Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4740/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkilinin X2, İlk iddia üzə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2017ci il tarixli, 2(008)-8635/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi, ödənilmiş mediasiya xərcinin 25 manatının cabdehdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2017-cı il tarixli, 2(008)-8635/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X15 ilə Cavabdeh arasında Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində xx.xx.2021-ci il bağlanmış və 1552 nömrəsi ilə qeydə alınmış nikahı pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Ağazadə Dəniz qızının və xx.xx.2014-cü il təvəllüdlü X22 boşanmadan sonra anası X7 yanında qalması, Ağayev İltifat oğlundan 27 iyul 2017-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılaması üçün hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğ aliment alınaraq X7 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda azyaşlı uşaqlar 9 və 10 yaşlarında olmaqla gündəlik tələbatı artmış və əlavə maddi qayğıya ehtiyacı vardır. Belə ki, hazırda onlar məktəbə gedir, onun hazırkı yaş durumu əlavə maddi ehtiyacların yaranmasına səbəb olur və nəticə etibarı ilə azyaşlı uşağın saxlanılması üçün tələb edilən aliment məbləği kifayət etmir. Özü isə hazırda işsiz olmaqla, bərabər uşaqların bütün qayğısını, ehtiyaclarını tamamilə o çəkir. Onun təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək, həm tək qadın olaraq o çox çətindir. O, qızlarına yalnız mənəvi dəstək ola bilir. Uşağı böyüdükcə onun tələbatlarını davamlı olaraq artır. Buna görə də yenidən “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin cavabdeh aktyor və tv işçisi olmaqla iddiaçıda olan məlumata görə müxtəlif verilişlərin aparıcısıdır və kifayət qədər qazanc əldə edir və həm də alimentdən əlavə pul ödəmək üçün yeterli maddi gəlirlərə malikdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi müraciət edərək, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli, 2(008)- 8635/17 saylı saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək hər uşağa görə ondan 90 manat məbləğində, cəmi 180 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh X16 ona qarşı xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli 2(008) 8635/17 saylı qətnaməsinə əsasən nikahı pozulmuş və hər ay hər uşağa görə 135 manat, cəmi 270 manat sabit pul məbləğində aliment tutulmuşdur. Aliment tutulan vaxt o, sağlam olmuşdur. Həmin alimenti ödəyə bildiyini, lakin o hal-hazırda ağır bir xəstəliyə düçar xalqın xeyirxah insanların dəstəyi və köməyi sayəsində sağ qalaraq ağır əməliyyat keçirmiş və o, xx.xx.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında “Canlı donordan qaraciyər köçürülməsi əməliyyatı keçirmişdir. Bundan əlavə o, xx.xx.2019-cu ildə X11 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Həmin nikahdan da xx.xx.2020-ci ildə İltifat adlı oğlu anadan olmuşdur. Onun rəsmi iş yeri yoxdur. 1-ci qrup əlil olmaqla ayda 270 manat təqaüd alır. Hələ də müalicədədir. Dərmanlarına pul tapa bilmir. 2017-ci ildən bu günə onun maddi vəziyyətində heç bir yüksəliş artım olmamışdır. Əksinə o, 1 qrup əlil olmuşdur. Aldığı təqaüd hamısı alimentə gedir. Bütün bunlara baxmayaraq o, alimentdən yayınmamış, övladlarının təminatı üçün alimenti ödəyir. O, uşaqlarına ay da hər birinə 90 manat ödəyə bilər, uşaqları saxlamaq bir valideyn kimi həm onun və həm də cavabdehin vəzifəsi olduğu üçün, cəmi 180 manat məbləğ daha ədalətlidir. Çünki onun həmin uşaqlardan başqa 1 övladı da vardır. Bütün təqaüdü alimentə tutulur. Özü maddi və mənəvi cəhətdən çox əziyyət çəkir. Bununla əlaqədar bildirmək istəyir ki, məhkəmə tərəfindən onun üzərinə nə qədər aliment ödəmək öhdəliyi qoyularsa bu o deməkdir ki, həmin öhdəlik uşağın saxlanması üçün tələb edilən məbləğin yarısıdır. Çünki qanunvericilik uşaqların saxlanmasında valideynlərin vəzifələrini bərabər nəzərdə tutmuş, heç bir valideynin üzərinə əlavə öhdəlik qoyulmalı olması nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkilinin X3 ilk iddia təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 270839 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X15 arasında xx.xx.2017-ci ildə 396 saylı akt qeydi ilə nikahlarını pozulmuşdur. Arvada Ağayeva soyadı verilmişdir. 4 saylı Bakı Asan Xidmət X5 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X17 anası X15, atası isə Cavabdehdır. 1 saylı Bakı Asan Xidmət X5 doğum haqqında şəhadətnaməsindən çıxarışın surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X10 anası X15, atası isə Cavabdehdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2-02890 nömrəli, xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-8635/2017 saylı qətnaməsindən görünür ki, X15 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1552 nömrəli nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il tarixdə doğulmuş X19 və xx.xx.2014-cü il təvəllüdlü X22 anaın himayəsinə verilmiş, xx.xx.2013-cü il tarixdə doğulmuş X10 və xx.xx.2014-cü il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 136.60 manat olmaqla cəmi 273.20 manat aliment tutularaq X9 ödənilməsi qət edilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” X6 AZ İİ seriyalı, 341085 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar. 3 saylı Bakı “ASAN Xidmət” X6 AZ İV seriyalı, 452646 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası isə X8r. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xİdməti İdarəsinin xx.xx.2022ci il tarixli, 2800-013/0xx-xx/000672 nömrəli arayışın surətindən görünür ki, X12 xx.xx.2022ci il tarixdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında canlı donordan qaraciyər köçürülməsi” əməliyyatı icra olunmuşdur. Xəstə hal-hazıradək müayinə keçir və həkim nəzarəti altında ambulator mülaicə alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh barəsində birinci dərəcəli əlillik dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə növ iddia tələbinin həllinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin qeyd olunan müddəasının mənasına görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin miqadarı dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməli və ya tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə ilk növbədə qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nəzərinə çatdırır ki, alimentin məbləğinin azaldılması onun övladlarının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Bundan sonra məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-8635/2017 saylı qətnaməsi məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan xeyli azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Lakin məhkəmə onuda qeyd etməyi zərurui hesab edir ki, aliment artırılarkən elə bir həd müəyyən edilməlidir ki, ilkinn iddia üzrə cavabdeh tərəfindən həmin məbləğin ödənməsi real olsun. Beləki, məhkəmə ilkin iddia üzrə cavabdehin xəstiliyini, hazırda müalicə olunmasını,daimi iş yerinin və gəlirlərinin olmamasını, ailə vəziyyətində dəyişikliyi nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-8635/2017 saylı qətnaməsi ilə tutulan alimnetin miqadarı hər uşağ üçün 200 manat həddində artırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə ilkin iddia tələbinin mediyasiya xərcinin tərəflər arasında bərabər bölünməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən mediyasiya xərcinin 20 manat hissəsi cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-8635/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2013-cü il tarixdə doğulmuş X10 və xx.xx.2014-cü il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulararq İddiaçı ödənilsin. 20 (iyirmi) manat mediasiya xərci ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması”na dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4740/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4740/2023
17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver