Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4917/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X2, iddiaçı "SF Azerbaijan" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı "700 manat əsas, 35 manat faiz, 102 manat komissiya, 424 manat cərimə olmaqla, cəmi 1260 manat məbləğində borcun və 32,60 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "SF Azerbaijan" Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı "700 manat əsas, 35 manat faiz, 102 manat komissiya, 424 manat cərimə olmaqla, cəmi 1260 manat məbləğində borcun və 32,60 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan "SF Azerbaijan" Bank Olmayan Kredit X1 Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********03 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü ildə illik 60,85% ödəmək şərtilə 700 manat kredit verilmiş. İşdə olan xx.xx.2025-ci il tarixli "Maliyyə arayışı"ndan görünür ki, Cavabdeh "SF Azerbaijan" Bank Olmayan Kredit X1 Cəmiyyətinə xx.xx.2024cü il tarixli **********03 nömrəli müqavilə üzrə 700 manat əsas, 35 manat faiz, 102 manat komissiya, 424 manat cərimə olmaqla, cəmi 1260 manat məbləğində borcu mövcuddur. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müəyyən edilir ki, bağlanmış kredit müqaviləsi ilə "SF Azerbaijan" Bank Olmayan Kredit X1 Cəmiyyəti üzərinə götürdüyü öhdəliyi icra edərək Cavabdeh illik 60,85% ödəmək şərtilə 700 manat kredit vermiş, sonuncu isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərlə ödəmək öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı 700 manat əsas, 35 manat faiz, 102 manat komissiya borcunu tələb etməkdə haqlıdır. Cavabdehdən tələb olunan cərimə borcu ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, kreditorun əmlak mənafelərini, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Məhkəmə dəbbə pulunun miqdarının əsas borcun 5 faizi miqdarında müəyyən olunmasını tərəflərin bütün əsaslı mənafelərinə uyğun hesab edir. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehdən 700 manat əsas, 35 manat faiz, 102 manat komissiya, 35 manat cərimə, cəmi 872 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci ildə **********05 nömrəli mədaxil qəbzi ilə 32,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 1260 manat məbləğində iddianın 872 manat hissəsi (69,20 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 69,20 faizi, yəni 22,55 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 10,05 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 700 manat əsas, 35 manat faiz, 102 manat komissiya, 35 manat cərimə, 22,55 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 894,55 manat məbləğində pul alınaraq iddiaçı "SF Azerbaijan" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun qalan 10,05 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X4.
Məhkəmə qərarları › İş №e-2(008)-4917/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4917/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver