Məhkəmə qərarları › İş №e-2(008)-4805/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4805/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4805/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc 7607.16 manat əsas, 459.60 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 8066.76 manat və ödənilmiş 102 (yüz iki) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 04 aprel 2023-cü il tarixli çərçivə kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən 16 sentyabr 2023-cü il tarixdə ölmüş Cavabdeh1 60 ay müddətinə, illik 48 % ödəmək şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi bankla Cavabdeh2 arasında 04 aprel 2023-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 16 sentyabr 2023-cü il tarixdə ölməsi iddiaçı tərəfə 15 oktyabr elektron məhkəmə informasiya sistemi vasitəsilə məlum olmuşdur. Cavabdeh tərəfin iddiaçıya Cavabdeh1 öldüyü 16 sentyabr 2023-cü il tarixədək ödənilməmiş 7607,16 manat əsas və 58,11 manat faiz borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, Cavabdeh2 cavabdehlər siyahısında saxlanılmaqla, Cavabdeh1 həmin siyahıdan çıxarılması, habelə Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 7607,16 manat əsas, 58,11 manat faiz olmaqla, cəmi 7665,27 (yeddi min altı yüz altmış beş manat 27 qəpik) manat məbləğində borcun və 102 (yüz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul еdilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2024-cü il tarixli ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarından habelə elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində deyil, cavabdehin rəsmi qeydiyyatda olduğu yeri üzrə Səbail Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 44.2.2-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə həmin işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş baxılması üçün cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı “borc” tələbinə dair e-2(008)-4805/2024 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar