Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-479/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndələri Nümayəndə və Vəkil2 (eyni zamanda vəkili) iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.m olan ona məxsus qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun etibarnamə əsasında nümayəndəsi X11 ilə Cavabdeh arasında 27 iyul 2021-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat ofisində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə görə icarəyə verən, yəni o, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.m olan qeyri-yaşayış sahəsinin 50 kv.m hissəsini icarəçi Cavabdeh xx.xx.2022-ci il tarixədək icarəyə vermişdir. Cavabdeh qeyri-yaşayış sahəsinə dair bağlanmış icarə müqaviləsinin şərtlərinə əməl etməyərək müəyyən olunmuş icarə haqqını vaxtında və müəyyən olunmuş məbləğdə ödəməmiş, qeyri-icarə obyektini icarəyə verənin razılığı olmadan başqa şəxsin istifadəsinə vermiş və icarə obyektini fəaliyyətsiz saxlamışdır. 13 may 2022-ci il tarixdə o, məktubla (poçt vasitəsi ilə) Cavabdeh müraciət edərək onunla xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış icarə müqaviləsinin 1 (bir) il müddətinə bağlandığını, icarə müddətinin xx.xx.2022-ci il tarixdə bitəcəyini, icarə haqqının artıq uzun müddətdir ki, ödənilmədiyini və bununla da müqavilənin tələblərinin pozulduğu üçün notarial qaydada bağlanmış müqavilənin eyni qaydada da pozulmasını və icarə obyektinin boşaldılmasını xahiş etmişdir. Cavabdehin adından 22 iyun 2022-ci il tarixdə vətəndaş Cəvahir Qurbanova ona poçt vasitəsi ilə müraciət-bildiriş göndərərək, ona məxsus ünvan 1 ünvanında yerləşən obyektə dair icarə müqaviləsi bağlandığını və aptek fəaliyyəti ilə məşğul olduğunu göstəmişdir. Nümayəndə ailə vəziyyəti və səhhəti ilə bağlı olaraq aptek biznesi fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını və biznesini başqa sahibkara həvalə etmək istədiyini və həmin şəxslə icarə müqaviləsinin müddətinin uzadılmasına razılıq verilməsini xahiş etmişdir. Nümayəndə məktubundan görünür ki, icarə obyekti icarədar tərəfindən deyil, başqa bir şəxs tərəfindən istifadə olunmaqdadır. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh ona məxsus əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.m olan ona məxsus qeyri-yaşayış sahəsindən çıxarılması, qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, 8000 manat aylıq icarə haqqının və vurulmuş maddi ziyana görə 4000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi (anası) Cəvahir Qurbanova iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən obyekti boşaltmaq istəmir. Belə ki, obyektə təmir işlərinə xeyli vəsait xərcləmişdir. Özü aptek fəaliyyəti ilə məşğul ola bilməsə də, biznesini başqa sahibkara həvalə etməklə gəlir götürmək niyyətindədir. Cavabdehin adından 22 iyun 2022ci il tarixdə iddiaçıya poçt vasitəsi ilə göndərilmiş bildirişdə ailə vəziyyəti və səhhəti ilə bağlı olaraq aptek biznesi fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını və biznesini başqa sahibkara həvalə etmək istədiyini bildirmiş və həmin şəxslə icarə müqaviləsinin müddətinin uzadılmasına razılıq verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı üçüncü ikinci əldən icarəyə verə bilməz. İcarə obyektinin mövcud olduğu ərazidə daşınmaz əmlakın aylıq icarə qiymətləri xeyli yüksəlmişdir. Daşınmaz əmlak bazarında 1 kv.m üçün icarə haqqı 40-50 manat təşkil edir. Cavabdeh əmlakı kənar şəxslərə icarəyə verməklə qazanc əldə etmək niyyətindədir. İcarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq boşaltmaqdan imtina edir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh ona məxsus əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.m olan ona məxsus qeyri-yaşayış sahəsindən çıxarılması, qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, ödənilməmiş 18.000 manat aylıq icarə haqqının və vurulmuş maddi ziyana görə 4000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən obyekti xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən X17 1700 manata icarəyə vermişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.m olan ona məxsus qeyri-yaşayış sahəsindən çıxarılması, qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, qətnamə icra olunan günə kimi xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən istifadəyə görə hər ay üçün 1700 manat icarə haqqı və ödənilmiş 156 manat dövlət rüsumunun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh bir neçə ay icarə haqqını hissə-hissə olaraq ödəmişdir. 2022-ci ilin yanvar ayından isə heç bir icarə haqqı ödənilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, guya qeyri-yaşayış sahəsini 3 ay müddətində tam təmir edərək, əhəmiyyətli yaxşılaşdırmışdır. Təmir-bərpa işləri ilə yanaşı, obyektdə tikinti-quraşdırma işləri də aparmışdır. Həmin təmir işlərinə 40.000 manat vəsait sərf etmişdir. Cavabdeh ilk iddia ilə bərabər qarşılıqlı iddianın da təmin edilməsini və eyni vaxtda icra edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, ilkin iddianın qeyri-yaşayış sahəsindən çıxarılmaya dair hissədə qəbul etdiyini, pul tələbi hissəsində təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində heç bir əsaslı təmir, təmir-bərpa işləri aparılmamışdır. Həmin qeyri-yaşayış sahəsi tam yararlı vəziyyətdə cavabdehin istifadəsinə verilmişdir. qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilməzdən bir neçə gün əvvələ kimi kişi geyimləri mağazası kimi fəaliyyət göstərmişdir. Bundan başqa, o, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən X17 1700 manata icarəyə vermişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur. Cavabdeh qeyri-yaşayış sahəsini boşaltmaq istəmir. Cavabdehin qanunsuz olaraq qeyri-yaşayış sahəsini boşaltmaması nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Cavabdeh tərəfindən onun mülkiyyət hüquqları pozulur. Cavabdehin qanunsuz olaraq qeyri-yaşayış sahəsini boşaltmaması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən qətnamə icra olunan günə kimi xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən istifadəyə görə hər ay üçün 1700 manat icarə haqqı və ödənilmiş 156 manat dövlət rüsumunun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məcid-X3 Cavid Fərman oğluna qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 2 ünvanındakı qeyri-yaşayış sahəsinin təmirinə, bərpasına çəkilmiş xərcin əvəzi kimi 29.051,70 manat pulun İddiaçı onun xeyrinə tutulması, onun ünvan 2 ünvanındakı qeyriyaşayış sahəsindən çıxarılması ilə İddiaçı onun xeyrinə 29.051,70 manat pulun tutulmasının eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və nümayəndəsi icarə müqaviləsinin daha uzun müddətə bağlanmasını aralarına razılaşsalar da, icarə müqaviləsinin qeydiyyata alınmaması və iddiaçının arvadının notariusa gəlməməsi səbəbindən icazə verilən müddətdəç- 11 ay müddətində bağlanmışdır. Müqavilə bağlanarkən icarəyə verən RF-da olmuş və qarşılıqlı razılığa görə gəldikdən sonra icarə müddətini uzadacaqdı. Aralarındakı razılaşmaya uyğun olaraq, Cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsini 3 ay müddətində tam təmir edərək, əhəmiyyətli yaxşılaşdırmışdır. Təmir-bərpa işləri ilə yanaşı, obyektdə tikinti-quraşdırma işləri də aparmışdır. Bütün təmir-bərpa işlərinə Cavabdeh 29.051,70 manat vəsait sərf etmişdir. Bu barədə müstəqil qiymətləndirici tərəfindən müvafiq rəy verilmişdir. Onu da nəzərə almaq lazımdır ki, icarəyə götürülən sahə aptek kimi fəaliyyət göstərdiyindən, həmin ünvana AR Səhiyyə Nazirliyindən xx.xx.2021-ci il tarixdə müddətsiz xüsusi lisenziya alınmışdır. İcarəyə verən gəldikdən sonra icarə müddətini uzatmaq əvəzinə icarəyə götürəni müddətin çatdığını bəhanə edib Cavabdeh obyektdən çıxmağı tələb etmiş və onun xəbəri və iradəsi ilə cavabdehin çəkdiyi xərcin əvəzini qaytarmaqdan imtina etmişdir. Daha sonra Cavabdeh ərizə təqdim edərək, ilkin iddianı yalnız qeyri-yaşayış sahəsindən çıxarılma hissəsində qəbul etdiyini, pul tələbinə dair hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3 ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini etiraf etmədi, iddia ərizəsinin, iddia tələbinin həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən etiraf etdi, qarşılıqlı iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və ilkin iddianın qeyri-yaşayış sahəsindən çıxarılma hissəsində təmin, qalan hissədə rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən etiraf etdi, qarşılıqlı iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, ilk iddiaçı tələbini dəyişdirdiyi üçün cavabdeh ilk iddianı qismən - yalnız qeyri-yaşayış sahəsindən çıxarılma hissəsində qəbul etmiş və qarşılıqlı iddia tələbi ilə eyni vaxtda icra edilməsini xahiş etmişdir, ilk iddianın qalan hissədə - cavabdehə məxsus əşyalarla gəldikdə, oradakı əşyalar ayrıla bilməyən yaxşılaşdırmalardır ki, onların əvəzi qarşılıqlı iddia ərizəsində tələb edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair əvvəlki ərizələrdə nəyə görə maddi zərər kimi 4000 manat tələb edilməsi, zərərin nədən ibarət olması, icarə haqqı kimi əvvəlcə 8.000 manat, daha sonra 18.000 manat iddia ərizəsinə verilmiş dəqiqləşmələrdə əsaslandırılmamışdır. Sonuncu ərizədə isə sahənin boşaldılması tələbindən başqa, xx.xx.2022-ci il tarixdən qətnamə icra edilənə kimi xx.xx.2021 -ci il tarixli icarə müqaviləsinə əsasən hər ay üçün 1.700 manat icarə haqqı və ödənilmiş 156 manat dövlərl rüsumunun cavabdehdən tutulması xahiş edilmişdir. Əvvəla nəzərə almaq lazımdır ki, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. İlk iddiaçının tələblərinin əsassızlığı ilə bağlı qeyd edir ki, sonuncu dəqiqləşmə ərizəsində xx.xx.2022-ci ildən başlayaraq, icarə haqqı kimi qətnamə icra edildiyi vaxta kimi hər ay 1700 manat pulun tutulması tələbinin tutulmalı olmasının hüquqi əsası iddia ərizəsinə verilmiş dəqiqləşmə ərizəsində göstərilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdehin icarəyə götürdüyü sahədə icarə müddəti başa çatmadan fəaliyyəti məhz iddiaçı tərəfdən məhdudlaşdırılmışdır. Belə ki, icarə 2022-ci ilin aprel-may ayında iddiaçı bir neçə nəfərlə, o cümlədən şahid kimi məhkəmədə ifadə vermiş Arif İbrahimovla birlikdə cavabdehin nümayəndəsini söhbətə dəvət etmiş və onunla münasibətlərini kəskinləşdirmiş, əşyalarını çıxarıb atacağı, onu müflisləşdirəcəyi ilə təhdid edərək, sahəni boşaltmağı tələb etmişdir. Cavabdehin nümayəndəsi də iddiaçının qanunsuz hərəkətlərindən polisə şikayət etmişdir. İddiaçı ilə cavabdehinin nümayəndəsinin arasında icarə haqqı ilə bağlı narazılıqların olduğunu, icarə müddəti başa çatmamış görüşdüklərini, iddiaçının sahəni boşaltmağı tələb etdiyini cavabdehin nümayəndəsi ilə yanaşı iddiaçının özünün məhkəməyə dəvət etdiyi şahidlər də təsdiq etmişlər. İddiaçının bilavasitə maneələri nəticəsində cavabdeh icarə müddəti başa çatmadan icarəyə götürdüyü sahədə fəaliyyət göstərə bilməmiş və aptekdə dərmanları xarab olmuş, zərər çəkmişdir. Bu xüsusatı icarə müqaviləsinin hələ müddəti başa çatmadan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu da təsdiq edir. Həmin məktubda cavabdehdən müqaviləni ləğv etmək üçün dərhal notariusa gəlmək və dərhal obyektdən çıxmaq tələb edilir. Məhz 2022-ci ilin aprel-may ayından cavabdeh iddiaçının obyektini tərk etmiş və fəaliyyət göstərməmişdir. Mübahisə tərəflər arasında qarşılıqlı razılıqla həll edilmədiyindən cavabdehin əşyaları icarəyə götürülmüş obyektdə qalmışdır. İndiki halda cavabdeh müqavilə üzrə öhdəliyini pozmamış, iddiaçıya qəsdən, yaxud ehtiyatsızlıqdan zərər vurmamışdır, həmçinin, müqavilədə öhdəliyi pozmağa görə məsuliyyət nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının əvvəlki nümayəndəsi - Vəkil1 audio-video ilə aparılan məhkəmə iclasında obyektin qapısının üzərinə iddiaçının öz qıfılını asdığını bildirmişdir. Ona görə də icarə müddəti başa çatdıqdan sonrakı müddət üzrə iddiaçının icarə haqqı tələb etməsi əsassızdır. Həmçinin, nəzərə almaq lazımdır ki, tərəflərin arasındakı xx.xx.2021-ci il tarixli rəsmi müqavilənin mühüm şərti hesab edilən 5-ci bəndində icarə haqqı kimi aylıq 150.00 manat ödənilməsi nəzərdə tutulmuşdur. İcarə haqqının 1700 manatdan hesablanmalı olmasına dair iddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin yalnız hərfi mənasına deyil, işgüzar adətlərə və digər faktiki hallar nəzərə alınmalıdır. Tələbinin əsası kimi sadə yazılı qaydada tərtib edilmiş və icarə haqqının 1700 manat göstərildiyi müqaviləyə istinad etmişdir. Sadə yazılı formada tərtib edilmiş və iddiaçının mötəbər sübut kimi istinad etdiyi xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, müqavilənin tarixi, müqavilənin tərəfləri (icarəyə verən A.İbrahimov, icarəçi Nümayəndə) tamam başqa adamlardır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın icarəyə verilməsinə dair müqavilələr notariat qaydasında təsdiq edildikdə etibarlıdır. Hazırkı mübahisə üzrə tərəf olmayan şəxslər arasında, həm də qanunu pozmaqla bağlanmış əhəmiyyətsiz müqavilə İddiaçı tələb hüququ yaratmır. Qanunu pozmaqla bağlanmış əqdlər etibarsızdır. Bundan başqa, icarə haqqı rəsmi icarə müqaviləsində göstərilən məbləğdə və müqavilə müddətini başa şatmamış iddiaçının maneə yaratdığı vaxtadək - may 2022-ci il tarixədək hesablanmalıdır. Hesab edir ki, əksinə iddiaçı əsassız varlanmışdır. Cavabdehdən müqavilədə göstərilən 150 manat icarə haqqından dəfələrlə artıq, hər ay üçün 1.700 manat pul almışdır. Onun mənafeyi qanunsuzdur və məhkəmə tərəfindən müdafiə edilməməlidir. Qeyd etdiyi maddi hüquq normaları və məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələrinin izahatlarından və şahid ifadələrindən formalaşan işin həqiqi halları əsas verir ki, tərəflərin müqavilənin müddətinin uzunmüddətli fəaliyyət göstərmək üçün bağlamaq niyyəti olmuşdur. Məhz müqavilənin müddətinin uzunmüddətli olması niyyətilə cavabdeh tərəf icarədarın obyektinə 40.000 manatdan artıq pul vəsaiti xərcləmişdir. Həmçinin, müqavilədə nəzərdə tutulmasa da cavabdehin təmir-tikinti, bərpa işlərini aparmasına iddiaçı tərəf nəinki mane olmamış, əksinə təmir işləri üçün maneələri nümayəndəsi vasitəsilə aradan qaldırmışdır (şahid Arif İbrahimovun ifadəsindən). Hər bir halda onu da nəzərə almaq lazımdır ki. icarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi adlanan AR MM-niıı 705-ci maddəsinə görə əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə eldiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. O da nəzərə alınmalıdır ki, icarə müqaviləsində göstərilmədiyi halda icarə haqqının 10 dəfədən artıq məbləğdə tələb edilməsi işgüzar adət hesab edilə bilməz. AR MM-nin 10.2-ci maddəsinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Qarşılıqlı iddia ərizəsində tələb edilən məbləğ iddiaçının özünün razılığı və iradəsi ilə onun əmlakına çəkilmiş xərcin əvəzidir. Həmin xərc müstəqil qiymətləndirici tərəfindən hesablanmışdır. Hesab edir ki, iş materiallarında olan ekspert rəyi ilə müqayisədə tərəflərindən təqdim edilmiş rəy daha mötəbər hesab edilməlidir. Odur ki, ilk iddianın qismən - yalnız qeyri-yaşayış sahəsindən çıxarılma hissəsində təmin edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma ilə eyni vaxtda icra edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X12 ifadəsində X1 olduğunu, aptek kimi işlətmək üçün götürüləndə obyektin içinin tamam boş olduğunu, ancaq köhnə işləməyən bir kondisionerin mövcudluğunu, obyektin sadəcə divarlarının boyanmış olduğunu, kamera, kompüterlər və mebellerin taxtalarının onun maşınında daşındığını, həmin aptekin havalandırma sisteminə (internetdən sifariş olunaraq alınıb), arakəsmələrinə və vitrinlərinə nə qədər xərc çəkildiyinin şahidi olduğunu bildirmişdir. Sanitar qovşağın Cavahir xanım tərəfindən düzəltdirildiyini, eyni zamanda soyuducu otağının pis vəziyyətdə olduğunu, aptek icrayə götürüldükdən sonra bütün otaqların təmir edildiyini, təqribi 40000 manatdan çox xərc çəkildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində sözügedən obyektdə bir müddət işlədiyini, əvvəllər də həmin obyekti gördüyünü, pis vəziyyətdə olduğunu, sonradan əsaslı təmir işləri aparıldığını, divarların qaşınıb boyandığını, otaqların bölgüsü aparılaraq təmir edildiyini, dərmanların yığılması üçün yerdən yığılma şkaflar, mebellərin Cəvahir xanım tərəfindən düzəltdirildiyini, havalandırma sisteminin əvvəllər olmadığını, telefon danışıqları zamanı Cavahir xanımın obyekt sahibinə bura 40000-50000 manat xərc qoyulması barədə söyləməsinin şahidi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, o, makler işləyir, ortağı vasitəsilə Cavahir xanımı tanımışdır. İcarə haqqı olaraq 1700 manata əlyazmaya qeyd etməklə razılığa gəlmişlər. Obyekt təmirli olmuş, sentyabr-oktyabr aylarında icarə haqqını almağa gedəndə həmin obyektdə kabinet tikildiyini görmüş və xeyir-dua vermişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, o, makler işləyir, Cavahir xanımı icarə münasibətləri ilə bağlı tanımış, şəriki İbrahimov Ariflə aralarında müqavilə bağlanmışdır. Obyekt təmirli olmuş, sonradan Cavahir xanım müəyyən işlər (havalandırma və s.) görmüşdür. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.m olan qeyriyaşayış sahəsinin 50 kv.m hissəsini icarəçi Cavabdeh icarəyə vermişdir. İcarə müqaviləsini İddiaçı adından X11 imzalamışdır. İcarə müqaviləsinin: 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilir. 5-ci bəndinə əsasən icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 150 manat icarə haqqı ödəyir. 7-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. 9-cu bəndinə əsasən icarəçilər icarəyə verən (lər)in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. -xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.90 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakıxanov qəsəbəsi S.Qocayev küçəsi ev 126 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair ünvan 3 icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitir. Lakin buna baxmayaraq, uzun müddətdir ki, icarə haqqı ödənilmir. Odur ki, İddiaçı dərhal Bakı şəhəri 16 saylı notariat ofisinə gələrək müqavilənin ləğv edilməsini, könüllü olaraq icarə obyektindən çıxmasını, icarə haqqını ödəməsini və obyekti boşaltmasını Cavabdeh xahiş etmişdir. -xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. -Cəvahir Qurbanova tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Nümayəndə ailə vəziyyəti və səhhəti ilə əlaqəli aptek biznesi fəaliyyətini dayandırmaq məcburiyyətində olduğunu, bu səbəbdən biznesini başqa sahibkara həvalə etməsinə və həmin şəxslə icarə müqaviləsinin müddətinin uzadılmasına razılıq verilməsini, əks təqdirdə, obyekti tərk etməsini istəyirsə onun aptek fəaliyyəti üçün çəkdiyi xərclərin və əziyyətlərin təzminatının ödənilməsini İddiaçı xahiş etmişdir. -xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 26 manat dövlət rüsumu ödənilmişdir. -xx.xx.2021-ci il tarixli əlyazmadan görünür ki, X2 rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsi ev 126 ünvanında yerləşən, sahəsi 50 kv.m olan qeyri-yaşayış sahəsini 1700 manata X7 icarəyə vermişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 179 manat dövlət rüsumu ödənilmişdir. -"xxxx" MMC tərəfindın verilmiş QY 01-058/22 nömrəli xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində görülmüş təmir-tikinti işlərinə və daşınar əmlaka çəkilmiş xərclərin 23 sentyabr 2022-ci il tarixinə ümumi dəyəri 29.051,70 manat təşkil edir. -xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.m olan qeyriyaşayış sahəsinin 50 kv.m hissəsini icarəçi X17 icarəyə vermişdir. İcarə müqaviləsini İddiaçı adından X11 imzalamışdır. İcarə müqaviləsinin: 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilir. 5-ci bəndinə əsasən icarəyə götürən X18 icarəyə verən İddiaçı aylıq 1700 manat icarə haqqı ödəyir. 7-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Məhkəmə, iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin: 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 2-ci bəndinə əsasən icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.m olan qeyri-yaşayış sahəsinin 50 kv.m hissəsini aylıq icarə haqqı 150 manat olmaqla, xx.xx.2022-ci il tarixədək Cavabdeh icarəyə vermişdir. Lakin icarə müqaviləsinin müddətinin bitməsinə və İddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh icarə obyektindən çıxmamışdır (bu halı sonuncunun nümayəndələri məhkəmə iclasında verdikləri izahatlarda etiraf etmişlər). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, iddia tələbini xx.xx.2022-ci il tarixdən qətnamə icra olunan günə kimi xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən istifadəyə görə hər ay üçün 1700 manat icarə haqqı və ödənilmiş 156 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ödənilməsi hissəsində əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı 150 manat məbləğində müəyyən edilsə də, icarə haqqının faktiki məbləği 1700 manat olmuş, bu halı tərəflər etiraf etmişlər. Eyni zamanda, İddiaçı xx.xx.2022-ci il tarixdən qətnamə icra olunan günə kimi olan dövr üçün aylıq 1700 manat icarə haqqının ödənilməsini tələb etməklə, xx.xx.2022-ci il tarixədək Cavabdeh icarə haqqı üzrə borcunun olmadığını təsdiq etmişdir. Məhkəmə, Cavabdeh tərəfindən faktiki ödənilmiş icarə haqqının icarə müqaviləsində müəyyən edilmiş icarə haqqının məbləğindən 11 dəfə artıq olmasını və 11 ay müddətinə bağlanmış icarə müqaviləsinə görə İddiaçı bildirdiyi kimi xx.xx.2022-ci il tarixədək hər ay 1700 manat icarə haqqının ödənilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı ödənilməmiş icarə haqqı yoxdur, odur ki, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə, qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd edir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin: 3-cü bəndinə əsasən əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. İcarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur. 5-ci bəndinə əsasən icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. 6-cı bəndinə əsasən icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. 7-ci bəndinə əsasən icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən icarə obyekti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yaxşılaşdırma (təmirbərpa, tikinti-quraşdırma) işləri aparılmışdır. İddiaçı qeyd olunan halı təsdiq etsə də, həmin yaxşılaşdırma işlərinin onun razılığı olmadan aparıldığını, bu səbəbdən Cavabdeh çəkilmiş xərci ondan tələb etməkdə haqlı olmadığını bildirmişdir. Lakin tədqiq olunmuş sübutlarla (həm Cavabdeh, həm də İddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahid ifadələri) İddiaçı aparılmış yaxşılaşdırma işlərindən məlumatsız olması, sonuncunun həmin işlərin görülməsinə razılığının olmaması öz təsdiqini tapmamışdır. Məhkəmə, ünvan 2 ünvanındakı qeyri-yaşayış sahəsinin təmirinə, bərpasına çəkilmiş xərcin əvəzinin tutulması hissəsində qarşılıqlı iddianı qismən əsaslı hesab edir. Yuxarıda qeyd edildiyi kimi Cavabdeh tərəfindən icarə obyektində yaxşılaşdırma işləri aparılmışdır və sonuncu icarə müqaviləsinin müddəti qurtardığından, icarə obyektinə zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərini, ayrıla bilən yaxşılaşdırmaların isə dəyərini və ya bu yaxşılaşdırmaların özünü tələb etməkdə haqlıdır. Lakin Cavabdeh aparılmış yaxşılaşdırmaların ayrıla bilməyən yaxşılaşdırmalar olduğunu iddia edərək, bunun əvəzi kimi İddiaçı 29.051,70 manat məbləğində pulun tutulmasını xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5021/2022 nömrəli xx.xx.2022ci il tarixli qərardadına əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmir və bərpasına Cavabdeh tərəfindən çəkilmiş xərcin, habelə əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmaların olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası və məhkəmə-iqtisad ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/580 №-li rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 4456,0 manat məbləğində müəyyən olunur. ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin daxilində şüşə və taxta materialından quraşdırılmış vitrin və dolab qeyriyaşayış sahəsinin konstruktiv elementlərinə birləşdirilmədiyindən (bərkidilmədiyindən) və yığılma konstruksiyadan ibarət olduğundan həmin vitrinə və dolaba ziyan dəymədən sökülüb çıxarılmasının mümkün olduğu müəyyən edilir. ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin daxilində şüşə və taxta materialından quraşdırılmış vitrinin və dolabın ziyan dəymədən sökülüb çıxarılması mümkün olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, həmin rəy elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirir və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/580 №-li rəyində müəyyən edilmiş məbləğdə, 4456 manat müəyyən edilməli və həmin pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmalı, qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli, iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri kimi 4456 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi ilə İddiaçı Cavabdeh xeyrinə 4456 manat məbləğində pulun tutulması barədə qətnamənin eyni vaxtda icra edilməsini mülkiyyətçinin hüquqlarının pozulması baxımından məqsədəmüvafiq hesab etmir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılsın, qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri kimi 4456 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-479/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-479/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver