Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5251/2025 24.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı Ədələt oğlunun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Ədələt oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Ədələt oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 61500 manat borcun, 274 manat dövlət rüsumunun və 495 manat vəkil xidmətinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tanışı olan Cavabdeh 20 sentyabr 2022-ci il tarixdə restoran açacağını bildirərək ona 20000 manat borc pula ehtiyacı olduğunu və 6 aya qaytaracağını bildirmişdir. O da razılaşaraq aralarında borc müqaviləsi tərtib etdikdən sonra 20000 manat pulu ona verdi. Lakin 6 ay da keçdi o hər gün bir bahanə gətirərək pulu qaytaracağını vəd vermişdir. Ondan sonra 2024-cü ilin may ayında gələrək ondan yenə pul istədi. Bildirdi ki, ivanovka məhsullarını marketlərə paylayacaq, həmin işdə yaxşı gəlir var. O da ona razılıq verərək 48000 manat pulu vermişdir. O bu dəfə bildirdi ki, borclarını xx.xx.2024-cü ilədək qaytaracaq. Cavabdeh ona 2 dəfə pul qaytarmışdır, 3000 manat bir və 3500 manat bir cəmi 6500 manat. Cavabdeh ona 6500 manatdan başqa bir məbləğ ödəməyib. Ümumilikdə hər iki öhdəlik üzrə cavabdehin ona 61500 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın əsassız olduğunu, iddia ərizəsində yazılanların həqiqəti əks etdirmədiyini, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı Ədələt oğlu borc alan Cavabdeh 6 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində faizsiz borc vermişdir. Müqavilə borcun tam həcmdə qaytarıldığı günədək qüvvədədir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli yazılı sübutdan görünür ki, İddiaçı Ədələt oğlu Cavabdeh iş görmək üçün 48 000 pul vermişdir. Cavabdeh 3000 və 3500 manat İddiaçı Ədələt oğluna qaytarmışdır. Qalıq ümumi borc 41500-dür və il sonuna (2024)-xx.xx.2024-cü il tarixə qədər borcu qaytaracaq. Yazılı sübuta hər iki tərəf imza ataraq faktı təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş pretenziyadan görünür ki, İddiaçı Ədələt oğlu Cavabdeh ümumilikdə 61500 manat borcun 3 günə qaytarılmasını, əks təqdirdə məhkməyə müraciət edəcəyini bildirmişdir. Hüquqi yardımın göstərilməsi haqqında 376 nömrəli xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Ədələt oğlu Vəkil ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəsində tapşırığı yerinə yetirmk məqsədilə 465+25 manat ödəməklə razılığa gəlmişdirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı 275 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh hissə hissə olmaqla 20000 və 48000 manat pul borc verdiyini, borcdan cavabdeh tərəfindən 3000 və 3500 manat pulun ödənildiyi bildirdirmişdir, bu fakt yazılı sübutlarla-müqavilə və əlyazmayla, təsdiq edilir. Cavabdeh bunu təkzib edərək iddiaçıdan pul almadığını bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ümumilikdə 61500 (bir yüz əlli min) manat məbləğində borc tutularaq İddiaçı Ədələt oğlunun xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin 490 manat məbləğində vəkil ödənişinin tutulması ilə bağlı hissəsində ağlabatanlıq meyarını əsas götürərək hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməli, cavabdehdən ağlabatan məbləğ olan 200 manat məbləğində vəkil ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 61500 manat məbləğində pul vəsaiti və ödənilmiş 274 manat dövlət rüsumu və vəkillə təmin edilməsi üçün ödənilmiş 200 manat pulun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №e-2(008)-5251/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5251/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver