Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4871/2022 24.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Arif oğlunun katibliyi, İddiaçı QSC “BANK STANDARD” Kommersiya Bankının nümayəndəsi Nümayəndə2 Fizuli qızının iştirakı ilə, İddiaçı QSC “BANK STANDARD” Kommersiya Bankı (Ləğv prosesindədir) Cavabdeh1, Cavabdeh2 qarşı «müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC “Bank Standart” Kommersiya Bankı (Ləğv prosesindədir) Cavabdeh1, Cavabdeh2 qarşı «müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC “BANK STANDARD” Kommersiya Bankının nümayəndəsi Nümayəndə2 Fizuli qızı məhkəməyə müraciət edərək iddia ərizəsininin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(008)-4871/2022 saylı qərardadına əsasən mülki iş baxılmamış saxlanıldığından iddia qaldırılması üçün ödənilmiş 137.24 (bir yüz otuz yeddi manat iyirmi dörd qəpik) manat məbləğində pul büdcədən iddiaçıya geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC “BANK STANDARD” Kommersiya Bankı (Ləğv prosesindədir) Cavabdeh1, Cavabdeh2 qarşı «müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr» tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 921271118 nömrəli, xx.xx.2022-ci il tarixli qəbz üzrə ödənilmiş 137.24 (yüz otuz yeddi manat iyirmi dörd qəpik) manat dövlət rüsumu iddiaçı QSC “BANK STANDARD” Kommersiya Bankı (Ləğv prosesindədir)na geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4871/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4871/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver