Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-489/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "1246 manat borc, 124 manat cərimə və 33 manat dövlət rüsumu, cəmi 1403 manat pulun tutulması" barədə iddiasına dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "1246 manat borc, 124 manat cərimə və 33 manat dövlət rüsumu, cəmi 1403 manat pulun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli WTCN-007818 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh "xxxx" mağazasından dəyəri 1246 manat olan PS4 500 gb markalı əşyanı nisyə almış, lakin malın dəyərini ödəməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli WTCN-007818 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə satıcı "xxxx"un müdiri X2 və alıcı Cavabdeh arasında bağlanmış, hər iki şəxs tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli WTCN-007818 nömrəli girov müqaviləsindən görünür ki, həmin müqavilə satıcı "xxxx"un müdiri X2 və alıcı Cavabdeh arasında bağlanmış, hər iki şəxs tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, həmin akt satıcı "xxxx"un müdiri X2 və alıcı Cavabdeh tərəfindən imzalanmışdır. İşdə olan "xx.xx.2020-ci il tarixli WTCN-007818 nömrəli müqavilə ödənişlərin cədvəli"ndən görünür ki, həmin cədvəl alıcı Cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh məhkəməyə ərizə verərək bildirmişdir ki, sadalanan sənədlərdə onun adının qarşısında olan imzalar ona məxsus deyil. Ona görə də Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6658/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Həmin Mərkəzdən alınmış xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, yuxarıda sadalanan sənədlərdə olan imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan sonra məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı geri götürdüyünü bildirərək işin baxılmamış saxlanmasını xahiş etdi və məhkəməyə bu barədə yazılı ərizə təqdim etdi. Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia ərizəsi baxılmamış saxlanmalı və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 33 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manatla bağlı isə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi həmin məbləği ödəməyə razı olduğunu bildirdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə uyğun olaraq, həmin məbləğ iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmin maddədə deyilir ki, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı "1246 manat borc, 124 manat cərimə və 33 manat dövlət rüsumu, cəmi 1403 manat pulun tutulması" barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 33 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat məbləğində pul İddiaçındən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №e-2(008)-489/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-489/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver