Məhkəmə qərarları › İş №e-2(008)-5148/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5148/2023

03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5148/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət xx.xx.2011-ci il tarixdə doğulmuş X7, xx.xx.2012-ci il tarixdə doğulmuş X5, xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin, mediasiya sessiyası üçün ödənilmiş 50 manat rüsumun, eyni zamanda sənədlərin hazırlanması üçün 150 manat etdiyi ödənişin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-574/2019 №-li, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2011-ci il tarixdə doğulmuş X7 üçün 130 manat, xx.xx.2012-ci il tarixdə doğulmuş X5 üçün 130 manat, xx.xx.2016-cı il tarixdə doğulmuş X8 üçün 140 manat məbləğində aliment tutulmuşdur. Cavabdeh alimenti vaxtı-vaxtında vermir, iddiaçı özü xadimə işləyir, kirayədə qalır, uşaqlara baxmaqda çətinlik çəkir. Cavabdehn gəliri yaxşı olsa da, o, bunu gizlədir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Tərflərin yetkinlik yaşın çatmamış üçün üç uşağı var: xx.xx.2011-ci il tarixdə doğulmuş X7, xx.xx.2012-ci il tarixdə doğulmuş X5, xx.xx.2016-cı il tarixdə doğulmuş X8 (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsqilərəi, doğum haqqında şəhadətnamələr, məhkəmə qətnaməsi). Tərəflərin nikahları xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir (nikahın pozulması haqqında 307768 №-li şəhadətnamə). Sabunçu rayon Məhkəməsinin 2(008)-574/2019 №-li iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə tərəflərin nikahı pozulmuş və yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2011-ci il tarixdə doğulmuş X7 üçün 130 manat, xx.xx.2012-ci il tarixdə doğulmuş X5 üçün 130 manat, xx.xx.2016-cı il tarixdə doğulmuş X8 üçün 140 manat məbləğində aliment tutulmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən iəhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etmişdir ki, o, başqa bir ailə qurub, bank krediti var, həmin krediti o, dayısı oğlu üçün götürüb, dayısı oğlu ödəyir krediti, təyin olunmuş alimenti çətinliklə ödəyir, avtomexanik işləyir, rəsmi 345 manat alır. Cavabdeh avtomobil mexaniki vəzifəsində işləyir və 345 manat məbləğində aliment alır (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Cavabdeh xx.xx.2021-ci il tarixdə X4 ilə nikahını bağlamışdır (436325 №-li nikah haqqında şəhadətnamə). Cavabdeh xx.xx.2022-ci il tarixdə 24 ay müddətinə 23%-lə ayda 200 manatdan çox ödəmək şərtilə "xxxx" ASC-dən 6000 manat məbləğində kredit götürmüşdür. Hazırda iddiaçı faktiki olaraq təyin edilmiş alimentin məbləğinin artırılmasını və hər uşaq üçün hər ay 220 manat məbləğində alimentin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etmək istəyir ki, üç uşaq üçün 400 manat aliment təyin ediləndən beş ilə yaxın vaxt keçmiş, uşaqlar böyümüş, onların qayğıları və tələbatları artmış, bu beş il ərzində iddiaçı alimentin artırılması barədə iddia verməmişdir. Cavabdehin ailəsi olsa da, başqa yetkinlik yaşına çatmamış uşaqları yoxdur, adında olan kredit əslində onun deyil və ödənişləri o, həyata keçirtmir. Lakin, məhkəmə cavabdehin aztəminatlı olduğunu nəzərə alaraq, hesab idr ki, təyin edilmiş aliment qismən artırılaraq hər uşaq üçün hər ay 170 manat məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində gbstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır, 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, 50 manat rüsum cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. lakin, iddiaçı sənədlərin hazırlanması üçün ödədiyi 150 manatı təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin məbləğ cavabdehdən tutula bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il tarixdə doğulmuş X7, xx.xx.2012-ci il tarixdə doğulmuş X2 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment və 50 manat rüsum tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar