Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4620/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X3, iddiaçı "X4" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərdən iddiaçının xeyrinə 565,38 manat əsas, 1,48 manat faiz, 2,52 manat cərimə olmaqla, cəmi 569,38 manat borcun və ödənilmiş 30 manat dövlət rüsümunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "X4" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərdən iddiaçının xeyrinə 565,38 manat əsas, 1,48 manat faiz, 2,52 manat cərimə olmaqla, cəmi 569,38 manat borcun və ödənilmiş 30 manat dövlət rüsümunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdehlər xx.xx.2022ci il tarixli kredit və zaminlik müqavilələri ilə üzərinə götürdükləri öhdəlikləri tam icra etməmişlər və nəticədə onların borcu yaranmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi onlara təklif edilmiş, lakin cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli 1916micAHM/22 nömrəli "Əlavə kredit müqaviləsi"ndən görünür ki, "X4" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 23% ödəmək şərtilə 10000 manat kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 1916micAHM/22 nömrəli "Zaminlik müqaviləsi"ndən görünür ki, Cavabdeh2 "X4" ASC qarşısında Cavabdeh1 xx.xx.2022-ci il tarixli 1916micAHM/22 nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərini tam həcmdə yerinə yetirilməməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Fəyyaz oğlunun iddiaçıya 565,38 manat əsas, 1,48 manat faiz, 2,52 manat cərimə olmaqla, cəmi 569,38 manat borcu vardır. İşdə olan məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi təklif edilmişdir. Məhkəmə iddiaçı və Cavabdeh1 arasında olan münasibətlərə aşağıdakıları normaları tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddiaçı ilə Cavabdeh2 arasında olan münasibətlərə aşağıdakıları normaları tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1 maddə) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2 maddə) Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Müəyyən edilir ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2022-ci ildə kredit müqaviləsi, eyni zamanda da əsas öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə zaminlik müqaviləsini bağlamışdır. Zamin kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borc alanla eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. X1 "X4" Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 565,38 manat, faiz borcu 1,48 manat, cərimə borcu 2,52 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğlərin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehlərdən həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. "X4" Açıq Səhmdar Cəmiyyətin xeyrinə 565,38 manat əsas, 1,48 manat faiz, 2,52 manat cərimə borcu, 30 manat dövlət rüsumu, cəmi 599,38 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X6.
Məhkəmə qərarları › İş №e-2(008)-4620/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4620/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver