Məhkəmə qərarları › İş №e-2(008)-4776/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4776/2024

19.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4776/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 2312,60 (iki min üç yüz on iki manat altmış qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1310,22 (bir min üç yüz on manat iyirmi iki qəpik) manat və 56,23 (əlli altı manat iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3679,05 (üç min altı yüz yetmiş doqquz manat beş qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024cü il tarixində 04/9100 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 885,60 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 51,80 manat; cəmi 2312,60 (iki min üç yüz on iki manat altmış qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2016-cı ilin qalıq 633,20 manat sərfiyyat borcu, 2020-ci ilin iyundekabr ayları üzrə 158,80 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 528,20 manat sərfiyyat borcu və limitdən əlavə 14,30 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 327,92 manat sərfiyyat borcu və limitdən əlavə 11,68 manat sərfiyyat borcu, 2023- cü ilin yanvar-dekabr ayları üzrə 257,44 manat sərfiyyat borcu və limitdən əlavə 0,16 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-mart ayları üzrə 96,12 manat sərfiyyat, cəmi 2028,22 manat sərfiyyat borcu qalmışdır. 2016-cı ilin dekabr ayından 2024-cü ilin mayayına qədər cavabdeh 718 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1310,22 (bir min üç yüz on manat iyirmi iki qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 3622,82 (üç min altı yüz iyirmi iki manat səksən iki qəpik) manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024-cü il tarixində 04/9100 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarından görünür ki, cavabdehin ödənilməmiş 2016-cı ilin qalıq 633,20 manat sərfiyyat borcu, 2020-ci ilin iyun-dekabr ayları üzrə 158,80 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 528,20 manat sərfiyyat borcu və limitdən əlavə 14,30 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 327,92 manat sərfiyyat borcu və limitdən əlavə 11,68 manat sərfiyyat borcu, 2023- cü ilin yanvar-dekabr ayları üzrə 257,44 manat sərfiyyat borcu və limitdən əlavə 0,16 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-mart ayları üzrə 96,12 manat sərfiyyat, cəmi 2028,22 manat sərfiyyat borcu qalmışdır. İş materiallarından görünür ki, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 3622,82 (üç min altı yüz iyirmi iki manat səksən iki qəpik) manat borc təşkil etməkdədir. Cavabdeh xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ona qanunsuz və əsassız olaraq hesablanmış 3622,82 (üç min altı yüz iyirmi iki manat səksən iki qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərizində verilmədiyindən məhkəmə tərəfindən icraat qəbul edilməmişdir. Həmçinin Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-nin ona qarşı dəymiş zərərin ödənilməsi və borcun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin İddiaçı tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Yəni İddiaçı İB əməkdaşları tərəfindən kənar qoşulma hallarını aşkar etdiyi halda heç bir tədbir görməmiş, hər ayın sonunda formal olaraq aktlar yazmaqla kifayətlənmiş və özləri kənar qoşulma halının davam etməsinə şərait yaratmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X2nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş, dəymiş ziyan 8856 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 30 dekabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x24x90=2592 m3 1.5x24x90=3240 m3 1.4x24x90=3024 m3 hesablanmışdır. Məhkəmə təbii X2nın pozulması haqqında qeyd edilən akt əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etməyərək, 1 ədəd PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 orta günlük iş rejimi 24 saat deyil, 6 saat və hesabat müddəti 90 gün deyil, 30 gün - 1.20 x 6 x 30 x 0.12 = 25,92 manat, 1 ədəd QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 orta günlük iş rejimi 24 saat deyil, 12 saat və hesabat müddəti 90 gün deyil, 30 gün - 1,50 x 12 x 30 x 0.12 = 64,80 manat, 1 ədəd Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 orta günlük iş rejimi 24 saat deyil, 12 saat və hesabat müddəti 90 gün deyil 30 gün, 1,40 x 12 x 30 x 0.12 = 60,48 manat qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, 30 dekabr 2019-cu il tarixli akt üzrə cavabdeh tərəfindən 151,20 (bir yüz əlli bir manat, iyirmi qəpik) manat İddiaçı İB-nə ziyan vurulması müəyyən edilir. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən ilk aktı əsas götürərək 151,20 manat, lakin digər aktların tərtib edilmə zamanı aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyrimümkündür. Həmçinin cavabdehin 1310,22 (bir min üç yüz on manat iyirmi iki qəpik) manat debitor borcunun olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 34,61 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş ziyan olaraq 151,20 (bir yüz əlli bir manat, iyirmi qəpik) manat, 1310,22 (bir min üç yüz on manat iyirmi iki qəpik) debitor borc, cəmi 1461,42 (bir min dörd yüz altmış bir manat, qırx iki qəpik) borc və 34,61 (otuz dörd manat, altmış bir qəpik) manat dövlət rüsumu, İddiaçı İB-nin xeyrinə tutulmalı, tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyan olaraq 151,20 (bir yüz əlli bir manat, iyirmi qəpik) manat, 1310,22 (bir min üç yüz on manat, iyirmi iki qəpik) debitor borc, cəmi 1461,42 (bir min dörd yüz altmış bir manat, qırx iki qəpik) borc və 34,61 (otuz dörd manat, altmış bir qəpik) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar