Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-485/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 9960 manat maddi zərər, 5011,85 manat cari borc, 135,37 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 15507,22 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AKX-04529xx/xx-2022 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus evə təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********118 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla,cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki,cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 11.2015-ci il tarixli akt əsasında 259.2 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1454.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1297.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 288 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 181.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 99.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147.2 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734.4 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 9960 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 5011.85 manat borcu qalmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 14971.85 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AKX-04529xx/xx- 2022-ci il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, cavabdehin 2017-ci ilin noyabr ayında akt üzrə 1454,40 manat, 2018-ci il yanvar ayından noyabr ayınadək akt üzrə 2176,80 manat, 2020ci ilin aprel ayından dekabr ayınadək yeni tarifə keçidlə əlaqədar 72 manat, 2021-ci il üzrə akt üzrə 1188 manat, yeni tarifə keçidlə əlaqədar 1,25 manat, 2022-ci il üzrə yeni tarifə keçidlə əlaqədar 141,70 manat və 2023-ci il yanvar, fevral aylarında akt üzrə 4881,60 manat borc hesablanmışdır. Abonent 2018-ci ilin noyabr ayından 2023-cü ilin mart ayınadək 3995,90 manat ödəniş etmişdir. 5011,85 manat cari borcu qalmaqdadır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərin PQ2-nin maksimal saatlıq qaz sərfi nominal sərfi 0.6 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat, hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat, hesabat müddəti 180 gün, kürənin maksimal saatlıq qaz sərfi 4 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 12 saat, hesabat müddəti 120 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 7272 m3 itki hesablanmışdır. - xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən göründüyü kimi 6489 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. - xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən göründüyü kimi 1440 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. - xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən göründüyü kimi 972 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. - xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən göründüyü kimi 908 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. - xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən göründüyü kimi 499 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. - xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən göründüyü kimi 576 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. - xx.xx.2021-ci il tarixli aktdan görünür ki, sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən göründüyü kimi 11880 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən göründüyü kimi 34560 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən göründüyü kimi 6120 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İddia ərizəsində 11.2015 akt üzrə 259,20 manat zərər hesablandığı qeyd olunsa da, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 11.2015-ci il tarixli akt iş materiallarına əlavə olunmamış, bu səbəbdən abonentin həmin akt üzrə borcunun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş materiallarını da qarşılıqlı təhlil edib belə nəticəyə gəlir ki, xx.xx.2017-ci il tarixdə tərtib olunmuş akt əsaslıdır və həmin akt əsasında hesablanmış 1454,40 manat ziyan məbləği cavabdehdən tutulmalıdır. Müəyyən olunur ki, digər xx.xx.2018-ci il tarixli , xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli aktlar da eyni qayda ilə tərtib edilmiş və eyni üsulla zərər hesablanmışdır. Həmin aktlarla bağlı məhkəmə qeyd edir ki, iddiaçı onun əsasında zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməli, məsələn, ilkin akt tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə aktların, dəymiş ziyanın bərpasına dair tələbnamələrin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişlərin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə hesab edir ki, qaz xəttindən qanunsuz qoşulma faktı mövcud olmuş olsa belə, cavabdehin bu hərəkətə yol verməsi məhkəmə tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmamış, tərtib edilmiş aktlar üzrə zərər məbləği cavabdehdən tələb edilə bilməz. Buna görə də, iddia tələbi həmin aktlar üzrə hesablanmış zərər məbləğinin (1454,40 manat) və 5011,85 manat debitor borcun tutulması hissələrində əsaslıdır və təmin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən – cavabdehdən vurulmuş 1454,40 (min dörd yüz əlli dörd manat, qırx qəpik) manat maddi ziyan, 5011,85 (beş min on bir manat, səksən beş qəpik) manat cari sərfiyyat borcu olmaqla, cəmi 6466,25 (altı min dörd yüz altmış altı manat, iyirmi beş qəpik) manat pulun tutulması hissəsində təmin edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 135,37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 135,37 manat məbləğində dövlət rüsumunun 84,67 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Həmçinin göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 400 manat pulun əvəzinin tutulması tələb olunsa da, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir, belə olan halda iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1454,40 (min dörd yüz əlli dörd manat, qırx qəpik) manat maddi ziyan, 5011,85 (beş min on bir manat, səksən beş qəpik) manat cari sərfiyyat borcu olmaqla, cəmi 6466,25 (altı min dörd yüz altmış altı manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti və 84,37 (səksən dörd manat, otuz yeddi qəpik) manat dövlət rüsumunun əvəzi tularaq, İddiaçı bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-485/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-485/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver