Məhkəmə qərarları › İş №e-2(008)-4814/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4814/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4814/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və evin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında 14 saylı notariat ofisində bağlanmış 3M-880 reyestr nömrəsi ilə qeyd edilimiş xx.xx.2025-ci il tarixli müqavilənin ləğv edilmiş hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 8-ci döngə, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılaraq, boş vəziyyətdə ona təqdim edilməsi, cavabdehlər tərəfindən mülkiyyətə müdaxiləni qadağan etməklə bu günədək icarə haqqı kimi 8000 manat və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 8-ci döngə, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılan günə kimi hər ay 2000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 8-ci döngə, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evi xx.xx.2021 tarixdə verilmiş **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, tam olaraq iddiaçının mülkiyyətindədir. Cavabdeh2 oğlu xx.xx.2025-ci il tarixli müqavilə ilə həmin fərdi yaşayış evini xx.xx.2028-ci il tarixədək icarəyə götürmüşdür. İcarə haqqı 2000 manat müəyyən olunmuşdur. Həmçinin icarə müqaviləsinin 13-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 14cü maddəsinin tələbləri, icarəyə götürülən sahənin yaşayış sahəsi olması, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmamaq, sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilməməsi icarəçiyə izah edilmişdir. Lakin yaşayış sahəsi cavabdeh və 3-cü şəxslər tərəfindən xeyir-şər evi və kiçik toy məclisləri üçün istifadə edilməkdədir. Həmin 3-cü şəxslərdən biri Cavabdeh1dur. Müqavilənin 6-cı bəndinə əsasən, fors-major hadisəsindən sığortalanma “icarəçi”-nin vəzifəsi kimi müəyyən olunsa da, cavabdeh həmin bəndin də tələblərini pozmuşdur. Tərəflərindən cavabdehə xx.xx.2025-ci il tarixində bildiriş göndərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilənin 5,6,10,13-cü bəndləri kobud şəkildə pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən bu günə kimi 8000 manat icarə haqqı ödənilməmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixinədək 8000 manat icarə haqqını ödəmək şərtilə icarəyə götürdüyü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 8-ci döngə, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsilə birlikdə qanunsuz istifadəyə verdikləri şəxslərlə birlikdə boşaldaraq iddiaçıya təhvil verməsi, əks təqdirdə müqavilənin ləğvi üçün məhkəməyə müraciət olunaraq öhdəliklərinin qanuni şəkildə təmin ediləcəyinə dair bildiriş göndərilmişdir. Bundan sonra cavabdehlər həm özləri, həm də onların yaxınları, həm iddiaçı, həm də onun nümayəndəsi ilə əlaqələr yaratmağa çalışsalar da, heç bir müsbət nəticə əldə edilməmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Müqavilənin ləğv edilməsi – müqavilədən imtina edilməsi barədə bildiriş cavabdehə təqdim edildiyi tarixdən tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə xitam verilmiş sayılır. Bu halda, iddiaçı cavabdehdən ona vurulmuş ziyanın ödənilməsini tələb edə bilər. Eyni zamanda məhkəmə çəkişmələrinin davam etməsini nəzərə alaraq, obyektin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi tarixinədək müqavilə əsas götürülməklə aylıq olaraq 2000 manat miqdarında icarə haqqının ödənilməsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarənda olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - İcarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh2 arasında bağlanılmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evini xx.xx.2028-ci il tarixədək Cavabdeh2, sonuncunun aylıq 2000 manat ödəməsi şərti ilə icarəyə vermişdir. İcarə müqaviləsinə əsasən “icarəçi” icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 14-cü maddəsinin tələbləri, icarəyə götürülən sahənin yaşayış sahəsi olması, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, eyni zamanda yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmamaq, həmçinin sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilməməsi icarəçiyə izah edilmişdir. - Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli müqavilənin ləğv edilməsinə dair təklifin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 8-ci döngə, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin icarəyə verilməsi haqqında müqavilənin 5,6,10,13-cü bəndləri kobud şəkildə pozulmuşdur. Həmçinin icarə haqqı kimi bu günə kimi 6000 manat cavabdehlər tərəfindən ödənilməli olduğu halda ödənilməmişdir. Yəni öz öhdəliklərini icra etməməklə, xx.xx.2025ci il tarixinədək 8000 manat icarə haqqqını ödəmək şərtilə icarəyə götürmüş olduğu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 8-ci döngə, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsilə birlikdə qanunsuz istifadəyə verdikləri şəxslərlə birlikdə boşaldaraq iddiaçıya təhvil verməli, əks təqdirdə, müqavilənin ləğvi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsində göstərilir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsində göstərilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 8-ci döngə, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Onunla Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsi ilə 2000 manat icarə haqqı müəyyən olunmaqla, həmin əmlak xx.xx.2028-ci il tarixədək cavabdehin icarəsinə verilmişdir. İcarə müqaviləsinin 13-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 14cü maddəsinin tələbləri, icarəyə götürülən sahənin yaşayış sahəsi olması, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmamaq, sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilməməsi icarəçiyə izah edilsə də, cavabdeh həmin tələbi pozaraq, qeyd olunan əmlakı digər Cavabdeh1 ilə birlikdə ictimai-iaşə obyekti kimi istifadə edir. Bundan başqa, cavabdeh müqavilənin 6-cı bəndinin də (fors-major hadisəsindən sığortalanma “icarəçi”-nin vəzifəsidir) tələbini pozmuşdur. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində bildiriş göndərilmişdir. Bunlardan başqa, Cavabdeh2 oğlu hazırkı vaxtadək icarə haqqlarını ödəməmişdir. Beləliklə, Cavabdeh2 oğlu, İddiaçı ilə bağladığı xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin bir neçə bəndinin tələbini əhəmiyyətli dərəcədə pozmuşdur ki, bu hal həmin müqavilənin məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 3M-880 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2025-ci il tarixli icarə müqaviləsi ləğv edilməli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 8-ci döngə, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən boşaldılaraq boş vəziyyətdə iddiaçıya təqdim edilməli, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 8000 manat icarə haqqı, xx.xx.2025-ci il tarixindən hazırkı qətnamə qanun qüvvəsini alan tarixədək hər ay 2000 (iki min) manat icarə haqqı Cavabdeh2 tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməklə, müştərək qaydada onlardan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 3M- 880 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2025-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 8-ci döngə, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən boşaldılaraq, boş vəziyyətdə iddiaçıya təqdim edilsin. xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 8000 (səkkiz min) manat icarə haqqı, xx.xx.2025-ci il tarixindən hazırkı qətnamə qanun qüvvəsini alan tarixədək hər ay 2000 (iki min) manat icarə haqqı Cavabdeh2 tutularaq, iddiaçıya ödənilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərə aid edilməklə, müştərək qaydada onlardan iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar