Məhkəmə qərarları › İş №e-2(008)-4936/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4936/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4936/2024 23.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "210,58 manat əsas, 0,02 manat faiz borcu olmaqla, cəmi 210,6 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "210,58 manat əsas, 0,02 manat faiz borcu olmaqla, cəmi 210,6 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, X5 ilə xx.xx.2019-cü il tarixli BPM**********67 nömrəli kredit müqaviləsi bağlanmışdır. X5 xx.xx.2022-ci ildə vəfat etmiş və mərhumun mirasını qəbul etmiş vərəsəsi Cavabdeh xx.xx.2022-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, ona görə də işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddiaçının tələb etdiyi borc mərhum ərinin borcudur. Mərhum ərinin adına olan Bakı şəhəri Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 5a nömrəli evin 5 nömrəli mənzili vərəsəlik qaydasında onun adına keçmişdir. Borcu ödəməkdən boyun qaçırmır, hər ay 50 manat olmaqla hissə-hissə ödəyə bilər. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan xx.xx.2019-cu il tarixli BPM**********67 nömrəli "Kredit müqaviləsi"ndən görünür ki, "xxxx" ASC tərəfindən X4 18 ay müddətinə illik 20% ödəmək şərti ilə 1100 manat məbləğində kredit verilmişdir. İşdə olan AZ-İİ seriyalı 111429 nömrəli Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ″Ölüm haqqında şəhadətnamə″dən görünür ki, X5 xx.xx.2020-ci ildə vəfat etmişdir. İşdə olan 4 saylı Bakı ″ASAN xidmət″ mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 2840 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X1 miras qalmış əmlakı Cavabdeh qəbul etmiş, ona xx.xx.2022-ci ildə 2V-1009 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ″Maliyyə arayışı″ndan görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə 210,58 manat əsas, 0,02 manat faiz olmaqla, cəmi 210,6 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli "Bildiriş"dən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Müəyyən edilir ki, iddiaçı X5 ilə xx.xx.2019-cü ildə kredit müqaviləsi bağlamış, ona 18 ay müddətinə illik 20% ödəmək şərtilə 1100 manat kredit vermişdir. O, xx.xx.2020-ci ildə vefat etmiş, vərəsəsi isə Cavabdehdır. X3 iddiaçıya borcu 210,58 manat əsas, 0,02 manat faiz olmaqla, cəmi 210,60 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı Cavabdeh həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcləri cavabdehə aid edilməli və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeydolunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 210,58 manat əsas borc, 0,02 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 241 manat məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar