Məhkəmə qərarları › İş №e-2(008)-5029/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5029/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5029/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı Ləğv prosesində olan “NBC Bank“ ASC-nin nümayəndəsi Rüstəmov Rüfət Bayram oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “NBC Bank“ ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi ilə məhkəməyə müraciət edərək, cəmi 14.184,20 (on dörd min yüz səksən dörd avro, iyirmi sent) AVRO borc olmaqla – bundan 11.438,64 (on nir min dörd yüz otuz səkkiz avro, altmış dörd sent) AVRO əsas, 1.467,20 (bir min dörd yüz altmış yeddi avro, iyirmi sent) AVRO faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.278,36 (bir min iki yüz yetmiş səkkiz avro, otuz altı sent) faiz borcunun və iş üzrə ödənilmiş 167,70 (yüz altmış yeddi manat yetmiş qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 00/14702/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə, 12.000 (on iki min) AVRO məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********538 nömrəli xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 14.184,20 (on dörd min yüz səksən dörd avro, iyirmi sent) AVRO təşkil edir. Bundan 11.438,64 (on nir min dörd yüz otuz səkkiz avro, altmış dörd sent) AVRO əsas, 1.467,20 (bir min dörd yüz altmış yeddi avro, iyirmi sent) AVRO faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.278,36 (bir min iki yüz yetmiş səkkiz avro, otuz altı sent) AVRO faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 00/14702/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 12.000 (on iki min) AVRO məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 14.184,20 (on dörd min yüz səksən dörd avro, iyirmi sent) AVRO təşkil edir. Bundan 11.438,64 (on bir min dörd yüz otuz səkkiz avro, altmış dörd sent) AVRO əsas, 1.467,20 (bir min dörd yüz altmış yeddi avro, iyirmi sent) AVRO faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.278,36 (bir min iki yüz yetmiş səkkiz avro, otuz altı sent) AVRO faiz borcu təşkil edir. **********538 nömrəli xx.xx.2024-cü il tarixli nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasının həyata keçirmələri qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada müqaviləyə xitam veriləcəyi və məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişlər. xx.xx.2024-cü il, **********85 nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Ləğv prosesində olan “NBC Bank“ ASC tərəfindən 167,70 (yüz altmış yeddi manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7120 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00/14702/DİK saylı kredit müqaviləsinə əsasən Cavabdeh kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə maliyyə arayışında göstərilən tərixədək, yəni xx.xx.2024-cü il tarixədək iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: - əsas borc üzrə 11.438,64 AVRO, - faiz borcu üzrə 2.672,83 AVRO. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı şəxs Cavabdeh kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozaraq iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borcun, əsas, faiz və cərimə hissəsinin nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunverici aktları əsas götürərək hesab edir ki, iddia tələbi təmin edilərək, 11.438,64 (on nir min dörd yüz otuz səkkiz avro, altmış dörd sent) AVRO əsas, 1.467,20 (bir min dörd yüz altmış yeddi avro, iyirmi sent) AVRO faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.278,36 (bir min iki yüz yetmiş səkkiz avro, otuz altı sent) AVRO faiz borcu borcu olmaqla, cəmi 14.184,20 (on dörd min yüz səksən dörd avro, iyirmi sent) AVRO pul və ödənilmiş 167,70 (yüz altmış yeddi manat yetmiş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan “NBC Bank“ ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 11.438,64 (on nir min dörd yüz otuz səkkiz avro, altmış dörd sent) AVRO əsas, 1.467,20 (bir min dörd yüz altmış yeddi avro, iyirmi sent) AVRO faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.278,36 (bir min iki yüz yetmiş səkkiz avro, otuz altı sent) AVRO faiz borcu borcu olmaqla, cəmi 14.184,20 (on dörd min yüz səksən dörd avro, iyirmi sent) AVRO və 167,70 (yüz altmış yeddi manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “NBC Bank“ ASC-nin xeyrinə ödənilsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat tərəflərdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar