Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4793/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15752 ABŞ dolları və 2421 manat pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə təxminən keçən ilin mart ayında, cavabdehə dil öyrədilməsi və onun Amerikada biznes işləri ilə məşğul olması səbəbilə tanış olmuşdurlar. Tərəflər arasında yaranmış biznes münasibətləri təyyarə biletlərinin alınmasından ibarət olmuş və bu səbəblə İddiaçı tərəfindən ona mütəmadi olaraq pul vəsaiti göndərilmişdir. Cavabdeh1 2020-ci ilin avqust ayında bildirmişdir ki, ona məxsus şirkət vasitəsi ilə X4 şirkətindən hər birinin dəyəri 250 manat olmaqla bilet alır və onu 2-3 mislinə dollar kursu ilə satır. Bundan başqa Cavabdeh1 76 biletin 250 manatdan dəyərinin, yəni 19 000 manatın ödənilməsi üçün “Western Union" X2 sistemi vasitəsilə pul köçürülməsini Cavabdeh1 anası (Elnarə Seyidovanın) adına etmişdir. Cavabdehdən nə üçün anası Elnarə Seyidovanın adına ödəniş edildiyini soruşanda, sonuncu ona qarşı məhkəmə mübahisəsi olduğunu, bu səbəbdən də özünün adına hər hansı əmlak və hesabında pul olmadığını bildirmişdir. Beləliklə, İddiaçı tərəfindən 8 avqust 2020-ci il tarixdə 1852 ABŞ dolları (mtcn: **********), 2 sentyabr 2020-ci il tarixdə 4400 ABŞ dolları (mtcn: **********), 19 sentyabr 2020-ci il tarixdə 3300 ABŞ dolları (mtcn: **********) və 27 aprel 2021-ci il tarixdə 200 ABŞ dolları (mtcn: **********) məbləğində pulu D.Pudovnikanın anası (Elnarə Seyidovanın) adına köçürmüşdür. Yerdə qalan 2421 manat məbləğində pulu isə D.Pudovnikaya nağd şəklində çatdırmışdır. Bundan sonra D.Pudovnika tərəfindən biletlər alınmış və D.Pudovnikanın dediyinə görə də özü də 43 bilet almışdır. Sonradan guya biletləri satdığı şəxs biletlərin pulunu vermək istəməmiş və bu səbəblə o həmin işi ixtisar etmişdir. İddiaçı cavabdehdən əldə qalan biletləri nə edəcəklərini soruşanda, sonuncu ona narahat olmamasını və həmin biletləri Novruz bayramı ərəfəsində satacaqlarını demişdir. İddiaçı bir müddət sonra D.Pudovnikadan ondan aldığı pulları geri qaytarmasını tələb etmiş, lakin D.Pudovnika ona gözləməli olduğunu X3 biletləri 2 aydan sonra qaytaracağını qeyd etmişdir. Sonradan cavabdeh İddiaçı bütün sosial şəbəkələrdə bloka atmışdır. İlk başda anası bütün borcu hissə hissə ödəyəcəklərini vəd etsə də sonradan o da iddiaçı ilə əlaqəni kəsmişdir. Faktla bağlı cinayət işinin açılması tələbi ilə tərəfindən ilkin olaraq şikayət ərizəsi ilə Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur. Yekunda cinayət işinin başlamasının rədd olunması qərar qəbul olunmuşdur. Qoşmaya tərəfindən əlavə olunmuş "Western Union" çıxarışlarından da göründüyü kimi hazırda iddiaçı Cavabdeh1 15752 ABŞ dolları və əldən təhvil verilmiş 2421 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı təhvil verilməsi barədə qərar qəbul olunması zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Yusif A.Allahverdiyev iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh1 6200 (altı min iki yüz) ABŞ dolları və 2421 (iki min dörd yüz iyirmi bir) manat pul vəsaitinin və digər Cavabdeh2 9552 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə Mülki Prosesual Məcəllənin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Western Union hesabdan çıxarışından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə 3.300 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 4.400 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1852 ABŞ dolları məbləğindəki pul vəsaitini Sadiyeva Elnaranın hesabına köçürülmüşdür. Western Union hesabdan çıxarışından görünür ki, iddoaçı xx.xx.2021-ci il tarixdə 2.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 4.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 200 ABŞ dolları Dilber Pudovkinanın hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübariz İdarəsinin iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 007-8591- 1222 nömrəli məktubdan görünür ki, İddiaçı sosial şəbəkə vasitəsilə Cavabdeh1 ilə tanış olmuşdur. Cavabdeh1 aviabiletlərin alqı-satqısı ilə məşğul olmaq məqsədilə İddiaçı borc pul istəmişdir. Sonuncu Cavabdeh1 “Western Union” pul köçürmə sistemi vasitəsilə 15.752 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Lakin Cavabdeh1 götürdüyü məbləği geri qaytarmamışdır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 178.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk növbədə iddia Cavabdeh1 6200 (altı min iki yüz) ABŞ dolları və Cavabdeh2 9552 ABŞ dolları pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərk qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş Wester Union çıxarışının sürətindən görünür ki, iddiaçı cavabdehlərinin hər ikisinə ayrı ayrılıqda qeyd edilən pul məbləğlərini onların hesabına göndərmişdir, Cavabdeh1 və Cavabdeh2 isə dəfələrlə məhkəmə iclasına çağırılsada məhkəmə iclaslarında iştirak etməmişlər, iddiaçının dediklərini təkzib etməmişlər, iddiaçının qeyd edilən pul məbləğini onlara hansı məqsəd ilə göndərməsini, o cümlədən onlara Wester Union vaistəsi ilə göndərilmiş 6200 ABŞ dolları və 9552 ABŞ dolları məbləğində pulu cavabdehə qaytarmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, Cavabdeh1 6200 (altı min iki yüz) ABŞ dolları və Cavabdeh2 isə 9552 (doqquz min beş yüz əlli iki) ABŞ dollar (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh1 2421 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən pul məbləğinin cavabdeh D.Pudovkinə verilməsini təsdiq edəcək sübutlar mülki işin matriallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddiada iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı bir tələb olmadığından dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 6200 (altı min iki yüz) ABŞ dolları və Cavabdeh2 isə 9552 (doqquz min beş yüz əlli iki) ABŞ dollar (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4793/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4793/2022
10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver