Məhkəmə qərarları › İş №e-2(008)-5085/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(008)-5085/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5085/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayənədi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1261 (min iki yüz altmış bir) manat pul vəsaitinin və ödənilmiş 33 manat (otuz üç) dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış illik icarə haqqı vergilər xaric olmaqla 2400 (iki min dörd yüz) manat olan xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsində yerləşən əmlakın 30 kv.m sahəsi mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə 29 dekabr 2021-ci il tarixdə mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti cavabdehə təhvil verilmişdir. İcarə müqaviləsinin 3.1-ci maddəsinə əsasən illik icarə haqqı vergilər xaric 2400 (iki min dörd yüz) manat müəyyən edilmişdir. 2824 saylı ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixdə cavabdehə 2400 manat (iki min dörd yüz) icarə haqqı ödənilmişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən 26 yanvar 2022-ci il tarixdə mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmişdir. Həmin aktdan görünür ki, cavabdeh icarə obyektini təhvil almış və icarə obyektində olan beton örtüklərin saxlanılmasına etiraz etməmiş, gəcələkdə öz məqsədləri üçün istifadə edəcəyini və hazırda və gələcəkdə heç bir iddiasının olmayacağını bildirmişdir. Təhvil verilən sahə üzrə qüsur və çatışmazlıqlar aşkar edilməmişdir. Buna baxmayaraq, cavabdeh ona ödənilmiş icarə haqqının icarə obyektindən istifadə olunmayan 192 gün üçün geri qaytarılmalı olan 1261 (min iki yüz altmış bir) manat (2400:365 gün=6,57 manat x 192 gün=1261manat) hissəsini iddiaçıya geri qaytarmamışdır. Bununla bağlı tərəfimizdən cavabdehə xx.xx.2022-ci il tarixdə CEO_LEG_348 saylı bildiriş göndərilmişdir. Buna baxmayaraq cavabdeh həmin pul vəsaitini iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul müdafiə edərək, qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 30 kv.m olan icarə obyektini İcarəçi Azerconnect MMC-nin istifadəsinə illik 2400 manat məbləğinə vermişdir. - xx.xx.2021-ci il tarixli Ödəniş Tapşırığından görünür ki, Azerconnect MMC tərəfindən Cavabdeh 2400 manat ödəniş edilmişdir. - xx.xx.2022-ci il tarixli sahənin təhvil-təslim aktının surətindən görünür ki, İcarəyə götürən İddiaçı MMC-yə məxsus qurğu və avadanlıqlar götürülmüş, ərazidə olan beton hissələrin qalmasına etiraz olmadığını bildirmiş, həmin sahə yararlı vəziyyətdə İcarəyə verənə təhvil verilməsi, təhvil verilən sahə üzrə qüsur və çatışmazlıqlar aşkar edilməmişdir. - Azerconnectin xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdeh icarə haqqının ödənilməsi barədə xəbərdar edilmiş, əks təqdirdə həmin məbləğin və digər məhkəmə xərclərinin Sizdən məcburi qaydada tutulması ilə bağlı tərəfindən məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. - Dövlət rüsumunun ödənilməsi haqqında məlumatın surətindən görünür ki, 33 manat dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə pulludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 701.1-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Həmin Məcəllənin 697.3-cü maddəsinə əsasən Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Beləliklə mülki işin materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış müqavilədən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlamaqla cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsində yerləşən əmlakın 30 kv.m sahəsi mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Mülki işin matriallarına əlavə edilmiş qəbzdən görünür kiŞ icarəyə götürüən bir illik icarə haqqı olan 2400 manat pul vəsitini icraəyə verən ödəmişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən 26 yanvar 2022-ci il tarixdə mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmişdir. Belə olan halda icarəçi bir illik ödəmiş olduğu icarə müqaviləsinə vaxtından əvvəl xitam verdiyindən və icarə obyektini icarəçiyə qaytardığından, ödəmiş olduğu lakin istifadə etmədiyi pulu icarə verəndən geri tələb etsədə cavabdeh pul məbləğini qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, icarə haqqının icarə obyektindən istifadə olunmayan 192 gün üçün geri qaytarılmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin 33 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1261 (bir min iki yüz altmış bir) manat məbləğində pul və 33 (otuz üç) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar