Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4826/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı «X2» Bakı filialının etibarnamə üzrə nümayəndəsi İsmayılov Anar İsmayıl oğlunun iştirakı ilə, İddiaçı «X2» Bakı filialı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «X2» Bakı filialı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 2.221,01 manat (bundan 2.129,36 manat əsas borc və 91,65 manat faiz borcu təşkil edir) məbləğində 13 iyun 2024-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 42.21 manat dövlət rüsumunun tutularaq, «X2» Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X2» Bakı filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən borcun tam ödənilməsi ilə əlaqədar olaraq, iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «X2» Bakı filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin qaytarılması barəsində iddiaçı tərəfindən ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259- 260, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçı «X2» Bakı filialının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 42,21 (qırx iki manat, iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu büdcədən iddiaçı «X2» Bakı filialına geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-4826/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4826/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver