Məhkəmə qərarları › İş №e-2(008)-4798/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4798/2024

03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4798/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı İB-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1922,40 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2165,18 manat və 60,88 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4148,46 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 04/8961 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********00004 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 106,60 manat; - xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 80,60 manat; - xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 810 manat; - xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 133,20 manat; - xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 540 manat; - xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 252 manat; Cəmi 1922,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin fevral-dekabr ayları üzrə 369,20 manat sərfiyyat borcu və limitdən əlavə 8,80 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1032,95 manat sərfiyyat borcu və limitdən əlavə 33,40 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 808,65 manat sərfiyyat borcu və limitdən əlavə 20,85 manat sərfiyyat borcu, 2023- cü ilin yanvar-dekabr ayları üzrə 588,65 manat sərfiyyat borcu və limitdən əlavə 39,60 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-mart ayları üzrə 88,08 manat sərfiyyat borcu, cəmi 2990,18 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin fevral ayından 2024-cü ilin aprel ayına qədər cavabdeh 825 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2165,18 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 4087,58 manat təşkil etməkdədir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehə dəfələrlə telefon vasitəsilə məhkəməyə gəlməyinin zəruri olduğu bildirilmiş, lakin, o, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını təhqiq edərək hesab edir ki, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2024-cü il tarixli 04/8961 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqavilədə istehlakçı tərəfindən yalnız PQ-4 qurğusundan istifadə edilməsi nəzərdə tutulmuşdur. Cavabdehə aid saldodan PQ-4 və samovar qurğularından istifadə edildiyi görünür. Odur ki, müqavilə yeni olduğuna görə və aktlar müqaviləyə qədər tərtib edildiyinə görə məhkəmə saldodakı qaz qurğularından cavabdehin istifadə etdiyini hesab edir. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00004 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi,- 1900 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. İddiaçının əməkdaşları tərəfindən Cavabdeh barəsində sayğacdan kənar qaz xəttindən istifadə edildyinə görə aşağıdakı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 106,60 manat; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 80,60 manat; xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 810 manat; xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 133,20 manat; xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 540 manat; xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 252 manat, altı üzrə iddiaçı tərəfindən 1922,40 manat məbləğində zərər tələb olunur. Abonentin saldosundan görünür ki, 2020-ci ilin fevral-dekabr ayları - 2024-cü ilin yanvar-mart ayları üzrə debitor borcu yaranmış, Cavabdeh həmin dövrlərdə mütəmadi olarq cəmi 825 manat məbləğində ödənişlər etmiş və onun 2165,18 manat məbləğində debitor borcu qalmışdır. Hazırda iddiaçı Cavabdeh tərəfindən İddiaçı İByə vurulmuş aktlar üzrə yaranmış 1922,40 manat zərərin və 2165,18 manat debitor borcun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni olduğu qənaətinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddianın 1922,40 manat zərərin tutulması hissəsinə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın aktlar tərtib edilən zaman qüvvədə olan 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. xx.xx.2023-cü ildə edilən dəyişklərə əsasən aşağıdakı bəndlər əlavə edilmişdir:https://e-qanun.az/framework/21691 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd edildiyi kimi, iddiaçının əməkdaşları tərəfindən 12 ay ərzində, demək olar ki ardıcıl kənar xəttdən istifadəyə görə aktlar tərtib edilmiş və zərər hesablanmış, xx.xx.2019-cu il tarixli ******* №-li akt ümumiyyətlə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı həmin zaman qüvvədə olan Qaydaların 6.5-ci bəndində nəzərdə tutulan üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla adları çəkilən aktlar tərtib edib məhkəmədə iddia qaldırmışdır. Lakin, bu hal cavabdehin də məsuliyyətdən azad olmasına azad vermir. İddiaçı tərəfindən məhkəməyə Cavabdeh adından imzalanmış ərizə təqdim edilmişdir. Həmin ərizənin standart hissəsi çap formasında tərtib edilmiş, istehlakçıya aid məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi) tarix, abonentin kodu, icraçının adı və etiraf edilən məbləğ sonra əlyazma ilə əlavə edilmişdir. Ərizəyə əsasən cavabdeh 6866,68 manat borcunu etiraf etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edildiyi kimi, cavabdeh dəfələrlə məhkəməyə dəvət edilmiş, adıçəkilən etiraf ərizəsinə münasibət bildirməmişdir. Belə olan halda, məhkəmə cavabdehin də etirafını nəzərə alaraq qeyd olunan aktların hər birinin qanuniliyini yoxlanılmasını zəruri hesab edir. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 533 kub metr qaza görə 106,60 manat zərər aşağıdakı qaydada hesablanmışdır. PQ-4 üçün: 1,2 kub metr maksimal saatlıq qaz sərfi x 6 saat orta günlük iş rejimi x 24 gün hesabat müddəti = 173 kub metr; Samovar üçün: 1,5 kub metr maksimal saatlıq qaz sərfi x 10 saat orta günlük iş rejimi x 24 gün hesabat müddəti = 360 kub metr, cəmi 533 kub metr. Məhkəmə hesab edir ki, qazır sərfi düz hesablansa da, həmin miqdar 0,20 manata vurulmaqla 106,60 manat ziyanın müəyyən edilməsi səhvdir. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 533 kub metr qaza görə 53,3 manat zərər aşağıdakı qaydada hesablanmalıdır. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 403 kub metr qaza görə 80,60 manat zərər aşağıdakı qaydada hesablanmışdır. PQ-4 üçün: 1,2 kub metr maksimal saatlıq qaz sərfi x yay ayları üçün 4 saat orta günlük iş rejimi x 23 gün hesabat müddəti = 110 kub metr; 1,2 kub metr maksimal saatlıq qaz sərfi x qış ayları üçün 6 saat orta günlük iş rejimi x 7 gün hesabat müddəti = 50 kub metr; QSSQ üçün: 1,5 kub metr maksimal saatlıq qaz sərfi x yay ayları üçün 4 saat orta günlük iş rejimi x 23 gün hesabat müddəti = 138 kub metr, 1,5 kub metr maksimal saatlıq qaz sərfi x qış ayları üçün 10 saat orta günlük iş rejimi x 7 gün hesabat müddəti = 105 kub metr, cəmi 403 kub metr. Məhkəmə hesab edir ki, qazır sərfi düz hesablansa da, həmin miqdar 0,20 manata vurulmaqla 80,60 manat ziyanın müəyyən edilməsi səhvdir. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 403 kub metr qaza görə 40,3 manat zərər aşağıdakı qaydada hesablanmalıdır. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 8100 kub metr qaza görə 810 manat zərər aşağıdakı qaydada hesablanmışdıp. 2,5 kub metr/saat qaz işlədiyicilərinə daxil olan borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi x orta iş günlük iş rejimi 18 saat x hesabat müddəti 180 gün. Məhkəmə hesab edir ki, hazırki iddia xx.xx.2023-cü il tarixdən sonra verildiyindən, iddiaçıda cavabdehin bütün qaz qurğuları barədə tam məlumat oldğunudan və belə bir hesablama qaydası nəzərdə tutulmadığından, xx.xx.2019-cu il tarixli ******* №-li akt üzrə zərər tutulmamalıdır. xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 1332 kub metr qaz sərfinə görə 133,20 manat ziyan aşağıdakı qaydada hesablanmışdır. PQ-4 üçün: 1,2 kub metr maksimal saatlıq qaz sərfi x 6 saat orta günlük iş rejimi x 30 gün hesabat müddəti = 216 kub metr; QSQ üçün: 1,5 kub metr maksimal saatlıq qaz sərfi x 8 saat orta günlük iş rejimi x 30 gün hesabat müddəti = 360 kub metr; Dəmir soba üçün: 1,4 kub metr maksimal saatlıq qaz sərfi x 18 saat orta günlük iş rejimi x 30 gün hesabat müddəti = 756 kub metr. Göründüyü kimi, iddiaçının əməkdaşları tərəfindən cavabdehin istifadəsində olmayana dəmir soba üzrə hesablama aparılmışdır və həmin məbləği çıxılmalıdır. Yəni, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 576 kub metr qaza görə (216 kub metr PQ-4 üçün + 360 kub metr QSQ üçün) 57,6 manat zərər hesablanmalıdır. xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 5400 kub metr qaza görə 540 manat zərər yenə də nəzərdə tutulmayan qaydada hesablanmışqdır. Odur ki, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında da zərər tutulmamalıdır. xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 1520 kub metr qaza görə 252 manat ziyan aşağıdakı qaydada hesablanmışdır. PQ-4 üçün: 1,2 kub metr maksimal saatlıq qaz sərfi x 24 saat orta günlük iş rejimi x 30 gün hesabat müddəti = 864 kub metr; QSQ üçün: 1,5 kub metr maksimal saatlıq qaz sərfi x 24 saat orta günlük iş rejimi x 30 gün hesabat müddəti = 1080 kub metr; Radiator üçün: 0,8 kub metr maksimal saatlıq qaz sərfi x 24 saat orta günlük iş rejimi x 30 gün hesabat müddəti = 576 kub metr. Hazırki akta əsasən cavabdehdə olmayan radiator üçün hesablama aparılmış, bunda başqa orta iş günlük 12 saat əvəzinə 24 saat götürülmüşdür. Odur ki, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında PQ-4 üçün 432 kub metr qaz (864 : 2) və QSQ üçün 540 kub metr qaza görə (1080 : 2), cəmi 972 kub metr qaza görə 97,2 manat zərər hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 533 kub metr qaza görə 53,3 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 403 kub metr qaza görə 40,3 manat, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 576 kub metr qaza görə 57,6 manat, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 972 kub metr qaza görə 97,2 manat, cəmi 248,4 manat zərər tutulmalı, xx.xx.2019-cu il tarixli ******* №-li və xx.xx.2020-ci il tarixli ******* №-li aktlar əsasında zərər tutulmamalıdır. İddianın debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2165,18 manat cari borcun tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edirki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, adıçəkilən Qaydaların: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia 248,4 manat zərərin və 2165,18 manat debitor borcunun tutulması, cəmi 2413,58 manat hissəsində təmin, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia 2413,58 manat hissədə təmin edildiyindən, ödənilmiş 60,88 manat dövlət rüsumunun 44,13 manatı cavabdehdən tutulmalı, 16,75 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: 41,06 İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı İB-nin xeyrinə: xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 53,3 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 40,3 manat, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 57,6 manat, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 97,2 manat, cəmi 248,4 manat zərər və debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2165,18 manat, cəmi 2413,58 manat və 44,13 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 16,75 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar