Məhkəmə qərarları › İş №e-2(008)-5090/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5090/2024

18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5090/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1986,24 (bir min doqquz yüz səksən altı manat, iyirmi dörd qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 584,66 (beş yüz səksən dörd manat, altmış altı qəpik) manat və 45,71 (qırx beş manat, yetmiş bir qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2616,61 (iki min altı yüz on altı manat, altmış bir qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz it VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024cü il tarixində 04/9256 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00013 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 1341,12 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 645,12 manat; cəmi 1986,24 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş ödənilməmiş 2021-ci ilin may ayı üzrə qalıq 30,20 manat sərfiyyat borcu, 2021-ci ilin iyun-dekabr ayları üzrə 19,80 manat sərfiyyat borcu, 2022-ci ilin yanvardekabr ayları üzrə 112,56 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 193,32 manat sərfiyyat borcu və limitdən əlavə 32,88 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-mart ayları üzrə 198,80 manat sərfiyyat borcu və limitdən əlavə 15,60 manat sərfiyyat borcu, cəmi 603,16 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin iyun ayından 2024-cü ilin may ayına qədər cavabdeh 18,50 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 584,66 (beş yüz səksən dörd manat, altmış altı qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 2570,90 (iki min beş yüz yetmiş manat, doxsan qəpik) manat təşkil etməkdədir. İddiaçı İB-nin nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, xx.xx.2024-cü il tarixinə, saat 15:00-a təyin edilmiş məhkəmə baxış iclasında işlərinin həmin gün həddən artıq çox olması səbəbindən iştirak edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə olunması aşkar edilmiş, dəymiş ziyan 11880 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına 28 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün üçün hesabat aparılmış və 1.2x24x90=2592 m3 1.5x24x90=3240 m3 1.4x2x24x90=6048 m3 hesablanmışdır. Məhkəmə təbii qazdan istifadə qaydalarının pozulması haqqında qeyd edilən akt əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etməyərək, 1 ədəd PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 orta günlük iş rejimi 24 saat deyil, 6 saat və hesabat müddəti 90 gün deyil, 30 gün - 1.20 x 6 x 30 x 0.12 = 25,92 manat, 1 ədəd QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 orta günlük iş rejimi 24 saat deyil, 12 saat və hesabat müddəti 90 gün deyil, 30 gün - 1,50 x 12 x 30 x 0.12 = 64,80 manat, 1 ədəd Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 orta günlük iş rejimi 24 saat deyil, 12 saat və hesabat müddəti 90 gün deyil 30 gün, 1,40 x 12 x 30 x 0.12 = 60,48 manat qəbul edilməlidir. Məhkəmə dəymiş ziyanın hesablanması barədə tələbnamədə 2 (iki) ədəd dəmir soba olması qeyd olunsa da iş materiallarında olan abonent saldosundan da göründüyü kimi qeyd olunan ünvanda 1 (bir) ədəd dəmir soba var. Belə olan halda hesablanma qaydası aparılan zaman 1 ədəd dəmir soba nəzərə alınmasını məhkəmə qanuni və ədalətli hesab edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə olunması aşkar edilmiş, dəymiş ziyan 5736 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına 21 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3 /saat günlük iş rejimi 24 saat və hesabat müddəti 56 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün üçün hesabat aparılmış və 4x24x56=5376 m3 hesablanmışdır. Məhkəmə təbii qazdan istifadə qaydalarının pozulması haqqında qeyd edilən akt əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etməyərək, 1 ədəd PQ4-ün nominal qaz sərfi 4 günlük iş rejimi 24 saat deyil, 12 saat və hesabat müddəti 56 gün - 4 x 12 x 56 x 0.12 = 322,56 manat qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli aktlar üzrə cavabdeh tərəfindən 473,76 (dörd yüz yetmiş üç manat, yetmiş altı qəpik) manat İddiaçı İB-nə ziyan vurulması müəyyən edilir. İş materiallarından da göründüyü kimi 584,66 (beş yüz səksən dörd manat, altmış altı qəpik) manat debitor borcunun olması işin mübahisəsiz halıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş ziyan olaraq 473,76 (dörd yüz yetmiş üç manat, yetmiş altı qəpik) manat, 584,66 (beş yüz səksən dörd manat, altmış altı qəpik) debitor borc, cəmi 1058,42 (min əlli səkkiz manat, qırx iki qəpik) borc və 30,62 (otuz manat, altmış iki qəpik) manat dövlət rüsumu, İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyan olaraq 473,76 (dörd yüz yetmiş üç manat, yetmiş altı qəpik) manat, 584,66 (beş yüz səksən dörd manat, altmış altı qəpik) debitor borc, cəmi 1058,42 (min əlli səkkiz manat, qırx iki qəpik) manat borc və 30,62 (otuz manat, altmış iki qəpik) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar