Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-524/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı X8, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı X8 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X12 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 üzərinə mərhum əri X9 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X12 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixində X9 ilə nikaha daxil olmuşdur. Nikahdan sonra əri ilə mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən evdə yaşamışlar. Həmin müddət ərzində evin təmir edilməsində, əşyalarının alınmasında maddi olaraq ərinə dəstək olmuşdur. Əri xx.xx.2021-ci il tarixədək həmin evə və onun yerləşdiyi torpaq sahəsinə tam pay hüququ ilə sahib olmuşdur. 2021-ci ilin may ayında sözügedən əmlak əri və bacısı Cavabdeh4 arasında bölünmüş və onların bu hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmış, ərinin payına düşən mülkiyyəti xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi: **********99-10301). Əri xx.xx.2023-cü il tarixində xəstəlik nəticəsində vəfat etmişdir. Bundan sonra ərinin anası Cavabdeh3, bacıları cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qızları, həmçinin qızı Cavabdeh2 tərəfindən sözügedən evdən istifadə hüququ məhdudlaşdırılmışdır. Mərhum ərinin 40 mərasimindən sonra cavabdehlər tərəfindən evə daxil olmağına nəinki icazə verilir, hətta ev, geyim və digər əşyalarını evdən çıxara bilməmişdir. Sonuncu dəfə 2023-cü ilin iyun ayının 24-ü evə getmək imkanı olmuş, həmin gündən sonra cavabdehlər onun evdə olmadığından istifadə edərək həyətin darvazasının kilidini dəyişdirmişlər. Mümkün qədər cavabdehlərlə razılaşmaq istəməyinə baxmayaraq, heç bir nəticə yoxdur, cavabdehlər onu evə buraxmamaqda israrlıdırlar, bildirirlər ki, məhkəmə qərarı olmadan evə daxil olmağına icazə verməyəcəklər. Hələ də ev üçün alınan əşyaların kreditini ödəməkdə davam edir. Hal-hazırda yaşayacaq heç bir yeri, fəslə uyğun geyimləri yoxdur, çətin vəziyyətdə qalmışdır, mərhum ərinin mülkiyyətində olan evdən istifadə hüququnu həyata keçirə bilmir. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçı X12 ilkin olaraq cavabdehlərin üzərinə mərhum əri X9 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinə, torpaq sahəsinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulmasını tələb etmişdir. Lakin daha sonra guya xəbəri olmayan sözügedən evə dair sənədləri xx.xx.2024cü tarixdə əldə etmiş, həmin ünvanda özbaşına tikililərin mövcud olması faktını müəyyən etmişdir. Bu səbəbdən iddiaya dəqiqləşdirmə edərək digər özbaşına tikililərə daxil olmağı və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Buradan da məhkəməyə sübut və etiraf edilməsi faktı müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixə kimi həmin ünvanda hansı tikililərin, hansı evlərin yaşayış, qeyriyaşayış və köməkçi sahə olması barədə heç xəbəri belə olmamışdır. Məhkəməyə aydın şəkildə etiraf edilməsi yox, dolayı yolla qeyd etdikləri ərizəsində tam olaraq sözügedən evin, evlərin olmasından belə xəbərinin olmaması faktı sübut olunur. Əgər iddiaçı həmin evdə yaşasaydı, həmin ünvanın hər bir sahəsi barədə məlumatlı olmalı idi. Bildirir ki, həmin ünvanda o, atasının ona bağışladığı özünəməxsus torpaq sahəsində sahəsi 100 kv.m fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evə qaz, işıq, su çəkmiş, atasının sağlığında torpaq sahəsi onun adına qeydiyyata salınmışdır. Qeyd edir ki, həmin torpaq sahəsində bibisi Cavabdeh1 özü üçün şəxsi fərdi yaşayış evi inşa etdirmiş, nənəsi Cavabdeh3 torpaq sahəsinin bir hissəsində əlavə olaraq tikili inşa etdirmişlər. Ünvana aid bütün kommunal xidmətlər onun adınadır. Əgər iddiaçı həmin ünvanda yaşasaydı onun adına hər hansı rəsmi bir sənəd olmalı idi. İddiaçının hələ hansı evi görmək istədiyi, hansı evdə yaşaması onun özü üçün də qeyri-müəyyəndir. Rəsmi olaraq iddiaçı atası ilə nikaha daxil olduqdan sonra birgə yaşamaması faktı özü tərəfindən bilavasitə və ya dolayı yolla məhkəməyə sübut olunur. Hesab edir ki, iddiaçı elektron kabinetə başqa yerdə yaşaması barədə arayış və ya kirayə müqaviləsi yükləməli idi. Göründüyü kimi, iddiaçı onlara və məhkəməyə məlum olmayan yerdə yaşamış və hal-hazırda yaşamağa davam edir. İddiaçı yaşayış yerini itirməmişdir, həmin yerdə də yaşamağa davam edir. Həmçinin əlavə olaraq bildirir ki, iddiaçının tələbi öhdəlik qoyulması ilə bağlıdır, həmin tələbə də inzibati məhkəmədə baxılmalıdır. Bu səbəbdən iddia əsassızdır. Göstərilənlərə əsasən, cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı heç vaxt olmadığı ünvanda yaşaması faktını məhkəmə qaydasında sübut etmək istəsə də, orada yaşamasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Bildirir ki, qardaşı iddiaçı ilə nikaha qeyri-müəyyən şəraitdə və vaxtda nikaha daxil olmuşdur. Bu nikah ailə üzvlərindən, yəni bacısından, anasından, qızlarından, qohum-əqrabalarından gizlədilərək baş tutmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, əgər iddiaçı ilə onun qardaşı nikaha açıq-aşkar şəkildə daxil olmuşsa, bu barədə onların məlumatları varsa, iddiaçı tərəfindən nikah bağanması anında çəkilmiş fotoşəkillər təqdim edilməli və şahidlərin qohum tərəfindən olmasını məhkəməyə sübut etməliydi. Azərbaycan xalqının adət-ənənəsinə əsaslanaraq, nikah bağlanan şəxslər birgə mühitdə yaşayırlar. Bunlardan belə nəticəyə gəlmək olar ki, həqiqi nikah zamanı ər öz arvadını özünə məxsus ünvana qeydiyyat salmalıdır. Lakin iddiaçı X8 iddia etdiyi ünvana heç bir zaman qeydiyyatı olmamışdır, qardaşı Vahabov Sabir onu evə qeydiyyata salmağı düşünməmişdir. İş materiallarında məlumdur ki, iddiaçının evləndikdən sonra yaşayış yerinin dəyişməsi barədə ərazi aidiyyatı üzrə müraciəti nə DİN-nin elektron sənəd dövriyyəsində mövcuddur, nə də ki DİN-in ərazi əməkdaşı olan sahə müvəkkilinin iddiaçının yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun tələbinin pozulmasına görə X12 barəsində inzibati xəta tənbeh növü tətbiq olunmuşdur. Buradan aydın olur ki, iddiaçı həqiqətən sözügedən ünvanda yaşamamışdır, nikah formal xarakterli olmuşdur, rəsmi nikaha daxil olaraq qardaşının adına rəsmiləşdirilmiş əmlaka dolayı yolla sahib olmaq istəyir. Onu da qeyd edir ki, iddiaçı formal xarakterli daxil olmuş nikaha görə vərəsəlik əldə edə bildiyi təqdirdə qardaşının əmlakının müəyyən hissəsini əldə edə bilərdi. Lakin qardaşının müəmmalı ölümünün Bakı Şəhər Prokurorluğundan araşdırılması səbəbindən vərəsəlik işinin aparılması dayandırılmışdır. Hesab edir ki, verilmiş iddia tələbi tam olaraq qardaşının qanuni vərəsələri olan iki qızının hüquqlarının pozulması deməkdir. Qeyd olunanlara əsasən, cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil4 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, hüquqlarını təmsil etdiyi Cavabdeh4 həmin ünvana heç bir aidiyyatı yoxdur. O, həmin ünvanda qeydiyyatda deyil, orada yaşamır. Bu səbəbdən, hazırkı iddia ona qarşı yönəlməli deyil. İddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün Cavabdeh4 tərəfindən maneə yaradılması sübuta yetirilmir. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla belə, Cavabdeh3 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək qeyd etmişdir ki, T.Mustafayev küçəsi, ev 28 ünvanı 1953-cü ildə repressiya ailəsi olduqları üçün ona verilmişdir və əri ilə orada ev inşa etdirmişlər. İddiaçı onun sözügedən evində heç vaxt yaşamamışdır və o, iddiaçını tanımamışdır. Digər cavabdehlərin sübutlarını məqsədəuyğun saymış və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 472238 nömrəli xx.xx.2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə X9 və X8 nikahları bağlanmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0.05533 ha torpaq sahəsi, ümumi sahəsi 55.2 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət olaraq xx.xx.2020-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98,6 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, X9 tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m olan fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsinin ümumi sahəsi 83.4 kv.m və 0.0221 ha torpaq sahəsini bacısı Cavabdeh4 bağışlamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98,6 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evindən fərdi evi, 0.0553 ha torpaq sahəsinin ümumi sahəsi 15.2 kv.m, 24.3 kv.m açıq eyvan və 0.0332 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X3, 4 otaq, ümumi sahəsi 83.4 kv.m və 0.0221 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 15 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.033620 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 81.9 kv.m olan ünvan 1anında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.0217 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 96.9 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsi 2/1 hissədə pay hüququ ilə xx.xx.2021-ci il tarixdə X3, 2/1 hissədə pay hüququ ilə xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - İİİ-СЙ 256604 nömrəli xx.xx.1981-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 atası X9, anası X4muşdur. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə Bakı şəhər porkurorunun müavinin qərarına əsasən X1 qanunsuz hərəkətlərə məruz qalmasına dair müraciəti əsasında Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsində material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən X12 və Cavabdeh2 şikayət ərizəsi əsasən toplanılmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh2 da ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən mərhum atası X6 məxsus həyət evində nənəsi Cavabdeh3 ilə atasının ölümündən bir il əvvəl ailə qurmuş İddiaçı ilə birgə yaşamışlar. Son 3 gündür ki, Arzu evin qapılarını bağlamış və evə heç kəsi buraxmamışdır... - Bakı İnzibati Məhkəməsinin 15(112)-45/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh3 müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmiş, iddiaya mahiyəti üzrə baxılıb qurtarana qədər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən əmlaka dair hüquqların qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1488/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 Cavabdeh2 qarşı “məcburi payın tamamlanması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-16(008)-469/2023 saylı xx.xx.2024cü il tarixli qərardadından görünür ki, icra məmurunun qərardada izah verilməsi barədə ərizəsi təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-16(008)-469/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsində DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsindəki sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili nəzərdə tutulması qərara alınmışdır. Məhkəmə, ilk növbədə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşin mübahisəsiz halı odur ki, iddiaçı X12 mərhum əri X3 birinci növbədə vərəsələrindən biridir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ümumi sahəsi 0.05533 ha torpaq sahəsi, ümumi sahəsi 55.2 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət olaraq xx.xx.2020-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə X9 rəsmi nikaha daxil olmuşdur. X9 iddiaçı ilə nikaha daxil olmazdan əvvəl xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləyə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m olan fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsinin ümumi sahəsi 83.4 kv.m və 0.0221 ha torpaq sahəsini bacısı Cavabdeh4 bağışlamışdır. Bağışlamadan sonra ümumi sahəsi 15 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.033620 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. İşin hallarından göründüyü kimi, Cavabdeh4 mübahisə predmeti olan ünvanda deyil, ünvan 1anında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh4 iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün hansı formada maneə yaratması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan fərdi yaşayış evinə və torpaq sahəsinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh4 üzərinə qoyulması məqsədəmüvafiq deyildir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı X2 Sabir Fətulla oğlu ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olan zaman mərhum əri X3 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulması tələbini irəli sürməkdə haqlı olmuşdur. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında verdikləri izahatlarından da məlumdur ki, onlar qeyd olunan ünvanda yaşayır, istifadə edir və iddiaçının qeyd olunan torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə daxil olması və istifadəsinə etiraz etməklə, buna maneələr yaradırlar. Cavabdehlər iddiaçının qeyd olunan ünvanda heç vaxt yaşamadığını qeyd etsələr də, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən mərhum atası X6 məxsus həyət evində nənəsi Cavabdeh3 ilə atasının ölümündən bir il əvvəl ailə qurmuş İddiaçı ilə birgə yaşamışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (1151.2-ci maddə). Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 1157-1.1-ci maddəsinə əsasən, miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı X12 mərhum əri X3 birinci növbədə olan vərəsəsi olduğundan və mərhumun birinci növbədə olan digər vərəsələri ilə bərabər hüquqlara malik olduğundan, iddia qismən təmin edilərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə daxil olması və istifadəsi üçün cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, sübuta yetirilməməsi əsası ilə Cavabdeh4 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 üzərinə iddiaçı X8 mərhum əri X3 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə (DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili) daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı X8 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-524/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-524/2024
31.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver