Məhkəmə qərarları › İş №e-2(008)-4626/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4626/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4626/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi Məhkəmə iclasının katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə İddiaçı “X1” ASC-nın Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin və cərimələrin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin və cərimələrin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 14500 manat əsas borc, 2995,06 manat faiz borcu, 185,83 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 17680,89 manat kredit borcun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilən 143,05 manat dövlət rüsumunun tutularaq “X1” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslnadırmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 14500 manat məbləğində kredit verilmişdir. Lakin cvabdeh aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişdir. “X1” ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddia tələbini müdafiə etdiklərini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 448.2, 739-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən edilir ki, “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 14429nkBKXb/22 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 24 faizlə 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, kredit alanın müvafiq kredit müqaviləsi üzrə banka olan borcu 14500 manat əsas, 2995,06 manat faiz borcu, 185,83 manat cərimə 0 manat komisyon haqqı olmaqla, cəmi 17680,89 manat borc təşkil edir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, izahatında pulu öz adına götürsə də,bir yerdə işlədiyi iş yoldaşı üçün götürmüş, daha sonra dostu Almaniyaya gedərək ordan hər ay 200 manat ödəniş etməli olduğu halda heç bir ödəniş etməmişdir. Hazırda imkanı olmadığından heç bir ödəniş edə bilməyəcəyini dedi. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublıkası Mülki Məcəlləsini 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun tələbindən də göründüyü kimi məhkəmə hesab edir ki, 185,83 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək olduğundan, azaldılaraq ağlabatan miqdarda, yəni 18 manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin 143,05 manat dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilmərək 142,54 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı “X1” ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğundan 14500 manat əsas borc, 2995,06 manat faiz borcu, 18 manat cərimə, 0 manat komisyon haqqı olmaqla cəmi 17513,06 manat və ödənilmiş 142,54 manat dövlət rüsumu, iddiaçı “X1” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehdan 14500 (on dörd min beş yüz) manat əsas borc, 2995,06 (iki min doqquz yüz doxsan beş manat, altı qəpik) manat faiz borcu, 18 (on səkkiz) manat cərimə borcu, 0 (sıfır) manat komisyon haqqı olmaqla, cəmi 17513,06 (on yeddi min beş yüz on üç manat, altı qəpik) manat borc və 142,54 (yüz qırx iki manat, əlli dörd qəpik) manat dövlət rüsumu tutularaq “X1” ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar