Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-510/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8369.36 (səkkiz min üç yüz altmış doqquz manat, otuz altı qəpik) manat məbləğinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 103.7 (yüz üç manat, yetmiş qəpik) manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində “Kartmane-debit kart” müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə bank kartı verilmiş və **********0944-378773 saylı kart hesabı açılmışdır. Müştərilər xx.xx.2022-ci il tarixində sistemdə olan texniki “Zolotaya Koronadan” karta köçürülmüş 8280 manat məbləğ 2 qat yüklənmişdir. Müştəri artıq vəsaiti istifadə etdiyindən 8369,36 manat overdraft borcu yaranmışdır. Bankın “Nizami” filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2023-cü il tarixli, xx-xx/2235 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 8369.36 manat pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla bankımıza maddi zərər vurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdeh 8369.36 manat məbləği qanunsuz olaraq özündə saxlayıb banka verməmişdir. Bu səbəbdən əlavə olaraq Cavabdeh banka çatası pulu qanunsuz saxladığı üçün 8369.36 manat pul ödəməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmişlər, iddiaçının nümayəndəsi ərizə ilə müraciət onun iştirakı olmadan baxılmasını xahiş etmişdir, cavabdeh isə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək onun bank ilə heç bir müqaviləsi olmadığını, müqavilədə qeyd edilmiş imzanın ona məxsus olmadığını bildirmişdir. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, “KARTMANE xidmət üzrə müqaviləsinə” əsasən bank tərəfindən cavabdehə bank kartı verilmiş və hesab açılmışdır. - xx.xx.2023-cü il tarixli, xx-xx/2226 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, “KARTMANE-DEBİT KART” saylı müqaviləsinə əsasən verilmiş 4189...3162 saylı kart və **********0944-378773 hesabı üzrə xx.xx.2022-ci il tarixli Zolotaya Karonadan karta köçürülmüş 8280 manat məbləği 2 qat yükləndiyindən və müştəri artıq vəait istifadə etdiyindən overdraft yaranmış və xx.xx.2023-cü il tarixinə averdraft borcu 8369.36 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, сavabdeh xx.xx.2020-ci il tarixli, “KARTMANE-DEBİT KART” müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə müştərinin hesabına Rabitəbank tərəfindən 8280 manat və xx.xx.2022-ci il traixdə isə ZK vaistəsi ilə isə 8280 manat pul yeklənmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/996 nömrəli rəyindən görünür ki,”RabitəBank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “ Kartmane” xidməti üzrə müqavilə “Müştəri” qrafasındakı imza Cavabdeh tərəfindən icra edilmişdir. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 103.7 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin hesabına heç bir hüquq əsas olmadan xx.xx.2022-ci il tarixdə 8280 manat məbləğində pul vəsati yüklənmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək əsassız olaraq pulu geri qaytarılmasını cavabdehdən tələb etdiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 103.7 (yüz üç manat, yetmiş qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 8369.36 (səkkiz min üç yüz altmış doqquz manat, otuz altı qəpik) manat pul və 103.7 (yüz üç manat, yetmiş qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-510/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-510/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver