Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-474/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10629.12 manat məbləğində kredit bоrcu, 702.70 manat məbləğində faiz bоrcu və 102.69 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11434.51 manat məbləğində bоrcun və ödənilmiş 124.3 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 014A********** saylı ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizə əsasında o, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 (on üç min) manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2370.88 manat ödəniş etmiş və оnun iddiaçıya 10629.12 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 106 gün üçün hesablanmış faiz borcu 702.70 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 106 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 102.69 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İddiaçının nümayəndəsi X2 məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, ekspert rəyinə etiraz etmədiklərini bildirmiş, eyni zamanda, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, ekspert rəyi ilə razı olduğunu bildirdi. Kredit borcu üzrə bir il hər ay 317 manat olmaqla ödəniş etmiş, daha sonra maddi vəziyyəti buna imkan verməmişdir. Hazırda öhdəliyində xəstə anası olduğundan və başqa kredit borcuna da ödəniş etdiyindən, bu kredit borcundan hər ay 100 manat ödəniş edə biləcəyini bildirdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 014A********** saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən (ərizədən) görünür ki, bank tərəfindən sonuncuya 48 ay müddətinə aylıq 1.5833 faiz dərəcəsi ilə 13.000 manat kredit verilmişdir. Cavabdeh 48 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - ödəniş cədvəlidən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən 48 ay müddətində hər ay banka 392 manat (sonuncu ay 361.10 manat) ödəməli idi. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 124.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 014A********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka 10629.12 manat əsas, 702.70 manat faiz, 102.69 manat cərimə olmaqla, cəmi 11434.51 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi cavabdehə təklif edilmiş, əks təqdirdə, kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilərək, banka borclu olduğu 11434.51 manat pulun və digər xərclərin məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. - AZ-İ seriyalı 637472 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rəcəbov Elnur İslam oğlu xx.xx.1992-ci il tarixdə ermənilərə qarşı döyüşdə Ağdərə rayonunda ölmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 014A********** saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə aylıq 1.5833 faiz dərəcəsi ilə 13.000 manat kredit verilmiş, Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9887 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli ərizənin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 11.327,15 manat məbləğində müəyyən edilir. O cümlədən, xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 11.024,58 manat faiz borcu üzrı 302.56 manat. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ərizə üzrə təqdim edilmiş sənədlərə əsasən Cavabdeh kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ərizə üzrə təqdim edilmiş Cavabdeh cari hesabdan çıxarış məlumatlarında kredit hesabları göstərilmədiyindən kredit üzrə ödənişlərin hansı hissəsinin əsas, faiz və cərimə borclarına silinməsini müəyyən etmək mümkün olmadı. Beləliklə, məhkəmə ekspert rəyini faiz borcu hissəsində əsas götürərək (ekspert rəyində əsas borcun məbləği iddia tələbində göstərilən əsas borc məbləğindən artıq olduğundan, məhkəmə, iddia tələbindən kənara çıxmayaraq, yalnız faiz borcu hissəsində ekspert rəyini nəzərə almışdır) hesab edir ki, iddia tələbi üzrə 10.629,12 manat əsas borc, 302.56 manat faiz borcu, həmçinin, 102.69 manat cərimə Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10.629,12 manat əsas borc, 302.56 manat faiz borcu, 102.69 manat cərimə olmaqla, cəmi 11.034,37 məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, Cavabdeh 123.10 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nə ödənilməli, həmçinin, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul İddiaçı QSC-dən və Cavabdeh müştərək qaydada, yəni hər birindən 100 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10.629,12 manat əsas borc, 302.56 manat faiz borcu, 102.69 manat cərimə olmaqla, cəmi 11.034,37 məbləğində pul vəsaiti və 123.10 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul İddiaçı QSC-dən və Cavabdeh müştərək qaydada, hər birindən 100 manat tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-474/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-474/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver