Məhkəmə qərarları › İş №e-2(008)-4842/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4842/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4842/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi faktının tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi faktının tanınması” tələbinə dair iddia ərizə ilə məhkəməyə mürаciət еdərək, İddiaçı Cavabdeh 12.750 ABŞ dollar məbləğinin ödənilməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranan problemlə əlaqədar təyin edilmiş baxış iclasında iştirak edə bilməyəcəyini və təyin edilmiş baxış iclasını iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, saat 10:30-a Bakı Apellyasiya məhkəməsində prosesdə iştirakı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işdə olan sübutlar əsasında məhkəmə prosesinin keçirilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4313/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, cavabdeh İddiaçı 39000 (otuz doqquz min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1262/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7456/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi xx.xx.2024-cü il tarixli 3-13-6/2-9911/2024 nömrəli sorğuya cavab məktubunda, Zirəddin Rüstəmovun BMCMİ-nə daxil olan müraciəti üzrə Baş İdarədə aparılan araşdırma zamanı Zirəddin Rüstəmov izahatında göstərmişdir ki, işlədiyi "xxxx" MMC tərəfindən müqavilə əsasında texnika alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətin hesabına 12.500 ABŞ dolları pul köçürülmüş, lakin müqaviləyə xitam verildiyindən həmin vəsait nağd qaydada geri alınmışdır. Pul vəsaitinin MMC-nin hesabına geri köçürülməsi üçün tanışı İddiaçı vasitəsi ilə Cavabdeh köməklik etməsi üçün komissiya pulu ilə birlikdə 12.750 ABŞ dolları pul vermiş, sonrakı müddətdə həmin pulun şirkətin hesabına keçirilmədiyini görüb sonuncudan tələb etsə də, Cavabdeh İddiaçı borc müqaviləsi üzrə ona 41.000 manat pul ödəməli olduğunu bildirərək həmin məbləği də borcdan silməsini bildirmişdir. Cavabdeh izahatında Zirəddin Rüstəmovun göstərdiklərini təkzib edərək, İddiaçı tərəfindən 12.750 ABŞ dolları pulun borcundan silinməsi üçün ona verildiyini bildirmişdir. Məhkəmə ərizəni və iş materillarını araşdıraraq hesаb edir ki iş üzrə icrааtа хitаm verilməlidir. Belə ki, pulun ödənilməsi faktının tanınması müəyyən edilməsi barədə iddia icraatı qaydasında tələbləblə məhkəməyə müraciət edilməsi, yəni belə bir faktın müəyyən edilməsinə qanunvericilik yol vermir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1262/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından da göründüyü kimi qərar qanuni qüvvəsini alaraq, icra mərhələsindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bu barədə yeni açılmış halla bağlı əlavə Kassasiya qaydasında məhkəməyə müraciət edə bilər. Аzərbаycаn Respublikаsı MPM-nin 261.0.1-ci mаddəsinə əsаsən iş məhkəmədə baxılmalı deyildirsə, hаkim iş üzrə icrааtа хitаm verir. Hazırki ərizəyə məhkəmədə baxılmalı deyil əsası ilə iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Respublikаsı MPM-nin 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuхаrıdа göstərilənləri və Аzərbаycаn Respublikаsı MPM-nin 261-264, 267-268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi faktının tanınması” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar