Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5026/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 298.49 manat əsas borc, 8.61 manat faiz borcu olmaqla, cəmi 307.10 manat, xx.xx.2022-ci tarixli kredit müqaviləsin əsasən 1249.08 manat əsas borc olmaqla, cəmi 1249.08 manat olmaqla ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 1556.18 manat məbləğində kredit borcunun və ödənilmiş 35.57 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********112 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 1350 manat məbləğində kredit verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 15000 manat məbləğində kredit kartı verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona blanan faizləri ödəməlidir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisi ndən verilən məlumata əsasən mərhum X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin sinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2024-cü il tarixdə Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, X4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Banka ödənilməmiş - 298.49 manat əsas borc, 8.61 manat faiz borcu olmaqla, cəmi 307.10 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, X3 xx.xx.2022-ci tarixli kredit müqaviləsin əsasən Banka ödənilməmiş borcu - 1249.08 manat əsas borc olmaqla, cəmi 1249.08 manat borcu qalmışdır. Ümumilikdə, X3 hər iki kredit müqaviləsi Banka ödənilməmiş borcu 1556.18 manat borcu qalmışdır. Cavabdeh X3 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" aSc qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy ərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, rdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 1556.18 manat olduğundan, tərəfimizdən 35.57 manat dövlət rüsumu və 0.40 at bank xidməti haqqı ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, mərhum ərindən ona miras qalmış avtmobili 3000 manata satmışdır, maddi vəziyyəti ağırdır, səhhətində ciddi problemlər var, qeyd olunan məbləği ödəyə bilimir, xahiş edir iddia rədd edilsin. Məhkəmə, cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir. "xxxx" ASC ilə X5 arasında bağlanmış: xx.xx.2022-ci il tarixli, **********112 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 1350 manat məbləğində kredit verilmişdir, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 15000 manat məbləğində kredit xətti açılmışdır. X1 xx.xx.2023-cü il tarixdə ölmüşdür (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 346381 №-li ölüm haqqında şəhadətnamə). 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X5 vərəsəsi Cavabdeh xx.xx.2024-cü ıl tarixdə 2V-135 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədən görünür ki, miras əmlak - AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AC052773 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2002ci il olan VAZ 21099 MİNİK markalı 10KU599 dövlət nömrə nişanlı nəql yyat vasitəsindən ibarətdir. Cavabdehin izahatına əsasən həmi avtomobili 3000 manata satmışdır. Maliyyə arayışlarına əsasən X3: xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Banka ödənilməmiş - 298.49 manat əsas borc, 8.61 manat faiz borcu olmaqla, cəmi 307.10 manat, xx.xx.2022-ci tarixli kredit müqaviləsin əsasən Banka ödənilməmiş borcu - 1249.08 manat əsas borc olmaqla, cəmi 1249.08 manat borcu qalmışdır. Ümumilikdə, X3 hər iki kredit müqaviləsi Banka ödənilməmiş borcu 1556.18 manat borcu qalmışdır. Hazırda X2 həmin borcunun vərəsə Cavabdeh tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1243.1-ci maddəsinə əsasən virası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh mirası qəbul etdiyindən, miras əmlakın dəyəri borcdan çox olduğundan borcu da ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh iddiaçı "xxxx" ASC xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 298.49 manat əsas borc, 8.61 manat faiz borcu olmaqla, cəmi 307.10 manat, xx.xx.2022-ci tarixli kredit müqaviləsin əsasən 1249.08 manat əsas borc olmaqla, cəmi 1249.08 manat olmaqla ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 1556.18 manat məbləğində kredit borcu və ödənilmiş 35.57 manat dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 298.49 manat əsas borc, 8.61 manat faiz borcu olmaqla, cəmi 307.10 manat, xx.xx.2022-ci tarixli kredit müqaviləsin əsasən 1249.08 manat əsas borc olmaqla, cəmi 1249.08 manat olmaqla ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 1556.18 manat məbləğində kredit borcu, ödənilmiş 35.57 manat dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-5026/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5026/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver