planının həyala keçirmək üçün onları inandırmağa başladı və ona metro Gənclik ərazisində iki ədəd bina evi və əlavə olaraq bir ədəd villa göstərərək bunların ona məxsus olmasını, işadamı olduğunu və ona inanınağını istədi. Həmçinin oğlunu və onu inandırmaq üçün bildirdi ki, arvadı Nailə İsmayılova Bakı şəhəri 102 saylı orta məktəbin direktorudur, arvadının da onun bu işləri görməsindən məlumatı var və ondan aldığı malların ödənişinə görə narahat olmağı, əgər ödəyə bilməzsə bu zaman həmin əmlakları ilə götürdüyü malın dəyərini ödəyəcək. O da onlara inanaraq Cəbrayıla Ağaverdi vasitəsilə 700-1 kisə məhsul vermişdir. Bir müddət sonra bu pullar ödənilməklə onda inam yaradıldı. Bir müddət sonra Cəbrayıl Ağaverdi ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində onunla Bakıxanov qəsəbəsində Kardi restoranında görüşdü və onda nə qədər mal olduğunu soruşdular. O da onlara hazırda 2505 kisə mal olmasını bildirmişdir. Onlar ona dedi ki, sabahdan etibarən həmin malları hissəli şəkildə ödəməklə götürəcək və 25 gün ərzində tam dəyərini ödəyəcək. O onlardan soruşmuşdur ki, bəs bu qədər məhsulu bazarda sala biləcək və satacaq adamı var? Cəbrayıl bu zaman ona dedi ki, Şükür adlı qaynı satışı həyata keçirir və onun satış işinə qarışmasın. Onlar ondan ayrılandan təxminən bir saat sonra Cəbrayıl ona zəng edərək ondan xx.xx.2023-cii il tarixdə 1200 kisə mal götürəcəyini dedi. xx.xx.2023-cü il ildə oğlu Oruc Cəbrayılin iştirakı və onun özünün anbarı olmasını bildirərək Xəzər rayonu Binə- Atçılıq ərazisində yerləşən anbara 900 kisə mal təhvil verdi. Həmçinin Cəbrayıl mallah qəbul edilərkən həmin malları özünün iştirakı ilə anbarda təhvil alan Amil adlı şəxsin onun işçisi olmasını və anbardar vəzifəsində işlədiyini deyirdi. xx.xx.2023-cü il tarixdə Cəbrayıl ona zəng edərək Maştağa qəsəbəsində yerləşən və ona məxsus olan anbardan 300 kisə süd məhsulu götürdü və daha sonra xx.xx.2023-cü ildə birdaha ondan 125 kisə mal alaraq İman adlı sürücüsünün Qazel markalı yükdaşıma maşını ilə apardı. Daha sonra isə təkrarən xx.xx.2023-cü il ildə 350 kisə və xx.xx.2023-cü ildə isə 830 kisə ondan mal aldı. Malları Cəbrayıl özü şəxsən təhvil alaraq Binə-Atçılıq ərazisində yerləşən anbara aparırdı. Mal təhvil-təslimində oğlu Oruc da iştirak edirdi. Cəbrayıl xx.xx.2023-cü il tarixdə ona zəng edərək, xx.xx.2023-cii il tarixdən aldıqları malların pulları ödəyəcəyini vəd etdi. Onlar xx.xx.2023-cü ildə ona 47.000 manat pul verdilər. Belə ki, Cəbrayıl ona zəng edərək Ağaverdi ilə aldıqları mallara görə ödəməli olduğu pullardan 47,000 manat Ağaverdi ilə göndərdiyini, birinci götürdükləri 1200 kisə pulun isə xx.xx.2023-cü ildə ödəyəcəyini dedi. Lakin həmin günü Ağaverdiyə zəng çatmadı. O, dərhal Cəbrayıla zəng edərək, Ağaverdiyə zəng çatmadığını və pulları ödəmələrini istəmişdir. Cəbrayılda ona bildirdi ki, “Ağaverdiyə nə ehtiyac var, sənin pullarını mən verəcəmi”. Bir müddət sonra Ağaverdiyə zəng çatdı və o onun, onun və Cəbrayılın iştirakı ilə 3 tərəfli görüş təşkil etmişdir. Bu görüş zamanı o, artıq başa düşmüşdür ki, Ağaverdi vəCəbrayıl əvvəlcədən əlbir olmaqla onun etibarından sui-istifadə etməklə ona qarşı birlikdə dələduzluq ediblər və bu cinayət yolu ilə də ona zərər vurublar. Cəbrayıl ondan aldığı malları elə dedikləri kimi birlikdə satıblar. Bu məhsulların kimin vasitəsi və maşını ilə haralara və hansı qiymətə satılmasını o zamanla araşdırıb tapmışdır. Bu cinayətin vasitəçilərindən və tam məlumatlı olan şəxslərdən biri elə həmin malları ondan alıb. Qazel markalı maşın vasitəsilə Binə qəsəbəsindəki anbara aparan İmandır. Ağaverdi və Cəbrayıl hər ikisi ona qarşı əlbir olmaqla ondan 150 manata aldıqları malları Ağaverdi dedi ki, bu adamlara Bakıxanov qəsəbəsində yerləşən topdançı Füzuli, Nailə xanıma, dondurmaçılara. Ruslan, Pərvin və Cavid-Cabir qardaşlarına, ən əsas isə Azər adlı bir şəxslə əlbir olaraq dəyər- dəyməzinə satmışıq. Belə ki, Ağaverdi və Cəbrayıl Azər adlı şəxslə əlbir olaraq onun mallarını “Səba broylef’-ə satmış və həmin alıcı şirkət də onun məhsullarının adını və qablaşdırmasan öz adına dəyişərək öz əmtəə nişanı adı altında satmışdır. Bunu Ağaverdinin özü ona şəxsən xx.xx.2023-cü il tarixdəki görüşdə etiraf edibdir. Həmçinin bu görüşdə Ağaverdi ondan təkidlə baş vermiş bu hadisələrdən Cəbrayılın ailəsinin məlumatı olmamasını istəyirdi. O, bu zaman Cəbrayılın oğlu Fərhadın da bu görüşə çağırılmasını istədi və o, gəldi. Fərhad gəldikdən sonra dedi ki, Ağaverdi illər əvvəl onlara qarşı belə bir əməllər törətmişdir və gedib özləri öz aralarında bu baş vermiş hadisəni razılaşıb həll edəcəklər və üçü də birlikdə durub getdilər. Bundan sonrakı on gün ərzində bizim aralarında danışıqlar getsə də, lakin onlar onun pulunu ödəmədilər. Daha on gün keçəndən sonra Cəbrayılın arvadı Nailə İsmayılova onunla danışaraq ərinin belə əməllərinin dəfələrlə olmasını, Ağaverdi ilə birlikdə bir neçə dəfə belə əməllər törətməsini, lakin həmin pulların ödənilməsi üçün qısa vaxt verməsini istədi. Daha sonra isə ona dedi ki, oğlu Fərhad Ağaverdinin boğazına bıçaq dirəyərək, onun baş və qulağını kəsəcəyini və atası ilə birlikdə cinayət yolu ilə əldə etdikləri pulların qaytarmasını tələb etdiyini bildirdi. Məhz həmin hadisədən sonra Ağa verdi tamamilə yoxa çıxdıı və qaranlığa qərq oldu. Daha sonra Cəbrayılın arvadı Nailə ona dedi ki, onun özünün də adının bu məsələdə çəkilməsi səbəbindən heç bir yerə şikayət etməyi və ona verilməli olan pulu ən qısa zamanda qaytaracaq. Bir neçə gün sonra isə Cəbrayılın kürəkəni Zöhrab adlı şəxs ona zəng etdi və baş vermiş hadisə barədə ona məlumat verməyimi istədi. O da o günə kimi baş vermiş bütün hadisələri ətraflı surətdə ona danışdım və o, bildirdi ki, ona qarşı baş vermiş bu əməl cinayətdir və onun pulu ödənməlidir və buna görə onlara zaman versin. 10-1 5 gün sonra isə Zöhrab və Nailə ona zəng edərək Xətai rayonu ərazisində yerləşən blit çay evində görüşdülər. Onlar ona sadəcə olaraq ona dəymiş zərərin cəmi 170,000 manat hissəsini verəcəklərini və bunun qarşılığında isə Cəbrayılın Ağa verdi ilə əlbir olaraq ona “atdıqları” pulun qalan hissəsindən əl çəkməyini istədilər. O, bu növbəti “cinayətlə” razılaşmadı və dəymiş zərərin tam ödənilməsini tələb etdi. Çünki bu hadisədən əvvəl ona olan 90,000 manat pulun bu hadisəyə dəxlisi olmadığını, lakin 330,000 manat pulun Ağaverdi və Cəbrayılın əlbir olaraq ona “atdıqlarını” bildirmişdir. Beləliklə onlar ayrılıb getdilər. Bunlar 1 həftə sonra Yaşar adlı bir şəxs ona zəng edərək, Naxçıvanlı yəni onunla həmyerli olmasını, bu hadisəyə görə görüşmək istədiyini bildirdi. O da telefonda ona baş vermiş hadisəni izah etmiş və o ona dedi ki, onların görüşündən bir gün sonra ona 100,000 dollar pul verəcək və yerdə qalan pulu isə bir həftə ərzində özü şəxsən ona ödəyəcək. O, ona inanaraq Atatürk parkı deyilən ərazidə onunla görüşmüşdür. Biraz sonra Cəbrayıl və Nailə də gəldilər. Bu zaman onların hər üçü ona hədə-qorxu gələrək “nə bilirsənsə get et, əlindən hara gəlirsə şikayət et, veclərinə deyil və hər yerdə adamları var, hətta Baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəhbəri də onların adamıdır və məni məhv etdirərlər” dedilər. Hətta hara şikayət edərəsə əri və onun cinayət ortağının əməllərini ört-bas etmək üçün işi pul verib bağladacaqlarını və ona bir manat da qaytarmayacaqları dedilər. O, Cəbrayılla daha sonra danışmaq istəsə də o zənglərinə cavab da vermədi və onu söyüşlərlə təhqir etməyə başladı. Bundan sonra o, məcbur qalaraq Cəbrayılın qaynı-həmin cinayət yolu ilə əldə edilmiş malların satışını həyata keçirən Şükürə zəng etdi və ona baş vermiş hadisəni danışdır və o onu qabaqlayaraq dedi ki, hər şeydən məlumatlıdı, lakin xəstədir deyə iki gün ərzində onunla görüşəcək. Lakin iki gün sonra ona zəng edərək dedi ki, get kimə və hara şikayət edirsənsə et, onların hər yerə əlləri çatır və o, heç kimidir. Məcbur qalaraq Ağaverdinin arvadı Səbinə adlı qadını taparaq onunla danışmış və ondan ərinin onunla görüşərək bu hadisələrə görə öz aralarında razılığa gəlməyinə kömək etməsini xahiş etmiş, lakin bununda heç bir nəticəsi olmadı və o bu günə kimi ona dəymiş zərərin bir manatını da ala bilməmişdir. O, sonuncu dəfə təxminən 22.1 1.2023-cü il tarixdə Cəbrayılın oğluna zəng etmiş, ona məsələnin get-gedə gərginləşdiyini və həmin məhsulların aid olduğu xarici şirkətlə baş vermiş bu hadisəyə görə münasibətlərin pozulmasına səbəb olduğunu bildirmiş, lakin Cəbrayılın oğlu ona "mənim atam sənə bir manat da verməyəcək, get kimə və hara bilirsən şikayət et, əlin hara çatırsa əlli qaba çək, biz heç kimdən qorxmuruq, hara şikayət etsən də hər yerdə pul keçir və rüşvətxor məmurlara haqqını verib işimizi həll edəcəyik” dedi. Ağaverdi və Cəbrayıl, adını sadaladığım digər şəxslər bu cinayətin törədilməsində müxtəlif qismlərdə iştirak edərək əvvəlcədən əlbir olaraq ona qarşı dələduzluq və sair cinayətlər törətmişdir və bu cinayətlər nəticəsində maddi zərərlər dəymişdir. Eirazında sadaladığı halların nəzərə alınmasını, həmin şəxslərə qarşı hüquqi prosedurlar başlatmağını və ondan həmin pulların geri ödənilməsini tələb etməyini nəzərə almağını, həmin pulların tərkibində bank BTB-yə aid olan pullarında olmasını diqqətə alınmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 16975.26 manat məbləğində kredit verilmişdir. - xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əlavədən görünür ki, 60 ay olmaqla hər ay 290.18 manat ödəniş olması müəyyən edilmişdir. - xx.xx.2019-cu il tarixli sonrakı İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsinin və üzərində tikilmiş 103 kv.m olan fərdi yaşayış evi Bank qarşsında ipoteka qoymuşdur. - xx.xx.2016-cı il tarixli qiymətləndirmə hesabatının "xxxx" ASC-yə təqdim edilmiş ünvan 1 ünvanında tikilmiş fərdi yaşayış evinin likvit dəyəri 60.500 manat təşkil etdiyi müəyyən edilmişdir. - X4 xx.xx.2019-cu il tarixli notarial olaraq verilmiş ərizəsindən görünür ki, o, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evinin sonrakı ipotekaya qoyulmasına razı olduğunu bildirmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 nömrəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi əsasında Bank "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 4664.44 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, сavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. - "xxxx" MMC-nin 08 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 1 nömrəli 0.0528 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri (realbazar dəyəri) 75 000 (yetmiş beş min) manat təşkil edir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 82 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx" ASC ilə bağladığı xx.xx.2019-cu tarixli, RPF-00419-16/19 A saylı əsas kredit müqaviləsinə əsasən 60 ay müddətinə 1 faiz şərti ilə 16975 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli əsas kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0528 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçı "xxxx" ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlərə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclular tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerəşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh2 tutularaq Bank BTB ASC-yə ödənlməlidir. Belə olan halda məhkəmə hesab edir ki, tutmanın ünvan 1 ünvanında yerəşən ümumi sahəsi 0.0528 ha olan sahəsi 103 kv.m olan torpaq sahəsində yerləşən fərdi evinə yönəldilməsi hissəsində iddia tələbi təmin edilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 40 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, ünvan 1 ünvanında yerəşən ümumi sahəsi 0.0528 ha olan toppaq sahəsinin və torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 75 000 (yetmiş beş min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumu və 0.44 0.44 (qırx dört qəpik) manat bank xidmət haqqı hissəsində təmin edilməli və cavabdehlər Cavabdeh2 82.44 (səksən iki manat qırx dört qəpik) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh2 4664.44 (dört min altı yüz altmış dört manat qırx dört qəpik) manat əsas borc və 82 (səksən iki) manat məbləğində dövlət rüsumu, 0.44 (qırx dört qəpik) manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Cavabdeh2 tutulmalı olan məbləğ-4664.44 (dört min altı yüz altmış dört manat qırx dört qəpik) manat əsas borc və 82 (səksən iki) manat məbləğində dövlət rüsumu, 0.44 (qırx dört qəpik) manat bank xidmət haqqı öhdəliyinin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 103.kv.metr olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka pridmenti açıq hərrac yolu ilə realizə edilsin. İpoteka pridmentinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 103.kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 75.000 manat müəyyən olunsun. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh2 tutularaq Bank BTB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-462/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-462/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver