Məhkəmə qərarları › İş №e-2(008)-50/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-50/2025

22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-50/2025 22.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Azəriqaz İB-nin nümayəndəsi X1, Cavabdeh1 vərəsəsi Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh1 vərəsəsi Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh1 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən İddiaçı İB-yə vurulmuş 2803,40 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 89,17 manat və 48,93 (manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2941,50 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixində 04/7259 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********20000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchizedən qazxəttinin üzərində isə G-4T markalı qazsayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qazsayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qazxəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 64,40 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 391 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 432 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 220,40 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 810 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; cəmi 2803,40 (iki min səkkiz yüz üç manat 40 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bildiririk ki, cavabdehin ödənilməmiş 2016-ci ilindən qalan 19,51 manat borcu, 2017-ci ilin oktyabr ayı üzrə 56,40 manat, 2022-ci ilin may- iyul ayları üzrə 23,76 manat sərfiyyat borcu, cəmi 99,67 manat sərfiyyat borcu qalmışdır. 2022-ci ilin may ayında cavabdeh cəmi 10,50 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 89,17 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümumi 2892,57 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vərəsəsi Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin aktlar üzrə hesablanmış borcun tutulması hissəsinin qəbul etməyərək rədd edilməsini, debitor borcunun tutulması hissəsində isə təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017ci il tarixli, 04/7259 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. **********620000 nömrəli abonent Cavabdeh1 məxsus saldodan görünür ki, Cavabdeh1 qalıq və aktlar üzrə 2017-ci ilin noyabr ayı üçün 64.40 manat, 2018-ci ilin sonu üçün 1853,40 manat, 2020-ci ilin avqust ayı üçün 885,60 manat borc hesablanmışdır. Bundan başqa abonentin 2022-ci ilin iyul ayının sonu üçün 23.76 manat sərfiyyat borcunun olması müəyyən edilir. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2017-ci il tarixli aktdan görünür ki, **********620000 nömrəli abonent Cavabdeh1 mənzildə sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı xx.xx.2017-ci il tarixli akta əsasən 322 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********620000 nömrəli abonent Cavabdeh1 mənzildə sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı xx.xx.2018-ci il tarixli akta əsasən 1955 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2018-ci il tarixli aktdan görünür ki, **********620000 nömrəli abonent Cavabdeh1 mənzildə sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı xx.xx.2018-ci il tarixli akta əsasən 2160 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2018-ci il tarixli aktdan görünür ki, **********620000 nömrəli abonent Cavabdeh1 mənzildə sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı xx.xx.2018-ci il tarixli akta əsasən 1102 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tariixli aktdan görünür ki, **********620000 nömrəli abonent Cavabdeh1 mənzildə sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı xx.xx.2018-ci il tarixli akta əsasən 8100 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, **********620000 nömrəli abonent Cavabdeh1 mənzildə sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı xx.xx.2020-ci il tarixli akta əsasən 8856 kub metr qaz sərfiyyatı hesablanmışdır. - Bakı Şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş AZ-İİ seriyalı 150317 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci ildə ürək çatışmamazlığından vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-16-5/2-11- 2032/2024 nömrəli məktubdan görünür ki, Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisində vərəsəlik işinin açıldığı müəyyən edilərək Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-3/770/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədiyi bildirilmişdir aparılmış. Aparılmış tədiqiqatın dəyəri 64 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 48,93 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı aktlara əsasən hesablanmış cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyini, ümumiyyətlə fotoşəkillərin cavabdehə məxsus mənzilə quraşdırılmış sayğaca aid olmasını müəyyən edilmədiyini habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-3/770/2025 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi sözügedən aktlara əsasən abonentə hesablanmış cərimələrinin tutuulması hissədində təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin 89,17 manat debitor borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarıanəlavə edilmiş saldodan yalnız abonentin 2022-ci ilin iyul ayının sonunadək ödənilməmiş 23.76 manat debitor borcu olduğu müəyyən edildiyindən iddia tələbi yalnız həmin hissədə təmin dilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, 48,93 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh1 vərəsəsi Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə hesab edirki, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vərəsəsi Cavabdeh2 23,76 (iyirmi üç manat, yetmiş altı qəpik) manat debitor borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. 64 (altmış dört) manat ekspertiza xərci iddiaçı Azəriqaz İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddia tələbi qalan hissədə təmin dilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar