Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5001/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qaşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı əmlaka “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2546 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixli 515 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il il tarixli 15 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində İddiaçı MMC-nin - OBA Sabunçu 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2177 (iki min bir yüz yetmiş yeddi) manat 29 (iyirmi doqquz) qəpik, xx.xx.2021-ci il tarixdə isə, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2113 (iki min bir yüz on üç) manat 23 (iyirmi üç) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2546 (iki min beş yüz qırx altı) manat 33 (otuz üç) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh halhazırda İddiaçı MMC-yə ümumilikdə 2546 (iki min beş yüz qırx altı) manat 33 (otuz üç) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirdi ki, işlədiyi müddətdə kəsir yaranmışdır. Lakin qeyd edilən kəsir onun təqsiri üzündən baş verməmişdir. Belə ki, kəsir yaranma səbəbləri siyahıda göstərilən mallar ilə ona verilən mallar arasında sayla bağlı uyğunsuzluğ olması, habelə anbarda saxlanılan malların kəsici heyvanlar tərəfindən məhv edilməsi bundan başqa tez xarab olan malların istifadə vaxtının bitməsidir. Mallarda şatışmamazlığın onun təqsirinin olması ilə əlqədər olmadığından iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndələrinin iştirakları olmadan keçirərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh administrator vəzifəsinə işə qəbul olunmuşdur. - İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 515 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən xx.xx.2017-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. - İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “X1 haqqında müqavilə”dən görünür ki, Cavabdeh maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi və bununla bağlı vəzifələri icra etməyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 15 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam evrilmişdir. - xx.xx.2021-ci il tarixli aktivlər üzrə inventarizasiya nəticələinə dair yekun aktdan görünür ki, OBA Sabunçu 5 mağazasında 2809 manat məbləğində olan malların çatışmazlığı müəyyən edilmişdir, məsul şəxs kimi Cavabdeh qeyd edilmişdir və Cavabdeh həmin akta imza etmişdir. xx.xx.2021-ci il tarixli aktivlər üzrə inventarizasiya siyahısından görünür ki, OBA Sabunçu 5 mağazasında 3063 manat məbləğində olan malların çatışmazlığı müəyyən edilmişdir, məsul şəxs kimi Cavabdeh qeyd edilmişdir. Oba Market MMC tərəfindən xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, inertarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş, məsul şəxs kimi Cavabdeh qeyd edilmiş, lakin Cavabdeh akt ilə tanış olmamış, onu imzalamaqdan imtina etmişdir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması ilə bağlı xx.xx.2021-ci il tarixdə 2113,23 manat və xx.xx.2021-ci il tarixdə 2177,29 manat çatəşmamazlıq müəyyən edilmiş, çatışmamazlıq müəyyən edildiyi yoxlamamdan keçən dövürdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2546.33 manat borc qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 2546,33 manat məbləğində borcunu qısa müddət ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdlr. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh əmək müqaviləsi əsasında İddiaçı MMC-də administrator vəzifəsində, yəni maddi məsul vəzifədə işləmiş, işlədiyi müddət ərzində ona etibar edilən maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı, müəyyən edilmiş qaydada hesabat tərtib edərək rəhbərliyə təqdim etməyi öhdəsinə götürmüş və bu barədə müqaviləyə imza etmişdir. İddiaçı tərəfindən 2021-ci il üzrə aparılmış invertarizasiya nəticələrinə dair aktlarla müəyyən olunur ki, iddiaçının 4290,52 manat itkisi olub, iddia ərizəsində onun 2546,33 manatını tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10.1-ci maddəsinə görə Əmək müqaviləsi üzrə işçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıması əsas vəzifəsidir. Həmin Məcəlləninin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iş üzrə iddiaçı olan İddiaçı MMC-də işçi olduğundan və onlar arasında X1 barədə yazılı müqavilə bağlandığından o, işəgötürən "xxxx" MMC -yə vurduğu maddi ziyana görə maddi məsuliyyət daşıyır. Buna görə də Cavabdeh işəgötürən İddiaçı MMC-yə vurduğu ziyanın faktiki həcminə uyğun olaraq tam ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə həmçinin iddianın 50 manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair iddia tələbini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 2546,33 (iki min beş yüz qırx altı manat otuz üç qəpik) manat pul və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-ə ödənilsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-5001/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5001/2023
27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver