Məhkəmə qərarları › İş №e-2(008)-4874/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4874/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4874/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "xx.xx.2022-ci il tarixli 0072/22A nömrəli kredit müqaviləsinə əsasən 2457,91 manat əsas, 63,35 manat faiz, 15,09 manat cərimə, cəmi 2536,35 manat kredit borcunun, ödənilmiş 46 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2582,35 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və tutmanın cavabdehə məxsus ipoteka predmeti olan "Chevrolet Cruze" minik markalı 77EZ460 dövlət qeydiyyat nişanlı, ban: 1G1PC5SB2F7286783, mühərrik: VT39503 nömrəli avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsilə satılması, satışdan əldə edilən məbləğin borc məbləğinə ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsvir ihissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "xx.xx.2022-ci il tarixli 0072/22A nömrəli kredit müqaviləsinə əsasən 2457,91 manat əsas, 63,35 manat faiz, 15,09 manat cərimə, cəmi 2536,35 manat kredit borcunun, ödənilmiş 46 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2582,35 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və tutmanın cavabdehə məxsus ipoteka predmeti olan "Chevrolet Cruze" minik markalı 77EZ460 dövlət qeydiyyat nişanlı, ban: 1G1PC5SB2F7286783, mühərrik: VT39503 nömrəli avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsilə satılması, satışdan əldə edilən məbləğin borc məbləğinə ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli 0072/22A nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etdiyinə görə işə onun iştirakı olmadan baxıldı. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, təkrarən gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, iddiaçı "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0072/22A nömrəli "Kredit müqaviləsi"ndən görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə 32% olmaqla 6200 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli AA№146770 nömrəli "İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış"dan görünür ki, cavabdeh "Chevrolet Cruze" minik markalı 77EZ460 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixli 0072/22A nömrəli kredit müqaviləsi əsasında iddiaçının xeyrinə yüklü etmişdir. İşdə olan, iddiaçı "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0072/22A nömrəli "İpoteka müqaviləsi"ndən görünür ki, cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli 0072/22A nömrəli "Kredit müqaviləsi"nə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçının xeyrinə yüklü etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 170/24 nömrəli məktubdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması xahişi ilə müraciət etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 173/24 nömrəli "Bildiriş"dən görünür ki, xx.xx.2022-ci il tarixli 0072/22A nömrəli ipoteka müqaviləsinin tələblərinə müvafiq olaraq tutmanın BB293597 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan Chevrolet Cruze markalı 77EZ460 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müəyyən edilir ki, cavabdehin iddiaçıya əsas borcu 2457,91 manat, faiz borcu 63,35 manat, cərimə borcu 15,09 manat, cəmi 2536,35 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğlərin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehdən həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia bu hissədə təmin edilməlidir. Tələbin ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə görə, ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Sadalanan normalara uyğun olaraq məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma ipoteka predmetinə yönəldilməli, onun satışından əldə olunacaq pul vəsaiti ilə kredit borcu ödənilməlidir. Ona görə iddia bu hissədə də təmin edilməli, cavabdehə məxsus ipoteka predmeti olan "Chevrolet Cruze" minik markalı 77EZ460 dövlət qeydiyyat nişanlı, ban: 1G1PC5SB2F7286783, mühərrik: VT39503 nömrəli avtomobilə yönəldilməli, avtomobil hərrac vasitəsilə satılaraq satışdan əldə edilən məbləğ cavabdehin iddiaçıya olan kredit borcu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 46 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 0072/22A nömrəli kredit müqaviləsinə əsasən 2457,91 manat əsas, 63,35 manat faiz, 15,09 manat cərimə, 46 manat məbləğində dövlət rüsumu, cəmi 2536,35 manat pul cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan "Chevrolet Cruze" minik markalı 77EZ460 dövlət qeydiyyat nişanlı, ban: 1G1PC5SB2F7286783, mühərrik: VT39503 nömrəli avtomobilə yönəldilsin. Avtomobil açıq hərracda satılsın və satışdan əldə edilən pul vəsaiti ilə xx.xx.2022-ci il tarixli 0072/22A nömrəli kredit müqaviləsinə əsasən cavabdehin kredit borcu iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan electron cabinet vasitəsilə həyata keçirilməlidir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar