Məhkəmə qərarları › İş №e-2(008)-4782/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4782/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4782/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2012-ci il tarixli BAL0291014/12 saylı müqaviləyə əsasən 915,91 manat əsas, 22,9 manat faiz, 0 manat məbləğində cərimə olmaqla, cəmi 938.81 manat borcun; xx.xx.2014-cü il tarixli CC/97377/39/14 saylı kredit müqaviləsinə əsasən 3419,32 manat əsas, 42,66 manat faiz, 0 manat məbləğində cərimə olmaqla, cəmi 3461,98 manat borcun və 85 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il BAL0291014/12 saylı kredit müqaviləsinə əsasən, ona 1000 manat və xx.xx.2014-cü il tarixli, CC/97377/39/14 saylı kredit müqaviləsinə əsasən ona 5.062 manat məbləğində kredit verilmişdir. Borclu xx.xx.2015-ci il tarixdə vəfat etmiş, adına vərəsəlik işi açılmış və Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 381,69 manat müavinətdən, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 187,57 manat pul vəsaitindən ibarətdir və vərəsələr Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 miras əmlakdan bərabər pay almalıdırlar. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X2 banka xx.xx.2012-ci il tarixli BAL0291014/12 saylı müqaviləyə əsasən 915.91 manat əsas, 22.9 manat faiz, xx.xx.2014-cu il tarixli CC/97377/39/14 sayli müqaviləyə əsasən 3419,32 manat əsas, 42.66 manat faiz borcu olmaqla cəmi 4400,79 manat borcu qalmışdır. Hazırda həmin borc məbləği vərəsələrdən tələb olunur. Borcun ödənilməsi üçün cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, nəticəsi olmamışdır. Qeyd edilənlər iş materiallarında olan, xx.xx.2012-ci il tarixli BAL0291014/12 saylı və xx.xx.2014-cu il tarixli CC/97377/39/14 saylı kredit müqavilələri, istehlak kreditinin alınması ücün Ərizə-anket, məxaric orderi, xx.xx.2025-ci il tarixli maliyyə arayışı, xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surəti, Bakı şəhəri 39 saylı notariat ofisinin xx.xx.2016-ci il tarixli və xx.xx.2016-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surəti və digər sənədlərlə təsdiqlənir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 739.1, 741, 1255, 1306 və 1307-ci maddələrinə əsasən, cavabdehlərə qarşı əsas borc və faiz məbləğlərinin tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.1-ci, 445.2.1-ci və 445.4-cü maddələrinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair “Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarında göstərilir ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bu baxımdan, məhkəmə Bakı şəhəri 39 saylı notariat ofisindən xx.xx.2015-ci ildə vəfat etmiş X2 vərəsəlik işi üzrə sənədləri tələb etmiş, sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu nəticəyə gəlir ki, mərhum X1 qalmış miras əmlak, yəni cəmi 569,26 manat məbləğində pul vəsaitindən əlavə digər əmlakları siyahıya alınmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən cavabdeh tərəf, yəni vərəsələr miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bununla bağlı cavabdehlər hətta telefon vasitəsilə məhkəmə iclaslarına çağırılsalar da, məhkəmə iclaslarında iştirak etməyəcəklərini bildirmişlər. Bununla da, məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdehlər göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələrlə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdehlər kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmalarına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişlər. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2012-ci il tarixli BAL0291014/12 saylı müqaviləyə əsasən 915.91 manat əsas, 22.9 manat faiz borcu olmaqla, cəmi 938,81 manat, xx.xx.2014-cu il tarixli CC/97377/39/14 saylı müqaviləyə əsasən 3419,32 manat əsas, 42.66 manat faiz borcu olmaqla cəmi 3461,98 manat, ümumilikdə 4400,79 manat məbləğində kredit borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 85 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğundan, 85 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2012-ci il tarixli BAL0291014/12 saylı müqaviləyə əsasən 915,91 manat əsas, 22,9 manat faiz borcu olmaqla, cəmi 938.81 manat borcun; xx.xx.2014-cü il tarixli CC/97377/39/14 saylı kredit müqaviləsinə əsasən 3419,32 manat əsas, 42,66 manat faiz borcu olmaqla, cəmi 3461,98 manat, ümumilikdə isə 4400.79 (dörd min dörd yüz manat, yetmiş doqquz qəpik) manat məbləğində kredit borcu və 85 (səksən beş) manat dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar