Məhkəmə qərarları › İş №e-2(008)-5072/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5072/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5072/2025 12.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********03 nömrəli xx.xx.2021-ci il tarixli tam kart kredit müqaviləsinə əsasən 259.57 manat borcu, BPM**********03 nömrəli xx.xx.2021-ci il tarixli nağd kredit müqaviləsinə əsasən 1017.49 manat borcun, həmçinin ödənilmiş 33 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Sabunçu” filialı ilə Məmmədov X11 arasında bağlanmış BPM**********03 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, 30 ay müddətinə 3000 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC-nin “Sabunçu” filialı ilə Məmmədov X11 arasında bağlanmış BPM**********03 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, 36 ay müddətinə 300 manat məbləğində tam kart kredit limiti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu Məmmədov X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhər 17 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X2 xx.xx.2023-cü il tarixdəvəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün Cavabdeh ərizəsi əsasında, xx.xx.2025-ci il tarixdə vərəsəlik işi açılmışdır. Miras əmlak, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 354.75 kv/m olan fərdi yaşayış evinin “V” tikilisindən ibarətdir. Maliyyə arayışına əsasən, Cavabdeh BPM**********03 nömrəli xx.xx.2021-cil tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş–1017.49 manat əsas borcu qalmışdır. Həmçinin, maliyyə arayışına əsasən, Cavabdeh BPM**********03 nömrəli xx.xx.2021-cil tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə, Banka ödənilməmiş–259.57 manat əsas borcu qalmışdır. Cavabdeh Məmmədov X5 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23- 1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin “Sabunçu” filialı ilə Məmmədov X11 arasında bağlanmış BPM**********03 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, 30 ay müddətinə 3000 manat məbləğində nağd kredit verilmişdir. -"xxxx" ASC-nin “Sabunçu” filialı ilə Məmmədov X11 arasında bağlanmış BPM**********03 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, 36 ay müddətinə 300 manat məbləğində tam kart kredit limiti açılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədov X5 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 1017,49 manat əsas, 12,97 manat faiz təşkil edir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədov X5 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 259,57 manat əsas borc təşkil edir. - Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 346528 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - 17 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş Məmmədov X4 miras qalmış əmlaka dair xx.xx.2023-cü il tarixdə **********19 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh verilmişdir. Həmçinin, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 33,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Məmmədov X11 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış, daha sonra xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Odur ki, Məmmədov X11 tərəfindən götürülmüş kredit borcu üzrə qalıq məbləğ 259,57 manat məbləğində əsas, 1017,49 manat əsas məbləğində borc onun vərəsəsi Cavabdeh müştərək qaydada tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh BPM**********03 nömrəli xx.xx.2021-ci il tarixli tam kart kredit müqaviləsinə əsasən 259 (iki yüz əlli doqquz) manat, 57 (əlli yeddi) qəpik məbləğində əsas borc, BPM**********03 nömrəli xx.xx.2021-ci il tarixli nağd kredit müqaviləsinə əsasən, 1017 (min on yeddi) manat, 49 (qırx doqquz) qəpik pul və 30 (otuz üç) manat, 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar